Ağlasiğmaz intim ənənələr:


Digərləri 18 İyn 2023 00:31:00 290 0

Ağlasiğmaz intim ənənələr:

Qədim dövrlərdə kişilər Afrodita məbədinin kahinələri ilə görüşmək üçün Pafosa üz tuturdular. Şəhər öz ənənələri, sevgiyə azad münasibəti və özünəməxsus qonaqpərvərliyi ilə məşhur idi.

Bu gün isə o səciyyəvi otellərinin və suvenir satılan piştaxtaların bol olduğu adi bir kurort şəhərinə çevrilib.

Bununla belə, Pafosun 2017-ci ildə Avropanın mədəniyyət mərkəzi elan olunması təəccüb doğurur...

Son.az sevgi tanrısı Afroditanın vətənindən reportajı oxuculara təqdim edir.

Şəkil 1. Müasir kurort şəhəri olan Pafos memarlıq baxımından o qədər də cəlbedici deyil.

1966-cı ildə yerli sakinlərdən biri qədim şəhərin qalıqlarını aşkar edəndə, əsaslı qazıntı işləri başlanıldı. Nəticədə, torpağın altından o dövrdə qüdrətli ilahənin adı ilə bağlı Nea-Pafos (Afrodita ilə Piqmalionun qızının adı) adı daşıyan iri yunan-Roma şəhəri aşkar edildi. Nea-Pafos Kiprin paytaxtı olub. Lakin bütün teatrlar, qəsrlər, saraylar - hər şey IV əsrin güclü zəlzələsi nəticəsində darmadağın olub. Yalnız bəzi döşəmə mozaikaları salamat qalıb.

Şəkil 2. Dəfnə və Apollon, onların qısamüddətli sevgisi haqqında əsatir Nea-Pafos məbədində təcəssüm etdirilmişdir.

Şəkil 3. Afrodita məbədindəki mozaika erotik qədim yunan mifologiyasını şəkillərlə təsvir edir.

Şəkil 4. Qədim zamanlarda kişilər yaz aylarında cismani zövq yaşamaq üçün kiçik yaşayış məskəni olan Koukliyə üz tuturdu.

Sözügedən bu mozaikalar YUNESKO tərəfindən yüksək qiymətləndirilmiş və şəhər, yaxınlığında yerləşən Koukli qəsəbəsi də daxil olmaqla, Dünya İrs Siyahısına daxil edilib. Şəhər Antik dövrdə məhəbbət ilahəsinin əsas məbədinin orada inşa edilməsi ilə məşhurdur. Yaz fəslində Avrodita ayininin kahinələri ilə məhəbbətlə məşğul olmaq üçün buraya müxtəlif şəhərlərdən axışan kişilərin sayı sonsuz-hesabsız idi. O zamanlar tanımadığı insanlarla eşqbazlıq etmək heç də ayıb sayılmır, əksinə rəğbət doğururdu. Minilliklərlə mövcud olan bu qəribə ayin Babilə və Türkiyəyə qədər gedib çıxmışdı. Roma ərazisində bu ənənə yalnız eramızın əvvəllərində imperator Konstantin tərəfindən qadağan edilmişdi. Məlumdur ki, qadağadan sonra hələ də mövcudluğuna davam edən ənənələr xristian kilsəsinin qəzəbinə tuş gəlirdi.

Şəkil 5. Möhtəşəm məbədlərdə kütləvi eyş-işrət məclisləri keçirilirdi. Zaman isə yalnız binaların bünövrəsini qoruyub-saxlayıb.

Herodot Kiprin bu qədim ənənəsini, xüsusilə də hər bir qadının məbəd daxilində tanımadığı kişilərlə intim əlaqəyə girməyə məcbur edən qaydasını iyrənc adlandırırdı. Qadının statusunun heç bir əhəmiyyəti yox idi. Herodot hadisələri aşağıdakı kimi təsvir edirdi: "Yad kişi pul sikkələrini atırdı və ondan sonra qadın onunla intim əlaqəyə girməyə tabe olmalı idi". Düzdür, xarici görkəmi bir o qədər də cəlbedici olmayan qadınlar uzun müddət oraya gələn kişilərin xüsusi diqqətini gözləməli olurdu.

Şəkil 6. Afroditanın Nea-Pafosdakı məbədi.

"Afrodizia" (yunanca bu söz "seksual ehtiras" mənasını daşıyır) ayininin inkişafı barədə müasir Pafosda danışmaq qəbuledilməzdir. Lakin ənənələrin sarsılmaz olduğu üzündən bugünə qədər qorunub-saxlanıldıqlarına dair sübutlar mövcuddur.

Şəkil 7. Pul verən istənilən bir kişi ilə intim əlaqəyə girməyə borclu olan ayin xidmətçiləri başlarına xüsusi yaylıq bağlayırdı.

Qədim dünyanın ənənələri müasir insan üçün anlaşılmazdır, xüsusilə də əcdadlarımızın insanı heyrətə gətirəcək seksual ənənələri təqib etməsi.

Müasir Pafos üçün onu deyə bilərik ki, Kipr adasının cənub-qərbində yerləşən şəhər Avropanın ən ucuz turistik istiqaməti elan edilib.

Belə bir nəticəyə isə Britaniyanın Post Office şirkətinin ekspertləri gəlib. Araşdırma gedişində oteldə iki gecə gecələmə, aeroportdan şəhərin mərkəzinə qədər getmək üçün yol xərci, qidalanma və əyləncə üçün sərf edilən xərclər təhlil edilib.

Nəticədə məlum olub ki, Pafosda bu cür istirahət, turistlərə təqribən 160 avroya başa gələcək. Burada həm də müqəddəs Pavel, qədim roma siyasətçisi və filosofu Mark Lyusiy Siseron, ingilis kralı Şir Ürəkli Riçard yaşayıb... Belə əsrarəngiz tarixi, 3000 yaşı olan şəhərdə 160 avrodan keçməyə dəyməzmi?

Zaur Həsənəliyev Son.az

Günün qoroskopu: işgüzar danışıqlar və görüşlər üçün əlverişli gündür like
  • 18 İyn 00:01  
Digərləri Günün qoroskopu: işgüzar danışıqlar və görüşlər üçün əlverişli gündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Dünyanın ən varlı iki adamı bir FOTOda like
  • 17 İyn 23:55  
Digərləri Dünyanın ən varlı iki adamı bir FOTOda

Dünyanın ən varlı iki adamı - "Tesla" və "SpaceX" şir

arrow Ətraflı
Ukrayna ilə bağlı dialoqa hazırıq  Putin like
  • 17 İyn 23:48  
Dünya Ukrayna ilə bağlı dialoqa hazırıq Putin

Rusiya Ukrayna münaqişəsi ilə bağlı dialoqa hazırdır.

arrow Ətraflı
“Demişəm ki, məndən uzun görünsün” like
  • 17 İyn 23:41  
Şou-biznes “Demişəm ki, məndən uzun görünsün”

Müğənni Sevda Yahyayevanın növbəti paylaşımı diqqət çəkib.

arrow Ətraflı
Paylaşımında ailə qurduğu ortaya çıxdı  FOTO like
  • 17 İyn 23:34  
Digərləri Paylaşımında ailə qurduğu ortaya çıxdı FOTO

Rusiyalı aktrisa Anna Çipovskaya ailə qurub.

arrow Ətraflı
Lalə Azərtaşın verilişində dava: like
  • 17 İyn 23:14  
Şou-biznes Lalə Azərtaşın verilişində dava:

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində yenidən qa

arrow Ətraflı
Bakıda məşhur kafe bağlandı  FOTO like
  • 17 İyn 23:07  
Digərləri Bakıda məşhur kafe bağlandı FOTO

Bakıda fəaliyyət göstərən əfsanəvi "Hard Rock Cafe" bağlanıb

arrow Ətraflı
Türkiyə müdafiə sənayesi şirkətlərinin 2022ci üzrə ixrac dəyərləri açıqlanıb like
  • 17 İyn 23:05  
Dünya Türkiyə müdafiə sənayesi şirkətlərinin 2022ci üzrə ixrac dəyərləri açıqlanıb

Türkiyə müdafiə sənayesi şirkətlərinin 2022-ci üzrə ixrac dəyərləri

arrow Ətraflı
Ən çox danışan 3 BÜRC like
  • 17 İyn 23:00  
Digərləri Ən çox danışan 3 BÜRC

Danışmaq insanın ən təməl ehtiyaclarından biridir. Lakin danışarkən di

arrow Ətraflı
BMT və tərəfdaşları Ukraynaya bir milyard verir like
  • 17 İyn 22:53  
Dünya BMT və tərəfdaşları Ukraynaya bir milyard verir

BMT və tərəfdaşları birlikdə Ukraynanın bərpası üçün 1 milyard dolla

arrow Ətraflı
Ukrayna ilə bağlı bir daha bəyan etdik ki...  Gülər like
  • 17 İyn 22:28  
Dünya Ukrayna ilə bağlı bir daha bəyan etdik ki... Gülər

Brüsseldəki görüşdə Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüy

arrow Ətraflı