Dadsız hesab etdiyimiz qidalar ayaq ağrılarımızın dərmanı imiş
Digərləri 21 Avq 2023 06:32:00 337 0
Qidayla daha çox maqnezium qəbulu ayaqlarda periferik arteriyaların daralmasının (PAD) inkişaf riskini azaldır.
Bu xəbəri də oxu: Qoşqar Sadıqov Cəlilabadda dəfn olundu
Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Çinin Şandunq Tibb Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra elan ediblər. Araşdırma "PLOS One" jurnalında dərc olunub.
Qeyd edilir ki, PAD - ayaqlara qan axınının azalması ilə nəticələnir və özünü soyuq, mavi dəri, həmçinin hərəkətliliyin pozulması, xoralar şəklində göstərir.
Alimlər 40 və daha yuxarı yaşda olan 6 000-ə yaxın insanda ayaq biləyi-brakial indeksini (ayaqda qan axınının vəziyyətini qiymətləndirməyə imkan verir) sınaqdan keçiriblər. Nəticədə 409 xəstəyə PAD diaqnozu qoyulub.
İştirakçılardan həmçinin son 24 saat ərzində yedikləri bütün qidaları xatırlamaları istənilib. Qeyd edilir ki, bu element buğda kəpəyi, kakao, qoz-fındıq, dəniz yosunu, avokado, kərəviz və brokolidə daha çox olur.
Məlum olub ki, sağlam iştirakçılar gündəlik orta hesabla 288,30 mq, PAD olanlar isə gündəlik orta hesabla 244,89 mq maqnezium qəbul ediblər ki, bu da tövsiyə olunan normadan aşağıdır.
Araşdırma zamanı mikroelement qəbulu (xüsusilə maqnezium) və PAD-ın inkişaf riskinin aşağı olması arasında əlaqə müəyyən olunub. Özü də bu siqaret çəkmə statusundan, milliyyətindən və yanaşı xəstəliklərdən asılı olmayıb.
Alimlər izah edirlər ki, maqnezium damarların genişlənməsinə və arterial qan axınının artmasına kömək edir. O, həmçinin C-reaktiv zülal, şiş nekrozu faktoru-alfa (TNF-α) və interleykin-6 (IL-6) daxil olmaqla, iltihab faktorlarının səviyyəsini azaldır.
Nəhayət, maqnezium qan damarlarının divarlarında kalsiumun çökməsini azaldır.
Bütün bunlar PAD riskini azaltmağa kömək edir.
Son.az
Dünyanın bir çox ölkələrində plastik əməliyyat etdirən insanlar mütl�
Havaların soyuması qadınların bir çox işini çətinləşdirib. Bunlardan b
Qadınlar hər yaşda olduğu kimi, hər dövrdə də gözəl görünmək istəy
150-200 il əvvəl insanın meymundan əmələ gəlməsini iddia edən Darvin n�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Tar ifaçısı Humay Qədimova Türkiyəyə tətilə yollanıb.
İsveç və Danimarkanın Tehrandakı səfirləri Quranın yandırılması ilə
Sabirabad rayonunda 1998-ci il təvəllüdlü Nəsib qonşusu Namili öldürməy
Əməkdar artist Elnarə Abdullayeva plastik əməliyyat etdirib.
Astroloqların fikrincə, iki fərqli bürcün ruh əkizi olduğunu başa düşm
Müğənni Aytac Vidadiqızı yeni fotoları ilə diqqləri üzərinə cəmləyi
Türkiyənin Diyarbəkir vilayətinin Hani ilçəsində 3,6 bal gücündə zəlz
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide