Vuçiç Ərdoğandan kömək istədi:
Dünya 03 İyn 2023 18:37:00 300 0
Kosovada albanlarla serblər arasında münasibətlər yenidən kəskinləşib. Hazırkı böhran aprel ayına, Kosova serblərinin yerli seçkiləri boykot etdiyi vaxta təsadüf edir. Belə ki, seçkilərdə iştirak faizi aşağı olub. Nəticəsində etnik albanlar əsasən serblərdən ibarət yerli şuralara nəzarəti ələ keçiriblər. Təbii ki, bu, köhnə düşmənçiliyi yenidən alovlandırıb. Serbiya dövlətinin müdafiə etdiyi yerli serblər davakar şəkildə küçələrə axışıb. NATO-nun 30 əsgəri serblərlə qarşıdurma zamanı xəsarət alıb.
Bu xəbəri də oxu: Məşhur "Hollywood" yazısı alovlar içində
Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.
O bildirib ki, ABŞ və AB gərginliyi azaltmağa çalışır, ancaq bu, heç cür mümkün olmur:
"Sirr deyil ki, Türkiyənin Kosova və Serbiya ilə isti münasibətləri var. Türkiyə Ukrayna ilə Rusiya arasında taxıl anlaşmasına nail olduqdan sonra Balkan ölkələrində rəsmi Ankaranın nüfuzu xeyli artıb. Artıq Serbiya Prezidenti Aleksandar Vuçiç Tayyib Ərdoğana zəng vurub. Yaranmış gərginliyin aradan qaldırlması üçün vasitəçilik etməyi xahiş edib.
Müşahidəçilər qeyd edir ki, Türkiyə iki ölkə arasında yaranmış problemin aradan qaldırlmasına yardım edə bilər. Türklər tarixən alban və serblərlərlə eyni coğrafiyanı bölüşüb. Məsələ ondadır ki, nə ABŞ, və də AB Türkiyənin Balkanlarda yenidən söz sahibinə çevrilməsini istəyir.
O da bəllidir ki, Serbiya tarixən Rusiya ilə yaxın olub. Türkiyənin Rusiya ilə xoş münasibətdə olması da bu məsələdə Türkiyənin xeyrinə işləyə bilər.
Siyasi təhlilçilər bildirir ki, indiki məqamda ABŞ-a Avropada silahlı münaqişə qətiyyən lazım deyil:
"Amerika Çinlə bağlı problemlərinə köklənmək istəyir. Ona görə də Avropada Amerikanın fikrini yayındıra biləcək münaqişənin alovlanmasından ciddi şəkildə narahatdır.
Üstəlik, Türkiyənin Balkanlarda yenidən möhkəmlənməsinə imkan yarada biləcək situasiyanın ortaya çıxması da Vaşinqtonun ürəyincə deyil".
İstanbulun Büyükçekmece rayonundakı Endem televiziya qülləsi 1-ci İcra B
İyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ər
Müğənni İradə İbrahimova Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyaband
Süni intellektlə idarə olunan pilotsuz uçuş aparatı ABŞ ordusu tərəfind
Müxtəlif səbəblərdən zərərli hesab edilən məhsullar var. Ancaq düzgü
Reper Ciqan həyat yoldaşı Oksana Samoilova ilə mübahisəsinin səbəbinin s
Körfəz ölkələri öz vətəndaşlarından "Marburq" virusunun mü�
Ukrayna hərbçilərinin artıq mənimsədiyi "Abrams" tankları əks-
Bu gün Xankəndindən Ermənistana gedən ermənilərin Laçındakı sərhəd-b
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içdikdən sonra ölkənin ban
Frontotemporal demensiya diaqnozu qoyulan Hollivud ulduzu Bryus Uillis artıq ö
Son 5 ildə 4 sosial islahat paketi icra olunub.
Türkiyənin İzmir şəhərində kompüter şirkətində təcrübə keçən Ahm
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasın