Unudulan xatirələri geri qaytarmağın yolu tapılıb
Digərləri 23 Avq 2023 08:30:00 330 0
"Xatirələri unutmaq - yeni bilgiləri əldə etmək, öyrənmək üçün faydalı elementdir".
Bu xəbəri də oxu: COP29un qlobal əhəmiyyəti və Qərbin ikili standartları
"Trinity" Biotibb İnstitutunun (TBSI) alimləri apardıqları araşdırmadan sonra bu qənaətə gəliblər.
Son.az oxu.az-a istinadən xəbər verir ki, elm adamlarının tədqiqatlarının nəticələri "Cell Reports" jurnalında dərc olunub.
Bununla bağlı laboratoriya siçanları ilə təcrübələr aparılıb. Heyvanlar obyekti xüsusi məkanla əlaqələndirməli, sonra obyekt orijinal kontekstindən çıxardıqda onu tanımalı idi. Ancaq məlum oldu ki, siçanlar başqaları yarandıqda əvvəlki assosiasiyaları unudurlar.
Unutmağın bu formasının mexanizmlərini öyrənmək üçün nevroloqlar xüsusi xatirələri saxlayan beyin hüceyrələri qruplarının (enqramların) aktivləşməsini, həmçinin onların unutduqdan sonra necə işlədiyini izləyiblər.
Məlum olub ki, enqramlar arasında rəqabət dominant yaddaşa təsir edərək, "məğlub tərəfdə" saxlanan məlumatları unutdurur.
Bununla belə, bir qrup beyin hüceyrələrini təbii və süni siqnallarla, həmçinin yeni xatirələrlə yenidən aktivləşdirməklə unudulmuş fraqmentlər bərpa oluna bilər.
Kəşf yaddaşın formalaşma mexanizmlərinə işıq salır və müəyyən şəraitdə unutmanın geriyə dönə biləcəyini göstərir.
Tədqiqat həmçinin Altsheymer kimi xəstəlikləri olan insanlar üçün yeni istiqamətlərin əsasını təşkil edə bilər.
Amerikalı model Kendall Cenner Britaniyanın davamlı geyim markası "Stel
Racastan ştatının (Hindistan) polisi fırıldaqçı qadını aldatmaq və tal
Türkiyəli müğənni Volkan Konak 30 il əvvəl həyata keçirə bilmədiyi a
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müşahidəçiləri həmişəki kimi
"Beverly Hills" serialının ulduzu Tori Spellinq xəstəxanaya yerl�
İtaliyanın qərbindəki Elba adasında meşə yanğınları baş verib, bölg�
Dünyanın bütün nüfuzlu nəşrləri artıq bir neçə gündür ki, pop ulduz
Son zamanlar açıqlamaları ilə gündəmdən düşməyən türkiyəli müğən
Əkin sahələrini suvarmaq üçün su kanalları yoxdur. Sahələr qupquru qal�