Sarkisyanın kürəkəninə qarşı yeni ittiham irəli sürülüb
Dünya 24 Avq 2023 18:04:00 376 0
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni, ölkənin Vatikandakı sabiq səfiri Mikael Minasyana qarşı yeni ittiham irəli sürülüb və o, cinayət yolu ilə əldə edilən gəlirləri leqallaşdırmaqda təqsirləndirilir.
Bu xəbəri də oxu: Polşa Prezidentinin barmağını kəsdilər
Son.az APA-ya istinadən bildirir ki, , bu barədə Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, "Dzora SES" QSC-nin dövlət mülkiyyəti olan səhmlərinin ucuz qiymətə satılması ilə bağlı 2020-ci ilin yazında başlanan cinayət işində ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın da adı hallanır.
İlkin araşdırma zamanı məlum olub ki, 2010-cu ildə müdafiə nazirinin imzaladığı gizli hökumət qərarı ilə "Dzora SES" QSC-nin 4,6 milyard dramdan (təxminən 9 milyon dollar) çox dəyəri olan səhm paketi satışa çıxarılıb və "Dzoraqet Hidro" MMC tərəfindən 3,6 milyard drama (7 milyon dollar) özəlləşdirilib.
Bunun ardınca müxtəlif güzəştlər (əsasən vergi güzəştləri) əldə edə bilməsi üçün "Dzoraqet Hidro" MMC kiçik su elektrik stansiyaları siyahısına daxil edilib.
Bunun nəticəsində şirkət 2012-2016-cı illərdə 3,7 milyard dramdan (təxminən 9,6 milyon dollar) çox əlavə mənfəət əldə edib. Minasyan da öz növbəsində şirkətin 30 faiz səhmlərinə sahib olduğu üçün cinayət yolu ilə əldə edilən gəlirləri leqallaşdırmaqda ittiham olunur.
Son.az
Fransız rejissor Romain Qavrasla eşq yaşayan dünya şöhrətli müğənni Du
"Nar" "Stevie® International Business Awards" beynəlxalq b
Şərq-Qərb Orta Dəhlizi və onun artan rolu barədə danışarkən, yeni vəz
Hazırki dövrdə, işğal faktına son qoyulduqdan sonra Azərbaycan və Ermən
İşğalçı hakimiyyətin cinayətlərində iştirak edən vətəndaşlar və r
Aparıcı, prodüser Tarix Əliyevə (Tolik) qarşı dələduzluq edilib.
Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Atom Enerjisi üzrə
Nicat Şakirlinin atası, nevropatoloq Nafiz Mütəllimov oğlunun səhhəti il�
Rusiyanın işğalı altındakı Krım yarımadasında Ukraynanın dövlət bayr
Bu gün səhər saatlarından etibarən Krımda Rusiya təhlükəsizlik qüvvəl
Rusiyanın "Novaya qazeta" nəşri Yelena Romanovanın "Qarabağ
Avqustun 15-i qəzaya düşən bloger Nicat Şakirlinin müalicəsi Kliniki Tibb
Ukrayna qoşunlarının müəyyən hissəsi şərq cəbhəsindən başqa istiqam
Ermənistanın Baş naziri Nikol Paşinyan, hökumətin 2023-cü il avqustun 24-