Nişanlısı ilə qardaşı evləndi, mesajları görüb öldürdü Bakıdakı qətlin təfərrüatı
Kriminal 05 Sen 2023 09:00:00 494 0
Xəzər rayonunda qardaşı arvadını qətlə yetirməkdə təqsrli bilinən Ələkbər Abdullayevin cinayət işi üzrə təfərrüatlar məum olub.
Bu xəbəri də oxu: Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni ilə həsr olunmuş möhtəşəm konsert baş tutub FOTO
Son.az ölkə.az-a istinadla bildirir ki, Xəzər rayonu Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Ələkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Ə.Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub. İş üzrə dindirilmiş Ələkbər Abdullayev ifadəsində göstərib ki, Binə qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayıb. 1993-cü ildə ailə həyatı qurub. Lakin bir neçə ildən sonra yoldaşından boşanıb. Yaxınları ona Rübabə adlı qadınla evlənməyi məsləhət görüblər. Nişanlı qaldığı müddətdə o, birinci arvadı ilə barışıb yenidən onunla ər-arvad münasibətində yaşamağa başlayıb. Atası Hafiz Abdullayev Rübabənin namusunun ləkələnməməsi üçün onların evinə gedib ailəsindən qızı qardaşı Bəxtiyara istəyib. Onların toyu 19 il əvvəl olub. Bəxtiyar ailəsi ilə birlikdə onlarla bir hətəydə özünə məxsus evdə yaşayıb. 2011-ci ildə qardaşı vəfat etdikdən sonra qardaşına maaddi köməklik edib. Qardaşı övladları ilə münasibəti yaxşı olub. 2016-cı ildə Rübababənin mobil telefonuna xatırlamadığı nömrədən mesaj gəlib. Ələkbər telefonu Rübabənin əlindən alıb orada sevgi ismarıcları yazıldığını görüb. Mesaj yazana öz nömrəsi ilə zəng vuranda telefona cavab verən şəxsin kişi olduğunu bilib. Rübabə ilə bu zəmində mübahisə edərək ona iki şillə vurub. Həmçinin övladlarına anasının telefonuna mesajları və şəkilləri göstərib. Qardaşı arvadına namusuna ləkə gətirəcək hərəkətlər etməməsini bildirib. Rübabə bundan sonra səhv hərəkətlər etməyəcəyini və işdən çıxıb evdə oturacağına söz verib. Ələkbər isə birdə belə hərəkət edəcəyi təqdirdə onu öldürəcəyini deyib.
2018-ci ilin əvvəllərində qadın ondan Binə qəsəbəsində yerləşən uşaq əyləncə mərkəzində işləməsinə icazə vderməsini xahiş etdikdə ona razılığını verib. Amma iki aydan sonra o, həmin yerdə işləmək istəmədiyini deyib. Daha sonra Rübabənin Mərdəkan qəsəbəsində dəniz kənarında yerləşən istirahət mərkəzində işlədiyini öyrənib. Orada nə işlə məşğul olduğunu soruşduqda o, təmizlik işləri gördüyünü deyib. Ələkbər Abdullayev bildirib ki, ailə üzvləri ilə birlikdə həyətdə oturanda Rübabənin mobil tel efonuna yenidən mesaj gəlib. Kimin ona mesaj yazdığını soruşduq da, bu dəfə qardaşı arvadı ona sərbəst adam olduğunu bildirib. Sonuncu mesaj yazanın bacısı olduğunu söyləyərək telefonu yerə çırpıb gedib. Ələkbər telefonu yerdən götürərərk işə salıb mesaj bölməsinə baxdıqda başqa nömrədən səsli mesaj gəldiyini görüb. İcmarıclara qulaq asanda onun əxlaqsızlıqla məşğul olmasından şübhələnib. Mesajları öz telefonuna köçürüb və bu barədə Rübabəyə heçnə deməyib. Gecə saat 1 radələrində qardaşı qızına anasının telefonunda olan səsli mesajları dinlədib. Avqustun 8-i səhər məsciddə namaz qıldıqdan sonra yaşadığı evə qayıdıb. Rübabəni aynabənddə oturub siqaret çəkdiyini görüb. Telefonuna gələn mesajlar barədə onunla yenidən söhbət eləmək üçün ona yaxınlaşıb. Qarşısındakı masanın üstünsə siqaret, alışqan, yemək qabları və bıçaq görüb. Rübabə yenə "mən sərbəst adamam özüm bilərəm nə edirəm" dedik də, stolun üzərindəki bıçağı sağ əli ilə götürərək onun sinə nahiyyəsinə 4 zərbə burub. Qadın üzü üstə yerə yıxılıb və sinəsindən axan qan döşəmənin üzərinə yayılıb. Evin qarşısında arvadı Nərgizə Rübabəni öldürdüyünü deyib və polisə gedərək təslim olub. Törətdiyi cinayət əməlindən peşman olmadığını bildirib. Məhkəmə prosesində Ələkbər Abdullayev ittiham üzrə tam təqsirli bilib. Zərərçəkmiş şəxsi hüquqi varisi məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib. Sonda məhkəmənin hökmü ilə Ələkbər Abdullayev 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Q
ABŞ-ın birinci xanımı Cill Bayden COVID-19-a yoluxub, onda xəstəliyin yün
"Hazırki vəziyyətdə yanacağın qiymətinin qalxması məsələsi real
İş qadını - Myleene Klass bikinidə fotolarını paylaşıb.
Sentyabrın 5-i saat 01:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri
"Baş nazir Nikol Paşinyan Ermənistanı KTMT ilə NATO arasındakı müna
Bazar axşamı saat 20:38-də Kürdəmirdə güclü zəlzələ baş verib
Sumqayıt şəhərində 1999-cu il təvəllüdlü Əsəd tanışı İlhaməni (a
Bu gün saat 12:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin iş�
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin
2 gün əvvəl 57 yaşı tamam olan dünya şöhrətli aktrisa Salma Hayek payla
Dünya şörhətli model Emili Ratakovski Instagram paylaşımı ilə gündəm