Novxanıda 6 nəfər
Digərləri 22 Avq 2023 19:08:00 323 0
Novxanıda fəaliyyət göstərən ictimai iaşə obyektində ciddi pozuntular aşkar edilib.
Bu xəbəri də oxu: Bu qadını görənlərin
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Novxanı kəndi, ev.709Z M.0 ünvanında yerləşən "Spring Hall" MMC-yə məxsus otelin həyətyanı sahəsində fəaliyyət göstərən mətbəxdə plandankənar yoxlama həyata keçirib. Yoxlama sözügedən mətbəxdə hazırlanan toyuqlu pizzanı qəbul etdikdən sonra 2-si böyük, 4-ü uşaq olmaqla, 6 nəfərin qida zəhərlənməsi diaqnozu ilə 1 saylı Sumqayıt Şəhər Xəstəxanasına və Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilməsi ilə bağlı Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AQTA-nın "1003-Çağrı Mərkəzi"nə daxil olan təcili bildiriş əsasında aparılıb.
Yoxlama zamanı obyektdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, dondurucuda yararlılıq müddəti bitmiş, eyni zamanda temperatur rejiminə əməl olunmadan saxlanılan qida məhsulları aşkarlanıb. Həmçinin qida obyektində təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, soyuducu və dondurucularda mal qonşuluğu prinsiplərinin pozulduğu müəyyən edilib. Bununla yanaşı, işçilərin gigiyenik təlimlərə cəlb edilməsinə dair sənədlər və onların ilkin və dövri tibbi müayinələrdən keçməsi ilə bağlı tibbi arayışlar yoxlamaya təqdim olunmayıb.
Müayinələrin aparılması üçün bir sıra məhsul nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsinə əsasən, qaynadılmış-didilmiş toyuq filesi məhsulu texniki normativ sənədlərin tələblərinə uyğun olmayıb. Aşkarlanmış nöqsanlarla əlaqədar protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.
Son.azAparıcı Xoşqədəm Hidayətqızı növbəti açıqlaması ilə diqqətləri �
Polis əməkdaşları Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşla
General Sergey Surovikin Aerokosmik Qüvvələrin komandanı vəzifəsindən kə
https://bizim.media/az/magazin/151841/
Sabah Abşeron, İsmayıllı və Samux rayonlarının, həmçinin Gəncə şəh�
ABB mobile tətbiqində istifadəçilər üçün daha bir yenilik təqdim olunub
Azərbaycan və Türkiyə arasında ölkəmizdə Elektron Beton Monitorinq Siste
Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərini 30 il müddətind�
Füzulidə məktəbin açılması Özbəkistanın qardaş Azərbaycana dəstəyi
ABŞ Dövlət Departamenti Polşaya 12 milyard dollar dəyərində "AH-64 A
Aktrisa Ancelina Coli Nyu-York küçələrində yenidən paparassilərin obyekti
Dünyada dizel yanacağı ilə bağlı ciddi qıtlıq yaşanır.
"COVID-19 çox güman ki, laboratoriya mənşəli deyil, təbiidir".
Son.az AZƏRTAC-a istinadən bildirir ki, avqustun 22-də Azərbaycan Respublik
Rusiya-Ukrayna müharibəsini bitirmək üçün səmimi səy göstərən yeganə