“O vaxt Canəli Əkbərova cavab vermədim, ata ilə oğul arasında da küsülülük olur” Xalq artisti


Kriminal 31 May 2023 23:41:00 177 0

“O vaxt Canəli Əkbərova cavab vermədim, ata ilə oğul arasında da küsülülük olur”  Xalq artisti

"Özümə hər dəfə qulaq asanda səhv axtarıram. Yeni bir əsər yazdıranda onu oturub dinləyirik ki, görək hər şey qaydasındadır? Daha sonra özümü dinləmirəm. Yaxşı nə varsa hamısını dinləyirəm. Bu mənim ovqatımdan asılıdır. Nəinki korifey sənətkarları, gəncləri də dinləyirəm. Çox şükürlər olsun ki, o gənclərdən bir çoxu bu gün mənimlə artıq tərəf müqabili olur. Bir dəfə "Leyli və Məcnun" tamaşasında oynayırdım. Orada Leyli də, İbn Səlam da, Leylinin anası da tələbələrim idi. Bu bir ustad üçün çox böyük, qürurverici bir iş idi. Tələbələrimin uğurlarına onlardan çox sevinirəm. Hər sənətkar heç olmasa özünün ardıcıllarını yetişdirməlidir. Sənətimiz yalnız belə inkişaf edəcək. Çünki heç kim daimi deyil, hər kəsin bu sənətdə bir dövrü var".  Bunu Moderator.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov deyib.  "Çalışıram ki, heç kimin haqqını tapdalamayım, heç kimin hüququnu pozmayım. Çünki bu təbiətimdə yoxdur. Gərək insanlara hörmət edəsən ki, hörmət görəsən. Qarşında kim olursa-olsun hörmətlə yanaşmalısan. Mən insanları çox sevirəm" deyə sənətkar bildirib.  Xalq artisti illər əvvəl qalmaqal yaşadığı Canəli Əkbərovu da xatırlayıb.  "Atayla oğul arasında da küsülülük olur. O vaxt Canəli Əkbərova cavab vermədim. Mən o tərbiyənin yiyəsi deyiləm. Sonra eşitdim ki, xəstələnib, xəstəxanada yatır. Oğlu ilə, kürəkəni ilə dostam. Dostlarımı, musiqiçilər Elnur və Elçini götürüb xəstəxanaya yanına getdim. Daha sonra tez-tez zəng edib, ondan xəbər bilirdim. Dünyasını dəyişməsinə çox üzüldüm. Muğam ifaçıları barmaqla sayılası qədərdir. Kiçik hər zaman öz kiçikliyini göstərməlidir. Tələbələrimə də hər zaman bunları deyirəm. Allah Əlibaba Məmmədova da rəhmət etsin. Dünyasını dəyişən günə qədər onunla əlaqə saxlamışam. Allah Arif Babayevə can sağlığı versin. Bizim hər birimiz onlara xidmət edib, ehtiram göstərməliyik" deyə sənətkar bildirib.  "Ən çox ürəyinizə yatan Leyli kim olub?" sualına sənətkar belə cavab verib.  ""Leyli və Məcnun" tamaşasında 10 sənətkarımızla tərəf müqabili olmuşam. Onlardan biri türkiyəli sənətçi idi. Hamısı ilə səhnəni bölüşmək çox xoşdur. Çünki hər bir sənətçinin öz dəsti-xətti, tamaşaçısı var. Daha çox qismətimə Nəzakət xanımla oynamaq düşüb, onunla səhnəni bölüşmüşük" deyə sənətkar bildirib.  Xalq artisti şəhid qardaşı oğlundan da danışıb. "Qardaşım oğlu İsrafil şəhid olmamışdan bir gün öncə hamımıza zəng etdi. Bəlkə də insana hər şey əyan olur. O sanki bizim hamımızla vidalaşırdı. Ona atamızın adını qoymuşduq. Oktyabr ayının sonu idi, müharibənin bitməsinə az qalmışdı, bir çox yerləri də almışdıq. Dedi ki, "əmi, hər şey yaxşıdır, bu gün, sabah Şuşaya bayraq sancacağıq". Dedim ki, "İsi, özünü qoru, sənin toyunu biz edəcəyik". Mənə dedi ki, "əmi, özümüzü yox, vətəni qorumalıyıq". Mən onda öz-özümə dedim ki, "bu uşaq nə vaxt böyüdü?". O bizim gözümüzdə uşaq idi. Qeyri-adi uşaq idi, idmana gedirdi, enerjisi özünə sığmırdı. Bir yerdə otura bilmirdi. Müharibə başlayan günü ata-anasına demişdi ki, "mən gedirəm, ya qazi, ya da ki, şəhid kimi qayıdacam" deyə sənətkar bildirib.

Son.az  

Kişi uşağını, arvadını və qayınanasını öldürmək üçün evini partlatdı like
  • 31 May 23:30  
Digərləri Kişi uşağını, arvadını və qayınanasını öldürmək üçün evini partlatdı

Rusiyada kişi uşağı, arvadı və qayınanasını öldürmək üçün evini p

arrow Ətraflı
Türkiyədə YENİ SİNDROM  Zəlzələdən sonra bir çox insanda... like
  • 31 May 23:18  
Digərləri Türkiyədə YENİ SİNDROM Zəlzələdən sonra bir çox insanda...

Türkiyənin Kahramanmaraş vilayətində bütün ölkəni dərindən sarsıdan

arrow Ətraflı
İyun ayında bu bürclər “qara siyahı”da olacaq like
  • 31 May 23:07  
Digərləri İyun ayında bu bürclər “qara siyahı”da olacaq

Astroloq Vlad Ross iyun ayında "qara siyahı"da olacaq 3 bürcü aç�

arrow Ətraflı
Melike Şahin ərə getdi  FOTO like
  • 31 May 22:56  
Şou-biznes Melike Şahin ərə getdi FOTO

Türkiyəli müğənni Melike Şahin ailə qurub.

arrow Ətraflı
Süni intellekt “Titanik”dəki sirli adamı axtaracaq  FOTO like
  • 31 May 22:45  
Digərləri Süni intellekt “Titanik”dəki sirli adamı axtaracaq FOTO

Dərin dəniz xəritələri hazırlayan "Magellan" şirkətinin tədqi

arrow Ətraflı
Bu əraziləri su basdı  VİDEO like
  • 31 May 22:39  
Digərləri Bu əraziləri su basdı VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intens

arrow Ətraflı
Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsildi like
  • 31 May 22:26  
Digərləri Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsildi

Bu gün axşam saatlarında başlayan külək və yağış İsmayıllı rayonund

arrow Ətraflı
Dəmirdaş üzr istədi və siyasətdən getdi like
  • 31 May 22:23  
Digərləri Dəmirdaş üzr istədi və siyasətdən getdi

Xalqların Demokratik Partiyasının həbsdə olan həmsədri Səlahəddin Dəmi

arrow Ətraflı
AEBA: İranın uran ehtiyatları limitdən 23 dəfə artıqdır like
  • 31 May 22:14  
Dünya AEBA: İranın uran ehtiyatları limitdən 23 dəfə artıqdır

Atom Enerji Agentliyi üzrə Beynəlxalq Agentlik İranın uran ehtiyatlarının

arrow Ətraflı
Göyçay qaranlığa qərq oldu like
  • 31 May 22:08  
Digərləri Göyçay qaranlığa qərq oldu

Mayın 31-də günün ikinci yarısında Göyçay rayonunda başlayan güclü k�

arrow Ətraflı
Ağcabədidə güclü külək bir nəfərin ölümünə səbəb oldu  FOTO like
  • 31 May 22:03  
Digərləri Ağcabədidə güclü külək bir nəfərin ölümünə səbəb oldu FOTO

Mayın 31-də güclü külək Ağcabədi rayonunun yaşayış məntəqələrind�

arrow Ətraflı
Göyçayda güclü külək nəticəsində ölənlərlə bağlı DİNdən AÇIQLAMA  YENİLƏNİB like
  • 31 May 21:55  
Digərləri Göyçayda güclü külək nəticəsində ölənlərlə bağlı DİNdən AÇIQLAMA YENİLƏNİB

Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi i

arrow Ətraflı
Tovuzda iki qardaş bıçaqlanıb like
  • 31 May 21:43  
Digərləri Tovuzda iki qardaş bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş.verib.

arrow Ətraflı