Adeldə bədən titrəmələri başlayıb
Şou-biznes 21 Avq 2023 08:22:00 334 0
Britaniyalı müğənni Adel qəhvə içməyi dayandırdıqdan sonra səhhətində problemlər yaranıb.
Bu xəbəri də oxu: İlhamə Quliyevanın öləndə bankda
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ifaçının özü Las-Veqasda (ABŞ) konsertinin tamaşaçılarına danışıb.
35 yaşlı müğənni bildirib ki, kofeinin kəsilməsi onun miqren və bədən titrəməsi kimi şiddətli abstinensiya simptomlarına səbəb olub.
"Bu həftə qəhvədən imtina etmək qərarına gəldim və bütün həftə miqrenim oldu. Qəhvədən imtina etdiyim üçün iki gün başım şiddətli şəkildə ağrıdı - elə bil başımda dəlik açırdılar. Dəhşətli idi", - deyə ulduz etiraf edib.
Adel kofeindən imtinanı siqareti tərgitməklə müqayisə edib.
"Siqaretdən imtina etməkdən, spirtli içki içməyi dayandırmaq cəhdindən daha çətindir", - deyə o bildirib.
Müğənni əlavə edib ki, ilk gün beynini aldatmağa çalışıb və təxminən 25 stəkan kofeinsiz qəhvə içib. Ulduzun sözlərinə görə, o, yalnız səhnəyə çıxandan sonra özünü yaxşı hiss edib.
"Kofein və adrenalin yəqin eyni şeydir. Çünki mən səhnəyə çıxanda və hamınız birlikdə mahnı oxumağa başlayanda başağrısı bir az keçdi. Ona görə də titrədiyimi görsəniz, narahat olmayın", - deyə Adel bildirib.
Ekvadorda prezidentliyinə namizəd olmuş Kristian Surita seçki məntəqəsin�
Hindistanın Qucarat ştatında Pəncab Milli Bankının filiallarından birinin
ABŞ-də pop müğənnisi Keti Perrinin hitlərinin müəllifi, 48 yaşlı Kamil
Mən Füzuliyə qayıtmağı böyük həsrətlə gözləyirdim.
Yaponiyanın Atsugi şəhərindəki oyun parkının qarşısındakı çoxmərt�
Somalinin Rabitə və Texnologiya Nazirliyi yeni qərarları açıqlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğu
Avqustun 21-də saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində
Türkiyədə 12 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş
Almaniyanın Hessen federal torpağında yerləşən Offenbah şəhərində tull
Qidayla daha çox maqnezium qəbulu ayaqlarda periferik arteriyaların daralmas
Dünyanın bir çox ölkələrində plastik əməliyyat etdirən insanlar mütl�
Havaların soyuması qadınların bir çox işini çətinləşdirib. Bunlardan b
Qadınlar hər yaşda olduğu kimi, hər dövrdə də gözəl görünmək istəy