Budapeştdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert təşkil olunub


Siyasət 17 İyn 2023 13:58:00 177 0

Budapeştdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert təşkil olunub

İyunun 16-da Heydər Əliyev Fondu, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Ferens List Musiqi Akademiyasında klassik musiqi konserti və sərgi təşkil olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tanınmış azərbaycanlı dirijor, Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun müşayiəti ilə Macarıstanın məşhur Solnok Simfonik orkestri, gənc və istedadlı solist Selcan Nəsibli dahi Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Asəf Zeynallının, eləcə də macar bəstəkar Bela Bartok və Cakomo Puççininin əsərlərini ifa ediblər.

Konsertdə Macarıstanın Baş nazirinin ofisinin, Milli Assambleyanın, Xarici İşlər və Ticarət, Müdafiə, İqtisadi İnkişaf və Mədəniyyət nazirliklərinin, digər dövlət qurumlarının və Budapeştdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli ictimaiyyət və KİV təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr və digər qonaqlar iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş qısa sənədli filmin nümayişi ilə başlayıb. Daha sonra açılış nitqi ilə çıxış edən səfir Tahir Tağızadə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin və cəmiyyətinin inkişafının bütün sahələrində, o cümlədən Azərbaycan musiqisinin dünyada tanıdılmasında mühüm rol oynadığını qeyd edib. Ulu Öndər tərəfindən əsası qoyulmuş uzaqgörən siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyi diqqətə çatdırılıb. Həmçinin T.Tağızadə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində uğurlu fəaliyyətini vurğulayıb.

Konsert zamanı səsləndirilən ifalar tədbir iştirakçıları tərəfindən sürəkli alqışlarla müşayiət olunub.

Konsertdən sonra Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlərin əsas mərhələlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi qonaqlara təqdim olunub.

Daha sonra tədbir ziyafətlə davam edib.

Son.az 

Britaniyada naməlum dinozavr növü tapıldı like
  • 17 İyn 12:26  
Digərləri Britaniyada naməlum dinozavr növü tapıldı

Böyük Britaniyanın Uayt adasında əvvəllər məlum olmayan dinozavr növün

arrow Ətraflı
Mövqelərimiz intensiv atəşə tutulur like
  • 17 İyn 12:18  
Siyasət Mövqelərimiz intensiv atəşə tutulur

İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və La

arrow Ətraflı
Polislə insident yaşayan iş adamı ilə bağlı məhkəmə like
  • 17 İyn 12:15  
Digərləri Polislə insident yaşayan iş adamı ilə bağlı məhkəmə

"Cinema Plus" kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə b

arrow Ətraflı
"Prius”a minən şəxs yoxa çıxdı like
  • 17 İyn 12:04  
Digərləri "Prius”a minən şəxs yoxa çıxdı

Bakıda 45 yaşlı kişi itkin düşüb.

arrow Ətraflı
Öldü deyilən qadın dəfn zamanı dirildi like
  • 17 İyn 11:53  
Dünya Öldü deyilən qadın dəfn zamanı dirildi

"Ölü" adlandırılan qadın dəfn mərasimində dirildi.

arrow Ətraflı
Onlar 4 min manata yaxın maaş alır like
  • 17 İyn 11:42  
Digərləri Onlar 4 min manata yaxın maaş alır

2023-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan

arrow Ətraflı
Əli Əliyev işdən çıxarıldı like
  • 17 İyn 11:36  
Digərləri Əli Əliyev işdən çıxarıldı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin

arrow Ətraflı
Səidə onları QINADI: “TikTok”un Xalq və Əməkdar artistləri olublar” like
  • 17 İyn 11:31  
Şou-biznes Səidə onları QINADI: “TikTok”un Xalq və Əməkdar artistləri olublar”

"O vaxtı normal düşüncəm olsaydı, mən indi müğənni olmazdım, sə

arrow Ətraflı
Biçilmiş sahələri yandıran şəxslərə like
  • 17 İyn 11:20  
Digərləri Biçilmiş sahələri yandıran şəxslərə

"Məsuliyyətsiz biçənək sahiblərinə qarşı cəza tədbirləri sərtl

arrow Ətraflı
Nazirlik qeyrisabit hava şəraiti ilə bağlı əhaliyə like
  • 17 İyn 11:09  
Digərləri Nazirlik qeyrisabit hava şəraiti ilə bağlı əhaliyə

Son günlər ölkə ərazisində müşahidə edilən qeyri-sabit, yağıntılı

arrow Ətraflı
Azərbaycan və Qazaxıstan enerji tərəfdaşlığında yeni üfüqlər açırlar like
  • 17 İyn 11:07  
Siyasət Azərbaycan və Qazaxıstan enerji tərəfdaşlığında yeni üfüqlər açırlar

8-9 iyun tarixlərində Astana Beynəlxalq Forumuna (AIF 2023) uğurla ev sahibl

arrow Ətraflı
Azərbaycan Prezidenti: Birləşmiş Krallıqla əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk like
  • 17 İyn 11:02  
Siyasət Azərbaycan Prezidenti: Birləşmiş Krallıqla əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Ş

arrow Ətraflı
Ucarda evdən qadın meyiti tapılıb like
  • 17 İyn 11:00  
Digərləri Ucarda evdən qadın meyiti tapılıb

Ucarda evdən çürümüş qadın meyiti tapılıb.

arrow Ətraflı