BMTdən Fransaya TƏNQİD
Dünya 29 Avq 2023 21:52:00 286 0
BMT Fransanın məktəblərdə əbayə (müsəlman qadınların geyimi) geyinilməsinə qadağa qoymasını tənqid edərək beynəlxalq insan haqları hüququna əsasən, dini etiqadın məhdudlaşdırılmasına yalnız çox məhdud şəraitdə icazə verildiyini xatırladıb.
Bu xəbəri də oxu: İsrail bombalandı Yaralılar var
Son.az report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının nümayəndəsi Marta Urtado Cenevrədə keçirdiyi brifinqdə bildirib.
"Beynəlxalq insan hüquqları standartlarına uyğun olaraq, dinin və ya inancın təzahürünə, o cümlədən geyim seçiminə məhdudiyyətlərə yalnız çox məhdud hallarda - ictimai təhlükəsizlik, ictimai asayiş, sağlamlıq və ya əhalinin mənəviyyatı ilə bağlı hallarda icazə verilir. Bundan başqa, insan hüquqları sahəsində beynəlxalq hüquqa əsasən, ictimai asayiş naminə görülən tədbirlər uyğun, zəruri və mütənasib olmalıdır", - o, jurnalistlərin suallarını cavablandırarkən deyib.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının nümayəndəsi vurğulayıb ki, digər məqam gender bərabərliyinə nail olmağın qadınların və qızların azad seçim etmələrinə mane olan maneələri başa düşməyi və geyim seçimləri də daxil olmaqla onların özlərinin qərar qəbul etmələrini dəstəkləyən mühitin yaradılmasını tələb etməsidir.
Daha əvvə iyul ayında Fransanın təhsil naziri təyin olunmuş Qabriel Attal məktəblərdə əbayə geyinməyi qadağan etmək qərarına gəldiyini bildirərək bu tədbiri təhsil müəssisələrinin rəhbərləri ilə müzakirə edəcəyini söyləmişdi.
Xızıda yağan qısamüddətli leysan yağışları bir sıra fəsadlar törəd
Qəbələ rayonunda külək ağacı yola aşırıb, avtomobillərin hərəkətin
Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti, opera if
Sverdlovsk vilayətinin qubernatoru Yevqeni Kuyvaşev Azərbaycanın Rusiya Fede
Avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan R
Son zamanlar futbolçu Jerar Pike ilə ayrılması ilə gündəmə gələn kolum
Alimlər Elnur Nəciyev və Emil Cəbrayılov İsmayıllı-Quba yolunda itkin d�
Günəşdə ləkələrin sayı azalıb, hal-hazırda Günəşin səthində 5 lə
Əfqanıstanın şimal-şərqində yerləşən Taxar əyalətində qızıl məd�
Avropa Məhkəməsi sülh və insanlıq əleyhinə cinayətləri törətməkdə
Naxçıvanda yağan güclü yağış selin yaranmasına səbəb olub.
Sentyabr üç bürc əlaməti üçün çətin ay ola bilər.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Rusiya sülhməramlılarının A�