Kino İttifaqının qurultayı nə vaxt keçiriləcək? Rasim Balayev danışdı
Kriminal 31 Avq 2023 21:52:00 426 0
Bu il iyulun 26-da daim rəqabət halında olan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşdi.
Bu xəbəri də oxu: Əhmədin ailə üzvlərini qətlə yetirməsinə səbəb sən demə bu hadisə imiş 3 il əvvəl qəbirstanlığa gedib...
Bununla bağlı ittifaqların idarə heyətinin iştirakı ilə iclas keçirildi, hər iki tərəf birləşməyə razılığını bəyan etdi. Bir çox mədəniyyət xadimləri də , "bir kinomuz var, iki başı olmaz" deyərək, bu addımı alqışlarla qarşıladı. Bəs birləşən ittifaqa kim rəhbərlik edir?
Son.az lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayevə bildirdi ki, hələlik ittifaqın rəhbəri yoxdur, kimin bu işin başında dayanması, rəhbərlik etməsi də bilinmir.
"Bəs siz işə getmirsinizmi?" sualımıza Rasim Balayev "məzuniyyətdəyəm" cavabını verdi.
"Yaxın bir-iki aya qurultay keçiriləcək. O zaman kimin rəhbərlik edəcəyi məlum olacaq. Hər iki ittifaqın üzvləri arasında razılıq əldə edilib, birləşmişik. Əsas budur",- deyə o qeyd etdi.
Haqqında qalmaqallı fikirlər səslənmiş ( əməkdaşları onun saxta qurultay keçirib, zorla özünü sədr elan etməsindən şikayətçi idilər) keçmiş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) sədri Şəfiqə Məmmədova ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı.
Mədəniyyət Nazirliyindən Lent.az-ın sorğusuna belə cavab verdilər: "Kino ittifaqların ikisi də özəl, yaradıcı təşkilatlardır, onlar dövlət təşkilatı olmadığına görə, ora kimin rəhvər seçilməsi və ya təyin edilməsi Mədəniyyət Nazirliyinin səlahiyyəti altında deyil. Qərarı özləri verəcəklər". Artıq bir ay keçməsinə baxmayaraq qərar hələlik verilməyib.
Birləşmiş təşkilata kimi seçmək qurultayın işidir. Bəs Rasim Balayev yenidən seçilmək istəyərmi? Bu suala cavab verən qocaman aktyor bunu zamanın göstərəcəyini söylədi.
"Söhbət Araikin gedib qalmasından getmir. Bir az dərin qatlara baxaq.
"Show" telekanalında yayımlanan "Maviye sürgün" serialı
ABŞ Senatında Respublikaçılar Partiyasının lideri, 81 yaşlı senator Mit�
Moskvanın mərkəzindəki malikanədə təmir işləri aparılan zaman 50 yaşl
57 yaşlı rusiyalı müğənni Natalya turm plastik əməliyyatla bakirəliyini
Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində
Quba rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Yaponiyanın Fukuşima Atom Elektrik Stansiyasında toplanan təmizlənmiş radi
Araşdırmalara əsasən yeməkdən sonra sağlamlığınıza zərər verən ü�
Türkiyəli aktyor Ərdal Beşilçioğlu "Netflix"i məhkəməyə veri
Bakıda polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı qanunsuz fəali
Rusiyada dəhşətli hadisə baş verib. Kurqan vilayətində kişi məktəblil�
Həkimlər mədədə şişkinliyə səbəb olan meyvələri açıqlayıblar.