Arutyunyan qaçmaq istədi, qoymadılar


Dünya 19 Avq 2023 20:35:00 338 0

Arutyunyan qaçmaq istədi, qoymadılar

Xəbər verdiyimiz kimi, bir neçə gündür erməni mediası Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı dəstənin başçısı Araik Arutyunyanın "istefa" verəcəyini yazır.

Son.az Axar.az-a istinadən bildirir ki, "Hraparak" Arutyunyanın yaxın adamlarına istinadla bu "istefanın" yaxınlarda olmayacağını bildirib. Amma bu o demək deyil ki, ümumiyyətlə olmayacaq.

Nəşr öz mənbəsinə istinadla yazıb ki, həftənin əvvəlində Araik Arutyunyan "siyasi elita" ilə - "parlament fraksiyalarının" başçıları, separatçılara başçılıq etmiş Bako Saakyan və Arkadi Qukasyan, Qarabağa göndərilmiş rusiyalı milyarder Ruben Vardanyanla görüşüb və dörd saatdan çox müzakirə aparıb. İclasda digər separatçılar - David İşxanyan, Artur Moseyan, Aşot Qulyan, Artur Tovmasyan da iştirak edib.

Araik görüşə yalnız Samvel Babayanı çağırmayıb, çünki onun mövqeyi ilə razılaşmır. Xatırladaq ki, Babayan Azərbaycana inteqrasiyanın və birbaşa danışıqların tərəfdarıdır. O hesab edir ki, birbaşa danışıqlarla erməni icması üçün hansısa "status" almaq olar.

Sayt iddia edib ki, Araik "istefa" verməkdə israrlı olub, bu addımından qabaq isə "hesabat vermək" üçün "siyasi elita"nı toplayıb.

"Arutyunyan qonaqlarına bildirib ki, həftənin sonuna kimi "istefa" vermək qərarına gəlib, çünki artıq heç nə edə bilmir. O xahiş edib ki, onun qərarına anlayışla yanaşsınlar, onu bəzi arqumentlərlə inandırmağa çalışmasınlar, çünki o, artıq belə aciz mövqe tuta, müxtəlif tərəfdən tüpürcək yeyə bilməz. Ən əsası isə Arutyunyan əmin edib ki, o, qərarı Ermənistan hakimiyyəti ilə də müzakirə edib - heç bir problem yoxdur və o, Qarabağda sülhməramlı missiyanı yerinə yetirən Rusiya hərbi qrupunun rəhbərliyini də məlumatlandırıb.

Arutyunyan bildirib ki, qanuna əsasən, onun funksiyaları David İşxanyana keçəcək (qondarma "parlament"in sədri - red.)", - məlumatda vurğulanır.

Qeyd edilir ki, bu qərar iclasda iştirak edənlər üçün "soyuq duş" təsiri bağışlayıb və onlar Araiki fikrindən döndərməyə çalışıblar:

"Xüsusilə Bako Saakyan Arutyunyanı danlayıb ki, sən getməyə hazırlaşırdınsa, indi yox, müharibədən əvvəl getməli idin, Qarabağda son dərəcə gərgin vəziyyət olanda və indiki məqamda istefa problemlərdən qaçmaq deməkdir. David İşxanyan da etiraz edib ki, belə bir vəziyyətdə kim dedi ki, o, "dövlət başçısının funksiyaları"nı öz üzərinə götürmək istəyir? Ruben Vardanyan və başqaları Araik Arutyunyana izah ediblər ki, onun "istefası" təkcə Qarabağ üçün deyil, həm də özü üçün ciddi təhlükəsizlik problemləri yarada bilər, çünki bir qərarla "120 min insanın" (Qarabağda 120 min erməni yaşamır, bu, şişirdilmiş rəqəmdir - red.) taleyi dəyişə bilər. Bir neçə saatlıq müzakirədən sonra Araik Arutyunyan öz qərarından geri çəkilməyə razılaşdırılıb".

Nəşrin mənbələri həmçinin bildirib ki, Saakyan və Qukasyan iclasdan sonra da Araiklə müzakirəni davam etdirib. Onlar bildiriblər ki, nə vaxtsa "istefa" versə, bunun "qanunvericiliklə" yolunu tapmalıdırlar. Son.az

Yay tətilinə 30 milyon xərclədilər like
  • 19 Avq 20:20  
Şou-biznes Yay tətilinə 30 milyon xərclədilər

Türkiyəli aktrisa Hande Erçelin sevgilisi Hakan Sabancı ilə bu yay istirah�

arrow Ətraflı
İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni qanunu təsdiqlədi like
  • 19 Avq 20:12  
Siyasət İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni qanunu təsdiqlədi

Prezident İlham Əliyev "Dövlət satınalmaları haqqında" qanunun

arrow Ətraflı
İnternetin ən çox mem hazırlanan iti Çems ölüb  FOTO like
  • 19 Avq 20:06  
Digərləri İnternetin ən çox mem hazırlanan iti Çems ölüb FOTO

İnternetin ən çox mem hazırlanan iti Çems ölüb. Həyatda adı Boltsi olan

arrow Ətraflı
Antibiotik qəbul edərkən tərəvəz yeməyin like
  • 19 Avq 19:54  
Digərləri Antibiotik qəbul edərkən tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə

arrow Ətraflı
Kilsədə gənc qız qarət olundu like
  • 19 Avq 19:42  
Dünya Kilsədə gənc qız qarət olundu

Moskvanın mərkəzində, metronun "Lubyanka" stansiyası yaxınlığ�

arrow Ətraflı
Pakistanda müxalifət lideri həbs olundu like
  • 19 Avq 19:30  
Dünya Pakistanda müxalifət lideri həbs olundu

Pakistan rəhbərliyi keçmiş xarici işlər naziri və müxalifətdəki Ədal�

arrow Ətraflı
Ordumuzun Kəlbəcər istiqamətində mövqeləri atəşə tutulub like
  • 19 Avq 19:08  
Siyasət Ordumuzun Kəlbəcər istiqamətində mövqeləri atəşə tutulub

Avqustun 19-u saat 16:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri B

arrow Ətraflı
Bakıda fotosu yayılan "nəhəng kərtənkələ" ilə bağlı həqiqət ÜZƏ ÇIXDI like
  • 19 Avq 19:00  
Digərləri Bakıda fotosu yayılan "nəhəng kərtənkələ" ilə bağlı həqiqət ÜZƏ ÇIXDI

Bakının Zirə kəndində nəhəng kərtənkələnin öldürülməsi ilə bağl

arrow Ətraflı
“X” sosial şəbəkəsində bu funksiya ləğv ediləcək like
  • 19 Avq 18:51  
Digərləri “X” sosial şəbəkəsində bu funksiya ləğv ediləcək

"X" ("Twitter") sosial şəbəkəsində insanları "qar

arrow Ətraflı
Tarixin ən diqqət çəkən "ikonik bikini" modelləri like
  • 19 Avq 18:40  
Digərləri Tarixin ən diqqət çəkən "ikonik bikini" modelləri

Dəniz sezonu başlayanda bir çox qadını maraqlandıran məqamlardan biri də

arrow Ətraflı
Avropanın 5300 illik ən yaşlı mumyası Anadolu mənşəli çıxdı like
  • 19 Avq 18:31  
Digərləri Avropanın 5300 illik ən yaşlı mumyası Anadolu mənşəli çıxdı

1991-ci ildə Avstriyanın Ötztal Alp dağlarında əriyən buzlaqda tapılan v

arrow Ətraflı
Dərini canlandıran maska like
  • 19 Avq 18:20  
Digərləri Dərini canlandıran maska

Dərini canlandırmaq üçün evdəki məhsullardan istifadə edərək müxtəli

arrow Ətraflı
ABŞ Ukraynaya “F16” döyüş təyyarələrinin çatdırılmasına razılıq verib like
  • 19 Avq 18:11  
Dünya ABŞ Ukraynaya “F16” döyüş təyyarələrinin çatdırılmasına razılıq verib

ABŞ Hollandiyanın "F-16" döyüş təyyarələrini Ukraynaya təhvil

arrow Ətraflı
Aktrisa olmaq istəyini atasından gizlətdi, efirdə söyüş söydüyü üçün linç edildi like
  • 19 Avq 18:00  
Kriminal Aktrisa olmaq istəyini atasından gizlətdi, efirdə söyüş söydüyü üçün linç edildi

Son.az Kulis.az-a istinadən Xalq artisti Afaq Bəşirqızı haqqında maraqlı

arrow Ətraflı