Gənclərin bəlası skolioz


Digərləri 26 Avq 2023 18:22:00 303 0

Gənclərin bəlası skolioz

İnsan orqanizmində həyat tərzindən, işindən asılı olaraq müxtəlif dəyişikliklər baş verir. Belə dəyişikliklərə çox vaxt "peşə xəstəlikləri" deyilir. Yəni boyun, bel, çiyin ağrıları olur. Peşə xəstəlikləri sırasına müasir dövrün ən qlobal xəstəliklərindən olan onurğa əyriliyi də daxildir.

Son.az axşam.az-a istinadən bildirir ki,  onurğa əyriliyi ta qədim zamanlardan mövcuddur. Bu xəstəliyi ilk dəfə yunan həkimləri müəyyənləşdiriblər. İlk araşdırmalar mumiyalar üzərində aparılıb: 5 mumiyadan 3-ündə onurğa əyriliyinə rast gəlinib.

Onurğa əyriliyi nədir?

Günümüz kompüter və televizor qarşısında oturmaqla keçir. Çox vaxt necə oturduğumuza fikir vermirik. Elə buna görə də insanlar arasında onurğa əyriliyi artmaqdadır. Vücudumuzda iki daşıyıcı sistem mövcuddur. Biri skelet, digəri isə ona yardımçı olan əzələ sistemidir. Əgər əzələ sistemi çox zəifdirsə, onda bütün güc skeletin üzərinə düşür. Onurğa əyriliyi bu zaman meydana çıxır. Bu, təkcə bədənin deformasiyasına deyil, həmçinin digər görkəm pozulmalarına da gətirib çıxarır. Təkcə bel deyil qol, ayaq, çiyin və boyunda da sümüklər əyilir, sızlamalar başlayır. 

Onurğa əyriliyinin səbəbləri aşağıdakılardır: ·    Doğuş zamanı zədə ·    Hamiləlik vaxtı ananın düzgün qidalanmaması ·    Ağır yük qaldırmaq ·    Düzgün oturmamaq ·    Revmatizma

Onurğa əyilməsinin üç növü var: ·    Skolioz ·    Kifoz ·    Landoz

Skolioz Onurğa əyriliyinin ən geniş yayılan növü skoliozdur. Skolioz onurğa sütünunun yana əyilməsi deməkdir. Onurğa S hərfinə bənzəyir. Bu onurğa xaricindəki problemlərdən irəli gəlir. Skolioz ağır və yüngül olur. Əgər bir çox sümüklərdə əyilmələrə rast gəlinirsə, buna "ağır skolioz" deyilir. Sadə skoliozda isə onurğa sütunu əyilməyə başlayır. Skolioza daha çox məktəblilər arasında rast gəlinir. Hazırda hər üç məktəblidən birində skolioz aşkarlanır. Məktəblidə bel ağrısının olması normal hal deyil. Əgər məktəb yaşlarında skolioz aradan qaldırılmazsa bu, gələcəkdə uşağın çiyinlərinində əyriliyinə səbəb ola bilər. Bel əyriliyi isə get-gedə ayaq sümüklərinin də əyilməsinə gətirib çıxarır. Skolioz üç mərhələdə inkişaf edir: ilkin mərhələdə sümük 5-10, ikincidə 30, üçüncüdə isə 60 dərəcə əyilir. Üçüncü mərhələ ən ağırınındır. Bu mərhələnin müalicəsi mümkünsüzdür.

Skoliozun yaranmasına səbəb sinir sisteminin zədələnməsi, əzələlərdəki balansın, onurğadakı sümük inkişafının, endokrin vəziyyətin pozulması və D vitamini çatışmazlığı səbəb olur. Skoliozun idieopatik növü də var. Yəni xəstəliyin yaranma səbəbi məlum olmur. Bəzən körpə uşaqda da revmotizm xəstəliyi olur. Onun qarşısı vaxtında alınmadıqda skolioza çevrilir.

Onurğa əyrilyinin fəsadları Bu xəstəliyin bütün növləri orqanizm üçün təhlükəlidir. Onurğa əyriliyi insanda bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. Bu, həm də əsəb sisteminə pis təsir edir. Onurğa əyriliyi raxitliyə və ifliçə gətirib çıxarır. İnsanda daim təzyiq və ürək nahiyəsində ağrılar olur. Uzun müddət müalicəsiz qalanda ayaqlarda tutulmalar baş verir. 

Müalicəsi

Onurğanın özündə fizioloji baxımdan onsuzda əyrilik var. Sağlam olmayan həyat tərzi insanın onurğasının tamamilə əyilməsinə və sıradan çıxmasına səbəb olur. Daha çox yeniyetmələrdə rast gəlinən onurğa əyriliyini masaj, fizioterapiya ilə müalicə etmək mümkündür. Əgər onurğa D vitamini çatızmazlığı nəticəsində əyilirsə, bu zaman balıq yağı içmək məsləhətdir. Ən yaxşısı isə idman etməkdir.

Bakının mərkəzində daha bir qəza like
  • 26 Avq 18:11  
Digərləri Bakının mərkəzində daha bir qəza

Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Hakan Fidan Moskvaya gedir like
  • 26 Avq 18:09  
Digərləri Hakan Fidan Moskvaya gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın əvvəlində Moskvaya

arrow Ətraflı
Müəllimin ölümünə səbəb olan sürücüyə like
  • 26 Avq 18:00  
Kriminal Müəllimin ölümünə səbəb olan sürücüyə

Qubada sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə ana və iki azyaşlı u

arrow Ətraflı
Müharibənin uşaqlarda buraxdığı iz like
  • 26 Avq 17:49  
Digərləri Müharibənin uşaqlarda buraxdığı iz

Bu gün dünyada milyonlarla insan müharibə şəraitində yaşamağa məcbur q

arrow Ətraflı
"Instagram" ən böyük problemi həll edir: like
  • 26 Avq 17:38  
Digərləri "Instagram" ən böyük problemi həll edir:

"İnstagram" yeni funksiyanı test etməyə başlayıb.

arrow Ətraflı
Ərdoğan oktyabrda Çinə səfər edəcək like
  • 26 Avq 17:27  
Digərləri Ərdoğan oktyabrda Çinə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabr ayında Çinə səfər ed�

arrow Ətraflı
Heydər Əliyev Fondu uşaqlar üçün əyləncə tədbirləri keçirib like
  • 26 Avq 17:25  
Siyasət Heydər Əliyev Fondu uşaqlar üçün əyləncə tədbirləri keçirib

Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşə

arrow Ətraflı
Laçında valideynləri etnik təmizləməyə məruz qalmış uşaqların şəkilləri nümayiş olunub like
  • 26 Avq 17:08  
Siyasət Laçında valideynləri etnik təmizləməyə məruz qalmış uşaqların şəkilləri nümayiş olunub

Laçında valideynləri etnik təmizləməyə məruz qalmış uşaqların fotola

arrow Ətraflı
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür edib like
  • 26 Avq 17:06  
Siyasət Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür edib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynaya göstərdiyi d

arrow Ətraflı
Aygün Kazımova Laçında like
  • 26 Avq 17:05  
Şou-biznes Aygün Kazımova Laçında

Xalq  artisti Aygün Kazımova Laçına yollanıb. 

arrow Ətraflı
Müdafiə Nazirliyi məlumat yaydı like
  • 26 Avq 17:01  
Digərləri Müdafiə Nazirliyi məlumat yaydı

Avqustun 26-sı saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinin b

arrow Ətraflı
İraqın şimalında türk əsgəri şəhid olub like
  • 26 Avq 16:21  
Digərləri İraqın şimalında türk əsgəri şəhid olub

İraqın şimalında baş verən partlayışda türk əsgəri şəhid olub.

arrow Ətraflı
Qəhvə içmək sizi daha xoşbəxt edəcək like
  • 26 Avq 16:10  
Digərləri Qəhvə içmək sizi daha xoşbəxt edəcək

Qəhvə bütün dünyada milyonlarla insan tərəfindən sevilir. Çoxumuz səh�

arrow Ətraflı
Türkiyənin milli müdafiə naziri Bakıya gəldi like
  • 26 Avq 16:00  
Digərləri Türkiyənin milli müdafiə naziri Bakıya gəldi

Türkiyənin milli müdafiə naziri Bakıya gəlib.

arrow Ətraflı