Kamaləddin Qafarov: “Ulu Öndər Azərbaycan mədəniyyətinin inkişafında yeni dövrün əsasını qoyub”


Siyasət 17 İyn 2023 10:25:00 182 0

Kamaləddin Qafarov: “Ulu Öndər Azərbaycan mədəniyyətinin inkişafında yeni dövrün əsasını qoyub”

"XX əsrin 70-ci illərindən Azərbaycan xalqının mədəni həyatı yeni bir dövrə, sözün əsl mənasında, çiçəklənmə dövrünə qədəm qoymuşdur. Bu intibah dövrü birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Milli mədəniyyətimizi xalqın ən böyük sərvəti hesab edən Ümummilli Lider mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Hələ sovet dönəmindən Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Azərbaycanın ən görkəmli yazıçıları, mədəniyyət və incəsənət xadimləri sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar. Ulu Öndər bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Dahi liderin hər çıxışı mədəniyyətimizin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, bu sahənin mütəxəssisi, bilicisi kimi çıxış edər, peşəkar səviyyədə rəy bildirərdi. Ulu Öndər Heydər Əliyev incəsənət meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Lakin zaman Ulu Öndəri siyasət memarına çevirdi. Çünki Azərbaycan xalqının belə bir dahi siyasət xadiminə çox böyük ehtiyacı var idi".

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: "Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də,1993-cü ildə ölkəmiz kəskin problemlər və hətta bir dövlət kimi yox olmaq təhlükəsi ilə qarşı-qarşıya idi. Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Həmin vaxtdan Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında tamamilə yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınmağa başladı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox mədəniyyət müəssisələri təmir olundu, Filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi. Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayan Ulu Öndərin hakimiyyəti illərində çox səmərəli tədbirlər reallaşdırılıb. 1993-2003-cü illər ərzində yeni mədəniyyət siyasətinə uyğun olaraq dövlət tərəfindən çoxsaylı və mühüm əhəmiyyətli işlər görülmüşdür. İlk növbədə, mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilmişdir. Bir sıra qanunlar, o cümlədən "Mədəniyyət haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Turizm haqqında", "Nəşriyyat işi haqqında", "Muzeylər haqqında", "Arxiv fondu haqqında", "Memarlıq fəaliyyəti haqqında" qanunlar Milli Məclisdə qəbul edilmiş və Ölkə Prezidenti tərəfindən təsdiqlənmişdir".

K.Qafarov sözünə davam edərək deyib:

"2003-cü ildən sonra Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davamlı olaraq uğurla həyata keçirilir. Milli mədəniyyətimizin müxtəlif sahələrinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə bu sahənin inkişafına yeni stimul yaratmışdır. Dövlət başçımızın Azərbaycan mədəniyyətinə verdiyi ən böyük töhfələrdən biri də sözsüz ki, işğaldan azad edilmiş qədim şəhərimiz olan Şuşanın ölkənin mədəniyyət paytaxtı elan edilməsi oldu. Ulu Öndərimizin "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə Azərbaycan yoxdur" - vəsiyyətini özünün həyat amalına çevirmiş Ölkə Prezident, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanın gücünü-qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan öz müdrik lideri, Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalına son qoydu, ölkənin ərazi bütövlüyünü bərpa etdi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsindən dərhal sonra cənab Prezident İlham Əliyev bəyan etdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək, özünün əvvəlki şöhrətini qaytaracaq və Şuşada işğala qədər keçirilən ənənəvi "Xarıbülbül" Beynəlxalq musiqi festivalı bərpa ediləcək. Bu, belə də oldu. 30 illik fasilədən sonra, 2021-ci ilin 12-13 may tarixlərində Şuşada keçirilmiş V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı Azərbaycanın qələbələrinin mədəniyyət sahəsində davamı kimi bütün  dünyaya təqdim olundu".

Bakıda 17 yaşlı qız itkin düşüb like
  • 17 İyn 10:16  
Digərləri Bakıda 17 yaşlı qız itkin düşüb

Bakıda 17 yaşlı qız itkin düşüb.

arrow Ətraflı
Dünya şöhrətli Orkestr üçün xüsusi sürpriz: like
  • 17 İyn 10:09  
Kriminal Dünya şöhrətli Orkestr üçün xüsusi sürpriz:

Heydər Əliyev Mərkəzində dünya şöhrətli Vyana Kamera Orkestrinin konser

arrow Ətraflı
KoroğluBuzovna xəttindəki gedişhaqqı tələbi qanunsuzdur? like
  • 17 İyn 09:54  
Digərləri KoroğluBuzovna xəttindəki gedişhaqqı tələbi qanunsuzdur?

Sosial şəbəkələrdə Koroğlu-Buzovna xətti üzrə hərəkət edən 107 say

arrow Ətraflı
Nazir zəlzələdən sağ çıxan sakinin dəvətindən imtina etmədi  VİDEO like
  • 17 İyn 07:54  
Dünya Nazir zəlzələdən sağ çıxan sakinin dəvətindən imtina etmədi VİDEO

Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələdən sağ çıxan sakinin

arrow Ətraflı
Türkiyədə nəhəng neft yatağı kəşf edildi like
  • 17 İyn 07:47  
Dünya Türkiyədə nəhəng neft yatağı kəşf edildi

Türkiyənin cənub-şərqində İraqla sərhədə yaxın ərazidə yeni neft ya

arrow Ətraflı
Kosmosda yeni yaşayış yeri tapıldı  Həyat üçün lazım olan hər şey var like
  • 17 İyn 07:40  
Digərləri Kosmosda yeni yaşayış yeri tapıldı Həyat üçün lazım olan hər şey var

NASA-nın (ABŞ-ın Milli Kosmos İdarəsi) "Kassini" zondonun əldə

arrow Ətraflı
“Görünüşümə görə ölməyimi istəyirlər”  FOTO like
  • 17 İyn 07:34  
Digərləri “Görünüşümə görə ölməyimi istəyirlər” FOTO

Kiprdə anadan olan 26 yaşlı model Sofiya Hacıpanteli müxtəlif təsirlərə

arrow Ətraflı
“Səsi yoxdur, özünə “ulduz” dedizdirir” like
  • 17 İyn 03:03  
Şou-biznes “Səsi yoxdur, özünə “ulduz” dedizdirir”

"Musiqi biliyimin potensialı qədər heç vaxt şansım olmayıb. Şans o

arrow Ətraflı
Rusiyaya iyunda qar yağdı like
  • 17 İyn 02:02  
Digərləri Rusiyaya iyunda qar yağdı

İyun ayının olmasına baxmayaraq, Rusiya qar yağıb. Sosial şəbəkələrd�

arrow Ətraflı
Bu hoteldə qalmaq üçün 16 milyon ödəməlisiniz like
  • 17 İyn 01:01  
Digərləri Bu hoteldə qalmaq üçün 16 milyon ödəməlisiniz

Turizm Strateji və Araşdırma Mərkəzi (TURSAM) kosmos turizmi ilə bağlı s

arrow Ətraflı
Sosial şəbəkələrin fəaliyyətində nasazlıq yaranıb like
  • 17 İyn 00:28  
Digərləri Sosial şəbəkələrin fəaliyyətində nasazlıq yaranıb

Dünyanın bir sıra ölkələrində sosial şəbəkələrin fəaliyyətində pr

arrow Ətraflı
Günün qoroskopu: Sərt tənqid və aqressiv davranışa qapılmayın like
  • 17 İyn 00:01  
Digərləri Günün qoroskopu: Sərt tənqid və aqressiv davranışa qapılmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Xərçəng növlərinin riskini azaldan VƏRDİŞLƏR like
  • 16 İyn 23:46  
Digərləri Xərçəng növlərinin riskini azaldan VƏRDİŞLƏR

Nyukasl Universitetinin alimləri təsdiq ediblər ki, sağlam həyat tərzinə

arrow Ətraflı
Saxta spirtli içki 14 can aldı  100 nəfərə yaxın... like
  • 16 İyn 23:38  
Digərləri Saxta spirtli içki 14 can aldı 100 nəfərə yaxın...

İranın Əlburz vilayətinin Kərəc şəhərində saxta spirtli içkidən 95 n

arrow Ətraflı