Pentaqon: "Vaqner"in bölmələri hələ də Ukraynada qalır
Dünya 28 İyn 2023 13:48:00 349 0
"Vaqner" Özəl Hərbi Şirkətinin bəzi silahlıları Rusiyada dövlət çevrilişinə cəhddən sonra hələ də Ukrayna ərazisində qalmaqdadır.
Bu xəbəri də oxu: Dünyada ən çox təyyarə qəzalarının baş verdiyi 5 ölkə
Son.az "Report"a istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder deyib.
O bildirib ki, hazırda Rusiyada baş verən hadisələrə cavab olaraq ABŞ qoşunlarının yerləşdirilməsini tələb edən heç bir səbəb yoxdur.
Xatırladaq ki, bir neçə gün əvvəl "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.
Elə həmin günü "Vaqner"çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.
Məlumata görə, Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.
Son.az
"Ukroboronprom" Dövlət Konserninin baş direktoru Yuri Qusev vəzif�
"Rusiyalılar Prezident Vladimir Putinin Zaporojye vilayətinin müvəqqət
Berndə (İsveçrə) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibə
ABŞ-nin Nyu-Cersi ştatının sakini Tom Stuker 1990-cı ildə olduqca cəzbedi
Neftçala rayonunda 2000-ci il təvəllüdlü Sərxan həmkəndlisi, yetkinlik y
Ermənistanın təxribatları ara vermək bilmir. Bu, istər silahlı insident �
Bərdə rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yo
Putin seçkiləri-2024. Həmkarım Yevgeni Minçenko ("Minçenko konsaltinq
İyunun 27-si, saat 23 radələrində paytaxtın Xəzər rayonu, Qala qəsəbəs
Qax rayonunda 2007-ci il təvəllüdlü oğlan, milliyyətcə gürcü Levani qı
ABŞ Rusiya nüvə silahlarının Belarusa daşınmasını qeydə almayıb.
Ötən həftəsonu hadisələrdən sonra NATO Rusiyanı qiymətləndirməməlidi
Nyu-Yorkda Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günü ilə bağlı t�