Tələbələr Bakıda kirayə ev tapmırlar
Digərləri 31 Avq 2023 13:21:00 415 0
Bir neçə gündən sonra yeni dərs ili başlayır. Bu səbəbdən bölgələrdən Bakıdakı universitetlərə qəbul olunan tələbələrin paytaxta axını müşahidə olunur. Onların çoxu kirayə ev axtarır.
Lakin hər il tədris ilinin başlanmasına az qalmış Bakıda tələbənin cibinə münasib qiymətə kirayə ev tapması çətinləşir. Bəs, hazırda kirayə mənzil bazarında vəziyyət necədir?
Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, hazırda kirayə mənzil axtaranların sayında artım müşahidə olunur.
"Avqust-sentyabr aylarında kirayə ev axtaranların sayının çox olması kirayə evlərə tələbatı artırır ki, bu da mənzil bazarında bahalaşmaya səbəb olur. Ali təhsil müəssisələrində təhsil alan, regionlarda yaşayan tələbələrin Bakıya axını bunu gözlənilən edir. Digər səbəb isə kirayə əmlak bazarında ev tapmaq çətindir", - deyə ekspert vurğulayıb.
O qeyd edib ki, kirayə qiymətlərinin ənənəvi olaraq avqustun sonu sentyabrın əvvəllərindən başlayaraq kirayə bazarında qiymət bahalaşması müşahidə olunur:
"Buna müvəqqəti artım da demək olar, çünki tələb birdən birə çoxalır, təklif isə azalır. Bahalaşma oktyabra qədər davam edəcək. Sonra isə qiymətlərin səngiyəcəyi gözlənilir. Ötən dövrlərdə minimum kirayə ev qiymətləri 200-250 manat idisə, hazırda bu məbləğ 300 manat təşkil edir. Bir otaqlı mənzillər minimum 300, ikiotaqlılar 450, üçotaqlılar isə 500 manatdan başlayaraq kirayə təklif olunur".
Onun sözlərinə görə, ərazi baxımından da kirayə mənzil qiymətləri arasında fərqlər var.
"Əsasən, metro stansiyalarına yaxın ərazilərdə yerləşən bina evlərinin qiyməti kənar ərazilərdə yerləşən mənzillərin aylıq ödəniş haqqından 20% bahadır. Qiymətin yüksək olduğu ərazilər, Nərimanov Yasamal, Nəsimi, Səbail və Nərimanov rayonlarıdır. Digər Nizami, Xətai, Sabunçu, Qaradağ rayonlarında isə kirayə mənzil və fərdi yaşayış evinin qiymətləri nisbətən daha aşağıdır", - deyə o, əlavə edib.
Ötən günlərdə Bakıda konserti baş tutan türkiyəli müğənni Hadisə A
Qarabağdakı separatçıların lideri Araik Arutyunyan istefa verib.
Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının dövlət müəssis�
Gürcüstan hökuməti ölkə Prezidenti Salome Zurabişviliyə Ukrayna da daxil
Avqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin mü
Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri açıqlanandan s
Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın ola
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Malayziyanı Milli Günü münasib�
Fransa Azərbaycana qarşı növbəti dəfə təxribata əl ataraq Qarabağa &qu
Bakının Qara Qarayev prospektində sürət həddi 60 km/saatdan 50 km/saata en
Müstəqil, tərəfsiz və humanizm prinsipləri əsasında işləyən Azərba
Türkiyə bu məsələdə Azərbaycanı sonuna qədər dəstəkləyəcək.
Müğənni Britni Spirs ayrıldığı həyat yoldaşı Sem Asqari onun atası Ce