Onlardan pis rəftar görməyə hazır olun Ən kobud bürclər
Digərləri 20 Avq 2023 20:07:00 397 0
Bu xəbəri də oxu: Baş nazir qərar imzaladı
Bəzi insanlar ağıllı, təvazökar, bəziləri isə aqresiv davranışları ilə bütün diqqətləri üzərlərinə çəkirlər. Son.az bildirir ki, astroloqların fikrincə bəzi bürclərin nümayəndələrinin kobud rəftarı ilə üzləşmək ehtimalımız çoxdur.
Əkizlər
Bu bürcün nümayədələri sizi dinləməyə və üzdə hörmət göstərməyə qadirdir. Amma onun fikirlərini oxuya bilsəydiniz, tam əksini görərdiniz. Onların səssiz anlaşma və rəğbətlərinin arxasında tam biganəlik dayanır. Duyğusal olaraq, onlar yalnız həqiqətən sevdikləri insanlara reaksiya verirlər. Əkizlər nadir hallarda düşmənlə açıq mübahisəyə girirlər, lakin bu zaman onlardan ən xoşagəlməz ifadələr eşidə bilərsiniz. Sevmədiyi suallara da olduqca sərt cavablar verirlər.
Oğlaq
Oğlaqlar başqalarına münasibətdə təmkinli davranırlar. Bu, onların heç nəyə əhəmiyyət vermədiyi təəssüratı yarada bilər. Bununla belə, əgər onlara pislik etməsəniz, bu insanlar yaxşı əməllərə qadirdirlər. Lakin təkəbbürlü davranacağınız təqdirdə, oğlaqların kobudluqlarına hazır olmalısınız. Onlar sizi saymayacaq, bacardıqları qədər əzməyə çalışıb, çatışmazlıqlarınızı üzünüzə vuracaqlar.
Şir
Şirlər həddən artıq kobud ola bilirlər. Söhbət kobudluqdan gedirsə, şirlərin kin-küdurəti əsas rol oynayır. Əgər onun yolunu nə vaxtsa kəsmisinizsə, onda sonrakı həyatda bu insana güvənməyin mənası yoxdur. Çətin vaxtlarda nəinki əlini uzatmayacaq, həm də sizin haqqınızda daim mənfi danışıb, qarşısına çıxdığınız anda kobudluq etməyə başlayacaq.
Qoç
Qoçlar kifayət qədər şən insanlardır, amma bu heç də o demək deyil ki, onlardan kobudluq görməyəcəksiniz. Əgər onu uzun müddət və israrla təngə gətirsəniz, kifayət qədər kobudluğa, sonra isə biganəliyə şahid olacaqsınız. Xüsusən də, onlara öz düşüncələrinizi təbliğ etmək istəsəniz, ən ağır formada kobudluqla üzləşəcəksiniz.
Oxatan
Oxatanlar astrologiyada ən vecsiz bürclərdən biridir. Heç vaxt başqalarının nə düşündüyünə əhəmiyyət vermirlər. Oxatanlar vaxtlarını və enerjilərini akademik və peşəkar olaraq özlərini daha yaxşı hiss etməyə sərf edirlər. Oxatan bürcü çox enerjilidir. Həyata qarşı olan bu enerjilər onların özlərini digər insanlardan üstün görmələrinə səbəb olur. Başqaları nə qədər çalışdıqlarını dərk etmədikdə, gömədikdə çox kobud və alçaldıcı hərəkətlərlə qəlb qıra bilərlər.
Əqrəb
Bu bürcün nümayəndələri də bəzən elə davranır ki, sanki hər zaman hər kəsdən üstündürlər. Onlar həmçinin bənzərsiz, açıq sözlü xarakterlərinə görə, insanları heyran etdiklərinə inanırlar. Əqrəb bürcü insanları təbiətcə ağıllı olurlar. Təmkinli olmağa çalışırlar, ancaq əsəbləşdikdə və qıcıqlandıqları hadisə baş verdikdə olduqca kobud rəftar edə, səs tonlarını qaldıra bilərlər.
Xərçəng, Qız, Tərəzi və Balıqlar insanlara necə davranmalı olduqlarını çox yaxşı bilirlər. Ona görə də hamı ilə mehribandırlar. (Baku.ws)
Oğuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadis�
Almaniyanın maliyyə naziri Kristian Lindner Berlin hökumətinin "Açıq
Bu gün Buzovna qəsəbəsi yaxınlığında dənizdə 1 nəfər batıb.
"Microsoft"un həmtəsisçisi, amerikalı milyarder Bill Qeyts insanla
Rusiyanın Rostov vilayətində kamikadze dronlarla terror aktına cəhd edilib.
"Kızılcık şerbeti" serialının ikinci mövsümünün yayım tarix
Belçika 130 vətəndaşını hərbi təyyarə ilə Nigerdən təxliyə edib.
Qışda çox fikir verilməsə də, yayda ayaq dırnaqlara xüsusi diqqət edili
Makiyajı sildikdən sonra məsamələrdə qalan qalıntıları ev şəraitind�
Ötən ilin sentyabrında Rusiyadan Qarabağa köçən Ruben Vardanyan gəldiyi
Avqustun 20-si saat 15:15 radələrində Rusiya sülhməramlılarının müvəqq