Aparıcı Çinarə toyuna gəlməyən məşhurları biabır etdi “Sizin 300 manatınıza qalmamışam” VİDEO


Şou-biznes 28 Avq 2023 21:30:00 321 0

Aparıcı Çinarə toyuna gəlməyən məşhurları biabır etdi  “Sizin 300 manatınıza qalmamışam”  VİDEO

"Elə bildim ki, toyum iki saata bitdi. Toyumdan doymadım, bol rəqs edə bilmədim. Toyumun həmin gecəsi Dubaya bal ayına gedirdik. Düzdür, çox rəqs etdik. Amma doymadım. Toyumda dostumu da tanıdım, məni istəməyən insanları da tanıdım. Kimi ki, toyumda gözləyirdim və ondan çox böyük gözləntilərim vardı, həmin o insanlar toyuma gəlib, yalandan küsüb getdilər. Kimdən ki, gözləmirdim, o insanlar o qədər içdən və ürəkdən toyumda iştirak etdilər ki... Dedim ki, həyat doğrudan da çox qəribədir".

Bu xəbəri də oxu: Xalq artisti Laplandiyada

Son.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri ötən ay təmtəraqlı şəkildə toyu olan aparıcı Çinarə Əliyeva qonaq olduğu "Özəl" verilişində deyib.

Televiziya ulduzu söz verib, lakin toyuna gəlməyən məşhurları efirdə biabır edib. Çinarə bildirib ki, Sevil və Sevinc Səfərova bacılarını həm ad gününə, həm də toyuna dəvət etsə də, onlar hər iki məclisə gəlməyiblər.

"Ən çox xoşuma gəlməyən Sevil və Sevinc Səfərova bacılarının hərəkəti oldu. Onlar toyuma gəlmədilər. Qızların xətirlərini çox istəyirəm. Onlar məndən iki dəfə xahiş ediblər, bir dəfə məclislərində, bir dəfə də yaxınlarının mağaza açılışında iştirak etməyimi. Mən də canla-başla iştirak edib, hətta öz sosial şəbəkə hesabımda paylaşım da etmişəm. Restoranımın açılışı oldu, bacıları çağırmışdım, gəlmişdilər.

Doğum günü məclisi keçirdim. Sevil və Sevinci dəvət etsəm də, gəlmədilər. Toyuma bacıları dəvət etdim və özlərinə söylədim ki, ad günümdə gəlmədiniz, amma toyumda mütləq iştirak etməlisiniz. Söylədilər ki, ayıb olar, gələcəyik. Toyuma iki gün qalmış qızlarla yenidən əlaqə saxladım. Söylədilər ki, gələcəyik. Amma gəlmədilər. Türkan Vəlizadə əvvəlcədən gələ bilməyəcəyini dedi, amma toyuma öz bacısını yolladı. Sərxan Kərəmoğlu Şəkidə olduğuna görə, gələ bilmədi. Amma mənə söz verənlər toyuma gəlmədilər".

Aparıcı həmkarı Afaq Gəncəlinin də sözünü tutmadığı və ondan incidiyini vurğulayıb:

"Afaq Gəncəlini də toy məclisinə dəvət etmişdim. Amma gəlmədi. Düzdür, o, hədiyyəsini yollamışdı. Amma onu sonra Zümrüd Bədəlovanın doğum günündə gördüm. Ona söylədim ki, keçən il doğum günü etdim, səni çağırdım, gəlmədin. Toyum oldu, səni çağırdım, yenə də gəlmədin. Bu, toydur. Bu, ad günü deyil ki, gələn il gələsən. Toy həyatda bir dəfə olur. Afaqa sual verdim ki, bəlkə, sən özünü mənə yaraşdırmırsan? Cavab verdi ki, yox və pis olub məni qucaqladı.

Dedi ki, səni çox istəyirəm. Ona dedim ki, nişanımın sabahısı günü bütün efirlər məndən xahiş etdilər ki, verilişlərinə gəlim, amma sən zəng vurub söylədin ki, canlı efirimə gəlməlisən. Və mən də onun sözünü iki etmədim, verilişinə getdim. Afaqa dedim ki, səndən özümə qarşı bu münasibəti gözləmirdim".

Çinarə müğənni Nura Surinin toyundan inciyib getdiyini açıqlayıb:

"Müğənni Nura Suri toyumdan küsüb getdi. Nura üçün üç masa dəyişdirdik. Yenə də narazı oldu. Nuranın xasiyyəti belədir də, hər şeydən narazıdır. Şəbnəm Tovuzlu toyuma gəlməsə də, qızını yolamışdı. Ceyhun Qala da mənə sonra dedi ki, toyundan küsüb getdim. Çünki mənə dedilər ki, orada yox, burada otur. Müğənnilərə toydan əvvəl demişdim ki, ürəyiniz harada istəsə, orada oturun. Tolik dedi ki, Bodrumdayam gələ bilməyəcəyəm".

Aparıcı müğənni Ayan Babakişiyevadan da küsdüyünü etiraf edib. O bildirib ki, Ayan toya gələcəyini söyləsə də, lakin sözünə əməl etməyib:

"Ayan Babakişiyeva söz verdi ki, toyuma gələcək, gəlmədi. Sonra onu Zümrüdün ad günündə gördüm. Ona tərəf heç baxmadım. O isə söylədi ki, bilirəm ki, məndən incimisən. Başa düşmürlər ki, mən onlar üçün masa saxlatdırmışdım. Deyirlər ki, gələcəyik, amma gəlmədilər.

Eybi yox, mən də zamanı gələndə onların elədiyini artıqlaması ilə qaytaracam. Çünki mən cavab verməyi sevirəm. Niyam Salami də mənə söylədi ki, toyda danışmadığım insan olsa da, gəlib iştirak edib, səninlə rəqs edəcəm. Amma o da söz verdi, gəlmədi. Mən sizin 300-500 manat pulunuza qalmamışam. İstəyirdim ki, sadəcə toyumda istədiyim insanlar iştirak etsinlər. Onsuz da sabah onlar mənə yenə ağız açıb, zəng edəcəklər". Qeyd edək ki, Çinarə Əliyeva iyulun 17-də plastik cərrah Ruslan Rəsul ilə ailə qurub.

Şəhid Raquf Orucovun oğlu 3 universitetə qəbul aldı like
  • 28 Avq 21:27  
Digərləri Şəhid Raquf Orucovun oğlu 3 universitetə qəbul aldı

Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu 3 universitetdən

arrow Ətraflı
Bakıda IV sinif şagirdi yeni kondisioner hazırladı like
  • 28 Avq 21:22  
Digərləri Bakıda IV sinif şagirdi yeni kondisioner hazırladı

Bakı məktəblisi yeni kondisioner modeli hazırlayıb.

arrow Ətraflı
Baş Prokurorluq məhkəmə hakiminin intiharı faktını araşdırır like
  • 28 Avq 21:19  
Digərləri Baş Prokurorluq məhkəmə hakiminin intiharı faktını araşdırır

1963-cü il Salmanov Rahib Vaqif oğlunun özünü müalicə aldığı xəstəxa

arrow Ətraflı
Polis Qəbələdə əməliyyat keçirdi: like
  • 28 Avq 21:07  
Kriminal Polis Qəbələdə əməliyyat keçirdi:

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyya

arrow Ətraflı
Taksidə ŞOK OLAY: Sürücü hicabsız sərnişinə hücum etdi  ANBAAN VİDEO like
  • 28 Avq 21:00  
Digərləri Taksidə ŞOK OLAY: Sürücü hicabsız sərnişinə hücum etdi ANBAAN VİDEO

Dünən axşam saatlarında Tehran şəhərində taksi sürücüsü hicab taxmad

arrow Ətraflı
Bakıda insanları təşvişə salan şəxs SAXLANILDI like
  • 28 Avq 20:51  
Digərləri Bakıda insanları təşvişə salan şəxs SAXLANILDI

Bakıda "Metropark" ticarət mərkəzinə partlayıcı qoyulması ilə

arrow Ətraflı
Bu rayonlarda qaz kəsiləcək like
  • 28 Avq 20:31  
Digərləri Bu rayonlarda qaz kəsiləcək

Dörd rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

arrow Ətraflı
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi like
  • 28 Avq 20:22  
Digərləri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib.

arrow Ətraflı
Həyatını altüst edən qadından növbəti ŞOK HƏRƏKƏT  FOTO like
  • 28 Avq 20:20  
Şou-biznes Həyatını altüst edən qadından növbəti ŞOK HƏRƏKƏT FOTO

Bugünlərdə yaşadığı depressiv vəziyyəti ilə gündəm olan məşhur tü

arrow Ətraflı
Vaqif Mustafayev: "Ömrümü kinoya həsr etməyə dəyərmiş" like
  • 28 Avq 20:11  
Kriminal Vaqif Mustafayev: "Ömrümü kinoya həsr etməyə dəyərmiş"

"Mən bu gün tamaşaçı sevgisini görüb bir daha əmin oldum ki, deməl

arrow Ətraflı
"Falçı" Günəşin məhkəməsi başlayır like
  • 28 Avq 20:00  
Digərləri "Falçı" Günəşin məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində falçı adı ilə dələduzluq etmək

arrow Ətraflı
NASA Urmiya gölünün son görüntülərini yayıb  FOTO like
  • 28 Avq 19:52  
Dünya NASA Urmiya gölünün son görüntülərini yayıb FOTO

NASA Urmiya gölünün son görüntülərini yayıb.

arrow Ətraflı
Putini Lavrov əvəz edə bilər  Hindistanda like
  • 28 Avq 19:43  
Digərləri Putini Lavrov əvəz edə bilər Hindistanda

Sentyabrda Hindistanda keçiriləcək G20 sammitində Rusiyanı xarici işlər n

arrow Ətraflı
Sumqayıtda restoran yandı like
  • 28 Avq 19:28  
Digərləri Sumqayıtda restoran yandı

Sumqayıtda restoranda yanğın olub.

arrow Ətraflı