Türkiyədə YENİ SİNDROM Zəlzələdən sonra bir çox insanda...
Digərləri 31 May 2023 23:18:00 268 0
Türkiyənin Kahramanmaraş vilayətində bütün ölkəni dərindən sarsıdan zəlzələlərdən sonra həm fəlakət qurbanlarında, həm də hadisədən dolayısı ilə təsirlənən insanlarda yuxu pozuntusu yaranıb.
Bu xəbəri də oxu: Azərbaycanda ŞOK STATİSTİKA Məzunların cəmi
Son.az oxu.az-a istinadən xəbər verir ki, zəlzələ ilə bağlı narahatlıq keçirən insanlar xüsusilə fəlakətin baş verdiyi vaxtda, saat 04:17-də oyanmağa və oyaq qalmağa çalışırlar. Bununla da baş verə biləcək mümkün zəlzələ zamanı ayaq üstə olmaq istəyirlər.
Bu barədə uşaq və yeniyetmə psixiatriyası üzrə türkiyəli mütəxəssis Çağlar Ceyks məlumat verib.
Mütəxəssis zəlzələdən sonra narahatlıq səbəbilə yuxu pozuntusu ilə bağlı şikayətlərin artdığını deyib.
"Üç ay əvvəl yaşadığımız zəlzələdən bu yana çox ciddi narahatlıq müşahidə edirəm. Bu da yuxu və motivasiya pozuntuları, konsentrasiya itkisi kimi problemlərə gətirib çıxarır. Universitetə qəbul imtahanına hazırlaşan yeniyetmələrdə "Niyə oxuyuruq?" kimi həyatın mənasının itirilməsi hissi yaranır", - deyə o qeyd edib.
Çağlar Ceyks zəlzələ vaxtında oyanan insanlara bəzi məsləhətlər verib.
"Zəlzələ saat 04:17-də baş verdi. Lakin statistik məlumatlara nəzər yetirsək, zəlzələlərin çox zaman gündüz saatlarında baş verdiyini görə bilərik. İnsanlar 04:17-də yuxudan oyanırlar və bu da zəlzələyə yatağında yaxalanmaq qorxusundan irəli gəlir. Ancaq bunun zərərləri daha çox ola bilər. Çünki kifayət qədər yatmayan insan həyatdan zövq ala bilməmək, düzgün fikir yürüdə bilməmək kimi problemlərlə üzləşəcək. Normal yuxu sağlamlıq üçün çox vacibdir. Bunun üçün mənəvi dəstək alına bilər, həmçinin yuxu gigiyenasına diqqət yetirilməsi də önəmlidir. Gecə gec saatlarda çox çay və qəhvə içilməməlidir. İşıq altında çox oturmaq olmaz", - deyə mütəxəssis əlavə edib.
Onun sözlərinə görə, zəlzələ anında yuxudan oyanmaq beynin travmanı kodlaşdırmasından qaynaqlanır:
"Beyindəki müvafiq bölgə baş verənləri qeydə alır. Saat 04:17-də zəlzələ olubsa, insanın həmişə o saatda oyanmasına səbəb olur. Həmin saatda oyananlar düşünürlər ki, oyaq olsam, bina uçsa, qaça və ya hərəkət edə bilərəm. Deməliyəm ki, belə bir zəlzələnin yenidən baş verməsi ehtimalı statistik baxımdan aşağıdır. Ona görə də insanlarla terapiya şəklində ünsiyyət çox vacibdir", - deyə o bildirib.
Astroloq Vlad Ross iyun ayında "qara siyahı"da olacaq 3 bürcü aç�
Dərin dəniz xəritələri hazırlayan "Magellan" şirkətinin tədqi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intens
O istedadlı aktrisa kimi öz adından "Masumlar apartmanı" serialın
Bu gün axşam saatlarında başlayan külək və yağış İsmayıllı rayonund
Xalqların Demokratik Partiyasının həbsdə olan həmsədri Səlahəddin Dəmi
Atom Enerji Agentliyi üzrə Beynəlxalq Agentlik İranın uran ehtiyatlarının
Mayın 31-də günün ikinci yarısında Göyçay rayonunda başlayan güclü k�
Mayın 31-də güclü külək Ağcabədi rayonunun yaşayış məntəqələrind�
Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi i
Bir zamanlar insanların sevərək izlədiyi və qatıldığı tele-şou olan &q
Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kişineuda
Gün ərzində rus qoşunları yenidən bir neçə istiqamətdə hücuma keçmə