“Tam səmimi ancaq hamamda ola bilərik” Nura Suri FOTO
Şou-biznes 27 İyn 2023 13:46:00 390 0
Gözəl qadınların şəxsi həyatda bəxti gətirmədiyini deyən Nura Suri bu gün onu narahat edən məsələlərdən danışıb.
Bu xəbəri də oxu: Əfsanəvi aktyorla bağlı heyrətamiz fakt
Son.az xəbər verir ki, publika.az-a müsahibə verən ulduz ona ən unudulmaz həyat təcrübəsi qazandıran hadisədən, məşhurların həyat tərzindən, səhnə geyimlərindən və övladlarından söz açıb.
- Nura xanım, kamera qarşısında səmimisiniz, yoxsa kamera arxasında?
- Aşırı dərəcədə səmimi insan normal ola bilməz. Biz özümüzlə tam səmimi ancaq hamamda və tualetdə ola bilərik. Tam səmimi olmaq ruhunu hər kəsin qarşısında çılpaq soyunmaq deməkdir. Səmimiyyət odur ki, bir şey düşünüb başqa cür hərəkət etmirsən, bax bu, mənim üçün çox vacibdir. Yad adamların yanında həm səsinin tonuna nəzarət edir, həm özünü aparmağına diqqət edirsən, bir sözlə, özünü yığışdırırsan, hər şey dəyişir. Bu, mədəniyyət və tərbiyə göstəriciləridir. Əlbəttə ki, evdə ayaqlarını divana çox rahat şəkildə uzadıb yemək yeyə bilərsən. Amma kiminsə yanında bunu edə bilməzsən. Bəzi insanların davranışlarını səmimiyyət kimi qələmə verib ona göz yumurlar. İndi tərbiyəsizliklə səmimiliyi səhv salırlar.
Şizofreniya və ya psixoloji durumu normal olmayan insanlar istənilən vəziyyətdə tam səmimi ola bilər. Mənim üçün səmimiyyət insanlara qarşı münasibətimdə özünü göstərir. Hər halda sevmədiyim kiməsə işimin xətrinə yalandan yaltaqlana bilmərəm. Hətta bu xüsusiyyətimə görə, bəzən məni həzm etmirlər. Həmişə çalışmışam ki, başqalarında sevmədiyim, qəbul etmədiyim xüsusiyyəti öz həyatımda tətbiq etməyim. Odur ki, başqalarına hansı münasibəti göstərirəmsə, eyni diqqət və qayğını özümə qarşı gözləyirəm.
- Bu da həmişə mümkün olan iş deyil...
- Təbii ki, sui-istifadə edənlər olur. O zaman eyni münasibətini özlərinə qaytarıram ki, görüm qəbul edər, ya yox.
- Özünüzü sevdirmək üçün nə edirsiniz?
- Bu haqda heç düşünmürəm. Bir dəfə məktəbdən evə gəlib ağladım ki, niyə bütün qızlar kimisə sevə bilir, mən yox. İlk növbədə ana, ata, bacı qardaşı, ən yaxın qohum-əqrəbanı sevməlisən. Ən doğma insanlardan sevgi və diqqət görməyəndə, sevgini kənarda axtarmağa başlayırsan. Sevgini yalnız qadın və kişi münasibətlərində də axtarmıram. Sevginin izahlı lüğəti məndə daha genişdir, buraya həm idman, həm təbiət, həm canlılar aləmi, həm yaradıcılıq, həm incəsənət nümunələri və s. daxildir.
Sevgiyə və həyata münasibətdə o qədər məntiqsiz yanaşmalar görürəm və düşünürəm ki, görən mən fərqliyəm, ya insanlar? Qısası, özümü sevdirmək üçün xüsusi heç nə etmirəm. Ümumiyyətlə, hesab edirəm ki, bir insanı ideallaşdırmaq səhvdir. Hər hansı tamaşaçı evdə valideynlərinə oxşamaq istəsə və bu yönə can atsa, daha yaxşı olar, nəinki məni özünə ilahiləşdirmək.
- Deyirsiniz ki, müğənni cəmiyyət üçün nümunə olmamalıdır?
- Nümunəvi olmaq müğənninin missiyalarına daxil deyil. O, seçdiyi həyatı yaşamaqda azaddır. Bir neçə gün əvvəl dünya şöhrətli ifaçı Freddi Merkurinin 73 yaşı tamam oldu, onun həyatı heç də nümunəvi olmayıb. Amma sənətçi kimi bu insan əfsanə idi. Sənət və yaradıcılıq yolundan ilhamlanmaq olar, həyatından yox.
İstər aktyor, istər rejissor, istərsə də müğənni, əlbəttə ki, öz işini yaxşı bilməlidir. Müğənninin işi oxumaqdır, alimlik etmək deyil. Geyiminə və ya hansısa sualın cavabını bilmir deyə, onu ittiham etmək olmaz.
- Bu gün müğənnilər əsasən geyimlərinə görə, tez-tez tənqid edilir. Buna münasibətiniz necədir?
- Səhnə adamının geyiminə qarışmaq olmaz. Çimərlik geyimində şəkillərim niyə kimisə narahat etməlidir ki? Siz dənizə çimərlik paltarında girmirsiniz? Çimərlikdə, onsuz da, 200-300 adam sizi o paltarda görür. Deməli, bunu normal sayırlar, amma çimərlik paltarında paylaşdığım şəkil anormal olacaq? Hamısı paxıllıqdan irəli gəlir. Müğənnilərə qarşı səbəbsiz qıcıq var. Sadəcə əvvəllər bu, çox az idi, indi sosial şəbəkələr vasitəsilə neqativ enerjilərini məşhurlara ötürmək üçün yol tapıblar. Və bundan utanmırlar. İnsanlar utanc hissini itirib, bütün uğursuzluqlarını uğur qazanmış məşhurların boynuna yıxmaq istəyirlər.
- Utanc hissinin itməsinin səbəbini nədə görürsünüz?
- Bizim vaxtımızda öpüş səhnələrinə böyüklərin yanında baxmırdıq, amma müharibə və döyüş kadrlarını oturub birlikdə izləyərdik. Sevgi səhnəsinə baxmaq utanc hissi deyil. Uşaqların kiminsə doğranmasına, öldürülməsinə baxması məndə daha çox utanc və böyük narahatlıq hissi doğurur. Əzəldən beynimizə yeridilən fikirlər səhvdir. Kimsə geyimimə baxıb əxlaqıma qiymət verirsə, bu, özü ən böyük əxlaqsızlıqdır. İstədiyimi geyinə bilərəm, arzuladığım həyatı yaşamaqda azadam. Heç kimə zərər vermirəm, adam öldürmürəm, oğurluq etmirəm, ailə dağıtmıram ki...
- Yəni, cəmiyyət olaraq irad bildirməli olduğumuz məsələlər kölgədə qalır?
- Bəli. Əgər, savadı və əsəbləri yerində olmayan müəllimə oluram və şagirdimə doğru-düzgün təhsil vermirəmsə, bəli, sizin tam haqqınız var ki, məni daşa basasınız. Yaxud da pis həkiməmsə və xəstənin həyatı ilə oynayıramsa, bu, qınana bilər. Bu halda mən cəmiyyət üçün zərərvericiyəm. Digər hallarda başqasının həyatının sizə nə dəxli var ki? Gedin öz həyatınızı yaşayın da... Müğənnini tənqid etmək daha asan gəlir. Halbuki, hansısa məmur və millət vəkilinin hər hansı səhvini ona deməyə cürəti çatmaz.
Kimsə rüşvət alıb ədalətsiz qərar çıxarırsa, bax burada utanmaq lazımdır. Halal və haram məsələsi var... Yoxsa ki, durub kiminsə paltarına baxıb "bunun abır-həyası yoxdur" yazmaq nə dərəcədə düzdür? Onsuz da, yazılanlar vecimə deyil, özlərini yormasınlar. İrad tutanlara sözüm odur ki, özünüz həyatda nəyə nail olmusunuz? Heç mi səhviniz yoxdur? Yoxsa dünyanın bütün dərdini müğənninin geyimindəmi görürsünüz?
- Məktəb illərində "Niyə sevə bilmirəm" deyə ağladığınızı yada saldınız. İlk dəfə nə zaman aşiq oldunuz və onu necə xatırlayırsınız?
- Komfortumu çox sevirəm. Həyat yoldaşımı sevdiyimi düşünürdüm, amma ondan zorakılıq görəndən sonra hisslərim bitdi.
Bəlkə də bir həyat yoldaşı olaraq nələrəsə göz yummalı və danışmamalı idim. Görürsən ki, içkili gəlib, dəymə də adama. Həyat təcrübəm yox idi, çox erkən ailə qurmuşam, bəzi səhvlərimi yaşıma keçirəm. Harada susmaq lazım idisə, susmamışam. Heç kimə demirəm ki, belə olmaq lazımdır. Ailəni bir dəfə qurmusunuzsa, çalışın dağılmasın. Amma dözülməzdirsə, şiddət varsa, övladın əziyyət çəkirsə, onda artıq ayrılmaq qaçılmazdır. Həyat yoldaşım həm çox yaraşıqlı, həm imkanlı, həm də dünyada tanınan bir ailənin oğlu idi. İstədiyim hər şeyi mənim üçün edirdi. Ayrılandan sonra hiss elədim ki, artıq o adama qarşı heç bir hissiyyatım yoxdur. Elə bir hədd var ki, bütün bunlar artıq gözünə görünmür. Heç vaxt demirəm ki, iki insan münaqişəsində ancaq bir tərəf günahkardır. İkisinin də səhvi var.
- Qadın özünü nə zaman tapır və sizə ən böyük həyat təcrübəsi qazandıran hadisə nə olub?
- Qadın Allahdan sonra yaradan bir qüvvədir, dünyaya insan gətirir, həyat bəxş edəndir. Qadın və ana olmaq ilahi duyğudur. Anaların övladlarına qarşı olan sevgisini atalar o qədər güclü hiss etmir, onlar daha çox məsuliyyət daşıyıcısıdır. Qadınların övladlarına bağlılığı tam fərqlidir. Hər hansı hadisəyə qadın və kişinin yanaşması da müxtəlifdir. Qadınlığı biz anadan olan gündən anlayırıq, hətta valideynlərinə olan münasibətində hiss olunur. Qadınlarda qayğı çəkmək kimi xüsusiyyət var. Gecə yuxusuz qalmaq, uşağa baxmaq və yenidən ana olmaq qadını yormur, buna kişilər əziyyət kimi baxır. Ana olmağı əziyyət kimi görən insanlara da deyirəm ki, gözəl duyğuya əziyyət deməyin. Başqa bir adamın qayğısını çəkmək sevgi göstəricisidir. Kişilər qadın qədər sevə bilməz, sevməyi və qurban verməyi bacaran onlardır. Çox erkən yaşlarda ana olmuşam, ən gözəl həyat təcrübəsini də onda yaşamışam. Elə qadın var ki, yıxılan evin dirəyidir, elə övladlar var ki, xəstə ana-atasına baxır, elə qadın var ki, həyatını bacı və qardaşlarına qurban verir, eləsi var ki, çox qayğıkeş həyat yoldaşıdır, eləsi də var ki, gözəl məşuqədir. Hər bir qadın öz qadınlığını fərqli cür hiss edir və yaşayır. Məndə bu, analıqda özünü göstərir, başqa məqamlarda o qədər də güclü deyil.
- Oğlanlarınız qədrinizi bilir?
- Ümumiyyətlə, insan oğlu qədirbiləndir? İnsan olmaq o qədər çətindir ki. Reinkarnasiya olsaydı, insan olmaq istəməzdim.
- Nə olmaq istəyərdiniz?
- İt, quş və ya pişik olardım, insan olmazdım. İnsan qədər dünyada ikinci bir vicdansız və vəhşi məxluq yoxdur. Təbiətdə baş verənlərə baxıram və dözə bilmirəm. İnsan ferma açıb heyvan saxlayır, onun qayğısına qalır. Heyvanda ona qarşı sevgi və vəfa yaranır. Sonradan o fermanın sahibi heyvanları kəsib yeyir, ətindən, südündən, dərisindən istifadə edir. Hansı heyvan öz xeyrinə sənə sevgisini verə bilər? Ümumiyyətlə, təbiətə vurduğumuz ziyan onu məhvə aparır.
- Siyasətçi olsaydınız, təbiət üçün daha çox iş görə bilərdiniz bəlkə də. Siyasətə atılmaq arzusu və ya istəyi varmı?
- Tək əldən səs çıxmaz. Mənim kimi düşünən, təbiəti, heyvanları mənim kimi sevən insanların sayı çox olmalıdır ki, birləşib nə isə edə bilək. İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Mehriban xanım qərar verib ki, 650 min ağac əkilsin. Bunu eşidəndə sevincimin həddi hüdudu yox idi. Çünki ağacların kəsilməsi, oksigenin azalması çox qlobal problemlərdir...
Deputat olsam, irəli sürəcəyim fikirlərdən biri odur ki, mağazada içki satılmasın. Ancaq restoran hotellərdə və s. şənliklərdə. Ancaq siyasətə atılmaq mənim üçün xəyal olaraq qalacaq.
- Xoşbəxt olmaq üçün həyatınızda nə çatmır?
- Tamamilə xoşbəxt olmaq üçün dəli olmalısan, sənə heç nə təsir etməməli, heç nə vecinə olmamalıdır. Belə olmur axı. Ağlaya, gülə, sevinə, yeməyin dadından və ya təbiətdən zövq ala bilirsənsə, müxtəlif hissi yaşaya bilirsə, bunun özü böyük xoşbəxtlikdir. Baxır kim xoşbəxtliyi nədə axtarır.
- Arzularınızı həyata keçirməyə sizə nə mane olur?
- Arzunun sənə aid olub-olmasından asılıdır. Arzuların potensialınla uzlaşır, ya yox. Əgər arzuların övladlarınla bağlıdırsa, alınmaya bilər. O da dünyaya öz energetikasını göndərir, sən də. Onda bu arzu həyata keçməyə bilər.
- Şou-biznesdə üslubunuzu təkrarlayanlar var?
- Çoxdur, saç düzümündən, geyim tərzinə kimi. Təbii qarşılayıram. Özləri deməsə də, kənardan hiss olunur. Tərzini, danışığını, təqdimatını çalışır ki, mənə oxşatsın. Ən vacibi odur ki, bu vaxta qədər mənə özümü kiməsə oxşatdığımı deyən olmayıb.
- Nə vaxtsa özünüzə və dəyərlərinizə xəyanət etmisiniz?
- Əlbəttə, bunu hamımız edirik. Məsələn, dünən həyat yoldaşımın başına nə isə gəlsəydi, mən ölərdim. Bu gün ona nə isə olsa, heç vecimə də deyil. Həyat elədir ki, bizə "heç vaxt etmərəm" dediyimiz hadisələri bizə etdirir. Elə vəziyyətə düşə bilərsən ki, hətta adam öldürmək, oğurluq etmək məcburiyyətində qalarsan. Evinə oğru girib övladına zərər versə, onu tikə-tikə doğrayar, hətta üstündən qanını da içərsən. Odur ki, heç kimi qınamamağa çalışıram.
Elə cinayət hadisələri var ki, ölüm hökmünün qaytarılmasını istəyirəm. Uşaq zorakılığını son vaxtlarda tez-tez eşidirik. Niyə pedofil həbsxanada qalmalı və dövlət onu yedizdirməlidir? Olmaz ki, ölsün və bitsin. Pedofilin onsuz da müalicəsi yoxdur, xəstədir.
- Filmdə özünüzü aktrisa kimi sınamaq istərdiniz?
- Bir neçə dəfə təklif edilib, istəməmişəm. Elə bir film görmürəm ki, onda oynamaq istəyim. Yaxşı filmlər çəkirlər, amma dünya səviyyəsi ilə müqayisədə çox zəifdir.
- Gözəl xanımsınız, yəqin ki, evlilik təklifləri çoxdur. Dəyərləndirməyi düşünürsünüz?
- Gözəl xanımların həyatı heç vaxt siz düşündüyünüz kimi rəvan getmir. Gözəl olmayan xanımların həyatında hər şey yaxşı olur.
Özümü gözəl hesab etmirəm, sadəcə özümə baxıram, gözəl görünməyə çalışıram və bunun üçün az əmək sərf etmirəm. Hər halda gözəl görünsəm də, bildiyimiz kimi deyil. Bəlkə də kişilər kordur. Ümumiyyətlə, bir çox kişiləri indi elə kişilər maraqlandırır, elə bir zəmanəyə gəlib çıxmışıq ki, qadınlar onların maraq dairəsinə daxil deyil.
- Övladlarınızın ataları ilə münasibətiniz necədir?
- Blok etmişəm, bu barədə danışmaq istəmirəm. Mələk deyiləm, mənim də öz tarakanlarım var.
- Bəs özlərinin ataları ilə ünsiyyəti?
- Onların münasibəti yaxşıdır deyə ümumiyyətlə danışmaq istəmirəm. Vaxtında yaxşı olmalı idi, böyüyəndən sonra yox...
- Nura Suri zəhərini kimə qusur?
- Emosionalam da, əsəbiyəmsə, hamıya qışqırıb bağıracam. Və emosional insandan qorxmuram, sakit insanlardan uzaq gəzirəm. Emosional insan hisslərini göstərir, sakit insanları tanımaq olmur. Tanımadığım insan dostluq edə bilmərəm.
- Müsahibə üçün təşəkkür edirəm. Sizi növbəti dəfə kəşf etmək maraqlı oldu.
- Minnətdaram.
İranda yaşayan narkotacirlərin Azərbaycanda narkokuryerliyə cəlb etdiyi d�
İyunun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə
Oktyabr-noyabr aylarından etibarən zəlzələ evlərinin təhvil verilməsinə
Rusiya Prezidenti Vladimir Putin payızda Qazaxıstana səfər edəcək.
Cəlilabad rayonunda 1982-ci il təvəllüdlü Pərviz ailə münaqişəsi zəmi
5 və 26 iyun tarixlərində biz humanitar neytral vasitəçi rolunda çıxış
Türkiyə Əsrində ölkəmiz yeni yüksəliş mərhələsinə keçib.
Rusiyada silahlı qiyamla bağlı açılmış cinayət işinə xitam verilib.
Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrindən ilk 15 dəqiqə
Müharibə zamanı bir sıra silahların istifadə hüququ tam olaraq Ermənista
Prezident İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Gellehə təbrik məkt
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını t
"Utanmasan oynamağa nə var ki!" deyimini bir qədər dəyişib, &quo