Azərbaycan və Qazaxıstan enerji tərəfdaşlığında yeni üfüqlər açırlar


Siyasət 17 İyn 2023 11:07:00 201 0

Azərbaycan və Qazaxıstan enerji tərəfdaşlığında yeni üfüqlər açırlar

8-9 iyun tarixlərində Astana Beynəlxalq Forumuna (AIF 2023) uğurla ev sahibliyi edən Qazaxıstan dünya liderləri arasında dialoqun dəstəklənməsinə yönəlmiş yeni diplomatik başlanğıcı elan etdi. Bütün dünyada qütbləşmənin güclənməsi və indiyədək görünməmiş geosiyasi fikir ayrılıqları ilə səciyyələnən bir zamanda bu təşəbbüs sülh, tərəqqi və həmrəyliyin xeyrinə səsləri gücləndirməyə yönəlib.

Son.az Trend-ə istinadən bildirir ki, Forumun gündəliyi əhatəli olmaqla geniş spektrə malik məsələləri, o cümlədən ərzaq təhlükəsizliyi, su resurslarının idarə edilməsi, kapital axını, Birləşmiş Millətlər Təşkilatının rolu və iqtisadi inteqrasiyanı əhatə edib.

Mərkəzi Asiyanın aparıcı iqtisadiyyatına malik Qazaxıstan müxtəlif ölkələrlə iqtisadi ələqələrini möhkəmləndirir, çoxsaylı islahatlar aparır və bütün ölkələrlə dostluq əlaqələrinə can atan praqmatik beynəlxalq iştirakçı olaraq mövqe nümayiş etdirir. Ölkə, həmçinin strateji cəhətdən Şərqlə Qərb arasında yerləşən mühüm ticarət, nəqliyyat və maliyyə mərkəzi qismində öz mövqeyini möhkəmləndirmək üçün bir neçə istiqamətdə aktiv şəkildə çalışır.

"Geosiyasi sarsıntılara baxmayaraq, Qazaxıstan Mərkəzi Asiyada və Mərkəzi Asiya üçün iqtisadi lokomotiv rolunda çıxış etməyə davam edir. Biz mühüm xarici investisiyalar cəlb etməyə və Qazaxıstanda biznes qurmaq üçün müstəsna şərtlər təklif etməyə davam edirik", - Prezident Kasım-Jomart Tokayev Astana Beynəlxalq Forumunda giriş nitqində deyib.

Bir çox ölkələr iqlim məqsədlərinə çatmaq üçün dayanıqlı inkişaf və dekarbonizasiya strategiyaları işləyib hazırladıqlarından, böyük enerji istehsalçısı olan Qazaxıstan bu qlobal həllə aktiv şəkildə köməklik göstərməyə çalışır. Ölkə yeni "yaşıl portfel"in reallaşdırılmasına yardım etmək üçün xarici investorlar cəlb etməyə çalışmaqla ekoloji təmiz təşəbbüslərə tərəfdar olduğunu göstərir.

"Yaşıl" enerjinin artıq qlobal enerji təhlükəsizliyinin mühüm tərkib hissəsi olduğuna dair düşüncə bir qədər şişirdilmiş görünə bilər. Lakin bunu keçici, tezliklə aktuallığını itirəcək yeni cərəyan olaraq qəbul etmək bundan da böyük qeyri-uzaqgörənlik olardı. Həqiqət isə ondan ibarətdir ki, enerji landşaftı artıq transformasiyaya uğrayıb və neft və qazdan asılı olan və bunu qəbul etməyən istənilən ölkə geridə qalacaq.

Prezident Tokayev öz nitqində bu məsələyə də toxunaraq qeyd edib ki, Qazaxıstan Paris Sazişini imzalamaqla 2060-cı ilədək karbon baxımından neytral iqtisadiyyat olmaq öhdəliyi götürüb. Birinci dövr 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin gücünün 15 faizə çatdırılmasından ibarətdir. Bundan başqa, karbon neytrallığının əldə edilməsi üçün Qazaxıstan 2035-ci ilədək 10 qiqavat təmiz enerji istehsal etməyi qarşısına məqsəd olaraq qoyub. Ölkə bunun üçün bu sahələrdəki böyük potensiallarını nəzərə almaqla Masdar, ACWA Power, TotalEnergies, China Power və digərləri kimi enerji nəhəngləri ilə birgə əsasən günəş və külək enerjisi sahəsində müxtəlif layihələr reallaşdırır.

"Qazaxıstan yaşıl iqtisadiyyat üçün açıq imkanlar təklif edə və nəhayət bərpa olunan enerjinin mərkəzinə çevrilə bilər. Lakin zaman əleyhimizə işləyir. Lazımi sürətlə dekarbonizasiyaya nail olmaq və yaşıl iqtisadiyyat qurmaq üçün bizə resurslar və tərəfdaşlıq münasibətləri lazımdır", - deyə Prezident Tokayev qeyd edib.

Bununla əlaqədar olaraq Azərbaycan və Qazaxıstan özlərinin enerji siyasətlərində mühüm dəyişikliklər ediblər.

Azərbaycan bütün regionda "yaşıl" enerji sahəsində layihələrin reallaşdırılmasına öz aktiv yanaşması ilə digər ölkələrin fonunda seçilir. Azərbaycanın ənənəvi enerji resurslarının etibarlı tədarükçüsü olaraq tanınmasına baxmayaraq, ölkənin məqsədləri bu çərçivədən kənara çıxır. Ölkənin ekoloji təmiz enerji ixracı üzrə iddialı səyləri sürətlənərək real təşəbbüslərə çevrilməkdədir.

"Yaşıl" enerjinin ən mühüm aspekt olaraq Bakı-Astana gündəliyinə daxil edilməsi bu sahədə uzunmüddətli əməkdaşlığın qurulmasına səbəb olur. Qeyd olunmalı əsas məqam Bakı ilə Astana arasında enerji əməkdaşlığının davam etdiyi və böyük inkişaf potensialına malik olmasıdır.

Məsələn, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Astana Beynəlxalq Forumu çərçivəsində panel müzakirələrində çıxışında Qazaxıstan şirkətlərini Azərbaycandakı "yaşıl" enerji layihələrində iştiraka dəvət edərək qeyd edib ki, Azərbaycan 2026-cı ilədək 1,8 qiqavat gücündə günəş və külək enerjisini istismara verəcək.

Eyni zamanda P.Şahbazovun eyni müzakirədə çıxış edən qazaxıstanlı həmkarı Almassadam Satkaliyevin qeyd etdiyi kimi, həm Qazaxıstan, həm də Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində layihələrin inkişafına böyük diqqət ayırır və Qərbə "yaşıl" enerji ixracına başlamağa səy göstərir.

"Bununla əlaqədar olaraq azərbaycanlı həmkarlarımızla Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi layihəsinə artıq başlamışıq. Bu xətt Qazaxıstanı Türkiyə ilə, oradan isə Avropa ilə birləşdirəcək", - o deyib.

Azərbaycan və Qazaxıstan uzunmüddətli tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün davamlı təməl formalaşdırıb, lakin indiyədək əldə edilmiş uğurlara baxmayaraq, əhəmiyyətli potensial istifadə olunmamış qalmaqdadır ki, tərəflər bundan yaxın illərdə istifadə edə biləcəklər. Astana Beynəlxalq Forumu kimi platformalar yeni işgüzar əlaqələrin inkişafına kömək etməkdə və bu başlanğıclara mühüm töhfələr verməklə yeni iqtisadi əlaqələrin reallaşdırılmasında həlledici rol oynayır.

Son.az 

Azərbaycan Prezidenti: Birləşmiş Krallıqla əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk like
  • 17 İyn 11:02  
Siyasət Azərbaycan Prezidenti: Birləşmiş Krallıqla əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Ş

arrow Ətraflı
Ucarda evdən qadın meyiti tapılıb like
  • 17 İyn 11:00  
Digərləri Ucarda evdən qadın meyiti tapılıb

Ucarda evdən çürümüş qadın meyiti tapılıb.

arrow Ətraflı
Biri 3 gün əvvəl məzun olmuşdu like
  • 17 İyn 10:49  
Digərləri Biri 3 gün əvvəl məzun olmuşdu

Neftçalada Kürdə batan üç yeniyetmə barədə bəzi məqamlar məlum olub

arrow Ətraflı
Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycana səfərə gəlib like
  • 17 İyn 10:28  
Siyasət Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycana səfərə gəlib

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixano

arrow Ətraflı
ABŞnin dövlət borcu rekord həddə çatdı like
  • 17 İyn 10:27  
Dünya ABŞnin dövlət borcu rekord həddə çatdı

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə olaraq 32 trilyon dollar həddini ke

arrow Ətraflı
Bakıda 17 yaşlı qız itkin düşüb like
  • 17 İyn 10:16  
Digərləri Bakıda 17 yaşlı qız itkin düşüb

Bakıda 17 yaşlı qız itkin düşüb.

arrow Ətraflı
Dünya şöhrətli Orkestr üçün xüsusi sürpriz: like
  • 17 İyn 10:09  
Kriminal Dünya şöhrətli Orkestr üçün xüsusi sürpriz:

Heydər Əliyev Mərkəzində dünya şöhrətli Vyana Kamera Orkestrinin konser

arrow Ətraflı
KoroğluBuzovna xəttindəki gedişhaqqı tələbi qanunsuzdur? like
  • 17 İyn 09:54  
Digərləri KoroğluBuzovna xəttindəki gedişhaqqı tələbi qanunsuzdur?

Sosial şəbəkələrdə Koroğlu-Buzovna xətti üzrə hərəkət edən 107 say

arrow Ətraflı
Nazir zəlzələdən sağ çıxan sakinin dəvətindən imtina etmədi  VİDEO like
  • 17 İyn 07:54  
Dünya Nazir zəlzələdən sağ çıxan sakinin dəvətindən imtina etmədi VİDEO

Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələdən sağ çıxan sakinin

arrow Ətraflı
Türkiyədə nəhəng neft yatağı kəşf edildi like
  • 17 İyn 07:47  
Dünya Türkiyədə nəhəng neft yatağı kəşf edildi

Türkiyənin cənub-şərqində İraqla sərhədə yaxın ərazidə yeni neft ya

arrow Ətraflı
Kosmosda yeni yaşayış yeri tapıldı  Həyat üçün lazım olan hər şey var like
  • 17 İyn 07:40  
Digərləri Kosmosda yeni yaşayış yeri tapıldı Həyat üçün lazım olan hər şey var

NASA-nın (ABŞ-ın Milli Kosmos İdarəsi) "Kassini" zondonun əldə

arrow Ətraflı
“Görünüşümə görə ölməyimi istəyirlər”  FOTO like
  • 17 İyn 07:34  
Digərləri “Görünüşümə görə ölməyimi istəyirlər” FOTO

Kiprdə anadan olan 26 yaşlı model Sofiya Hacıpanteli müxtəlif təsirlərə

arrow Ətraflı
“Səsi yoxdur, özünə “ulduz” dedizdirir” like
  • 17 İyn 03:03  
Şou-biznes “Səsi yoxdur, özünə “ulduz” dedizdirir”

"Musiqi biliyimin potensialı qədər heç vaxt şansım olmayıb. Şans o

arrow Ətraflı