Ərdoğanın varisi o olacaq
Digərləri 05 İyn 2023 14:42:00 261 0
Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yeni qalib gəlməsinə və 5 illik müddətin cəmi bir gündür başlamasına baxmayaraq, artıq 2028-ci il üçün Ərdoğanın varisinin kim olacağı müzakirəsi başlayıb.
Bu xəbəri də oxu: Sabahdan çörəyin qiyməti bahalaşacaq
Son.az Axar.az-a istinadən xəbər verir ki, tanınmış rusiyalı siyasi ekspert Sergey Markov da "Ərdoğan 5 ildə nələr edəcək" sualına ilk olaraq "varisini seçəcək" cavabı ilə bu müzakirələrə qatılıb. Onun fikrincə, 2028-ci ildə Rəcəb Tayyib Ərdoğan prezidentliyə namizədliyini verməyəcək, ancaq ideyalarını və başlatdığı layihələri davam etdirmək üçün mütləq varisini müəyyənləşdirəcək.
3 iyunda Ərdoğanın Nazirlər Kabinetinin yeni tərkibini elan etməsindən sonra isə "varisin kimliyi" sosial şəbəkələrdə hallanmağa başlayıb. Belə ki, Hakan Fidanın XİN rəhbəri təyin olunması ilə sosial şəbəkələrin Türkiyə seqmentində onun Ərdoğanın varisi olacağına qəti əminlik ifadə olunmaqdadır. Eyni zamanda, Hakan Fidan haqda yalnız və yalnız müsbət fikirlər səsləndirilir və Ərdoğandan sonra Türkiyəni qorumağa qadir şəxs olaraq xarakterizə edilir.
Türkiyə ilə bağlı araşdırmaları ilə diqqət çəkən politoloq Ruslan Bəşirli də Hakan Fidanın personası üzərində dayanıb. O bildirib ki, Hakan Fidan bütün dünyada Türkiyə Cümhuriyyəti tarixinin ən güclü kəşfiyyat rəhbəri kimi qəbul olunur:
"MİT-ə rəhbərlik etdiyi dönəmlərdə daim ABŞ və Avropa mətbuatında onun haqqında "gizemli adam" başlığı ilə yazılar gedib. Ərdoğan isə onu Türkiyənin "sirr küpü" adlandırıb. ABŞ başda olmaqla, bir çox Qərb ölkələri Fidanı Ərdoğandan sonra ən böyük düşmənləri kimi qəbul ediblər. Məhz bu səbəbdəndir ki, FETÖ-nün 2014 və 2016-cı il çevriliş təşəbbüsləri zamanı ilk hədəf aldıqları adam MİT rəhbəri Hakan Fidan idi. Hakan Fidan Türkiyənin PKK və FETÖ-yə qarşı mübarizəsinə ən ciddi töhfə verən şəxs kimi qəbul olunur. Onun başçılığı ilə bir çox terror baronu ölkə xaricində ya yaxalanaraq Türkiyəyə gətirilib, ya da məhv edilib. Fidan Ərdoğanı həm Baydenlə, həm də Putinlə görüşlərdə müşayət etməsi ilə də tanınır".
Ekspert Hakan Fidanın Ərdoğanın varisi olacağı haqda fikirlər toxunaraq bildirib ki, bəziləri Fidanın məhz bu posta hazırlanması üçün siyasətə gətirildiyini (XİN başçısı olduğunu - red.) düşünür.
"Səs Azərbaycan" müsabiqəsinin qalibi, AzTV-nin solisti Emiliya Ya
Özəl taksi şirkətləri ilə bağlı narazılıqların sayı çoxalır.
Rusiyanın Azadlığı Legionu "qüdrətli və güclü" Rusiya haqqın
Fənlərin saylarına baxılmasına ehtiyac var.
"Son dövrlər quduzluq şübhəsi ilə bağlı müraciət edənlərin say�
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mər
Ukraynanın əks-hücumu strateji əhəmiyyətli əraziləri geri qaytaracaq.
Türkiyə ölkələr arasında münasibətlərin normallaşması prosesində Erm
Bağçalara qəbul prosesi iyul ayında nəzərdə tutulur.
Müğənni Tacir Şahmalıoğlu Əməkdar artist Elnarə Abdullayevadan küsdüy
Pekin və Vaşinqton arasında qarşıdurma qlobal fəlakətə gətirib çıxara
Qarabağın erməni əhalisinin təhlükəsizliyi və hüquqları ilə əlaqəda
2023-cü ilin yanvar-may aylarında Türkiyənin avtomobil sənayesi məhsullar�