Süni intellektlə işləyən PUA qəfildən operatorunu məhv etmək qərarı verdi
Dünya 03 İyn 2023 18:04:00 281 0
Süni intellektlə idarə olunan pilotsuz uçuş aparatı ABŞ ordusu tərəfindən həyata keçirilən simulyasiya testi zamanı operatoru öldürmək qərarına gəlib. Süni intellekt operatorun ona mane olduğunu hesab edib.
Bu xəbəri də oxu: Yaponiyadan Rusiyaya SANKSİYA 11 fizik, 51 hüquqi şəxs
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Kral Aviasiya Cəmiyyətinin bloqunda məlumat verilib. Hadisə barədə ABŞ Hərbi Hava Qüvvələrinin süni intellekt sınaqları və əməliyyatları üzrə rəhbəri polkovnik Taker "Sinko" Hamilton danışıb.
Onun sözlərinə görə, sınaq missiyası zamanı pilotsuz təyyarə düşmənin hava hücumundan müdafiə sistemlərini məhv etmək tapşırığı alıb. Müvəffəqiyyətli olarsa, süni intellekt tapşırığı yerinə yetirdiyi üçün xal alacaqdı. Hədəfin məhv edilib-edilməyəcəyinə dair son qərarı isə PUA-nın operatoru verməli idi. Bundan sonra o, təlim tapşırıqlarının birində pilotsuz təyyarəyə hədəfi məhv etməməyi əmr edib.
"Bəs o (dron) nə etdi? Operatoru öldürmək qərarına gəldi. (Süni intellekt) operatoru "öldürdü", çünki bu şəxs onun tapşırığını yerinə yetirməsinə mane olub", - deyə Hamilton danışıb.
O, təlim-məşq missiyası zamanı heç kimin xəsarət almadığını vurğulayıb.
Hadisədən sonra süni intellektə operatoru öldürməyin səhv olduğu və bu cür hərəkətlərə görə balların silinəcəyini öyrədilib.
"Bəs süni intellekt nə etdi? O, dronla əlaqə saxlamaq üçün istifadə edilən rabitə qülləsini məhv etdi ki, hədəfi öldürməsinin qarşısı alınmasın", - deyə Hamilton əlavə edib.
Polkovnikin sözlərinə görə, bu nümunə göstərir ki, etik məsələlərə məhəl qoyulmadığı təqdirdə süni intellektdən danışmaq düzgün deyil.
Müxtəlif səbəblərdən zərərli hesab edilən məhsullar var. Ancaq düzgü
Reper Ciqan həyat yoldaşı Oksana Samoilova ilə mübahisəsinin səbəbinin s
Körfəz ölkələri öz vətəndaşlarından "Marburq" virusunun mü�
Ukrayna hərbçilərinin artıq mənimsədiyi "Abrams" tankları əks-
Bu gün Xankəndindən Ermənistana gedən ermənilərin Laçındakı sərhəd-b
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içdikdən sonra ölkənin ban
Frontotemporal demensiya diaqnozu qoyulan Hollivud ulduzu Bryus Uillis artıq ö
Son 5 ildə 4 sosial islahat paketi icra olunub.
Türkiyənin İzmir şəhərində kompüter şirkətində təcrübə keçən Ahm
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasın
"HammAli & Navai" rep duetinin ortağı, Rusiyada fəaliyyət göstər
Dünya bazarlarında "Azəri Light (CİF)" markalı Azərbaycan nefti
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə