"Düşünürdülər ki, bir xanım əgər səhnədədirsə, o..." FOTO


Şou-biznes 30 May 2023 19:00:00 150 0

"Düşünürdülər ki, bir xanım əgər səhnədədirsə, o..."  FOTO

"Hər zaman keçmişimə qürurla boylanıb baxmışam. Yolum aydın olub, sənətimdə heç vaxt qaranlıq nəsə olmayıb. Mən o yolu çox əziyyətlərlə keçmişəm. Dövlətimə, vətənimə, xalqıma doğru, düzgün xidmət etmişəm. Övladlarıma ana, həyat yoldaşıma xanım olmuşam. Övladlarımla hər zaman dost olmuşam. 25 il olar ki, pedaqoji fəaliyyətlə məşğul olub, tələbələr yetişdirmişəm. Onlara da valideyn qayğısı ilə yanaşıram".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Mələkxanım Əyyubova deyib. 

"Çox güclü xanımam. Bu illər ərzində əgər bu cür sənətə gəlmişəmsə, gəldiyim yerdə dayanıb durmuşamsa, şükürlər olsun 4 tərbiyəli övladı cəmiyyət üçün yetişdirə bilmişəmsə, bunun özü elə böyük bir güc deməkdir. Sənətdə də özümü güclü hesab edirəm. Mənim sənətə gəldiyim illər elə bir çətin dövr idi ki, heç kim nəinki qızının, oğlunun da bu sənətdə olmasına razılıq vermirdi. Səhnəmiz həmişə hörmətli, izzətli olub. Amma çox çətin idi, hər kəs bu sənətdə baş çıxara bilməzdi. Müğənni xanımı kimsə alıb, öz oğluna gəlin etməzdi. Düşünürdülər ki, bir xanım əgər səhnədədirsə, o ev üzü görməyəcək, bütün günü qastrol səfərlərində, xarici ölkələrdə olacaq, o nə vaxt evinə xanımlıq etməyə vaxt tapacaq, balalarına analıq edəcək?! Sənətin çətinlikləri budur. Mən səhnəyə gələndə Rübabə Muradova, Zeynəb Xanlarova, Şövkət Ələkbərova kimi xanımlar səhnədə idi. Onların yanında sənətə gəlmək, oxumaq elə bilirsiniz ki, asandır?" deyə xanəndə bildirib.

Xalq artisti bildirib ki, hər zaman bədbin insanlardan uzaq gəzir.

"Bədbin insanları sevmirəm. Çünki çalışırıq ki, ruhdan düşməyək. Dostlarımı, sənət yoldaşlarımı, qohumlarımı görəndə çalışıram ki, onlara enerji verim. Bu mənim çox xoşuma gəlir. Bir daha Allahıma borcluyam ki, yaxşı ki, o bu sənəti mənə verib. Mən xalqa, insanlara lazımam, efirlərdə məni axtarırlar. İstəsəm də, istəməsəm də ayaqda qalmalıyam" deyə xanəndə bildirib.

Mələkxanım Əyyubova gözəllik sirlərindən də danışıb.

"Qocaqlıdan danışmağa haqqım yoxdur. Nə yaşım var ki? Gözəl qalmağımın səbəbi insanların mənə olan sevgisidir. Bu qarşılıqlıdır. Mən də hər kəsə sevgi bəxş edirəm. İnsanın qəlbində, içində paxıllıq hissi olmayanda, daima xeyirxahlıq, mərhəmət, sevgi dolu olanda o nə qədər yaşa dolsa da, içində pislik yoxdursa, xarici siması da gözəl qalacaq. Yox əgər qəlbində kin varsa, sən yaşa dolduqca bu sənin üzündə də əks olunacaq" deyə sənətkar bildirib.

Xalq artisti vaxtilə övladlarını bu sənətdən uzaqlaşdırdığını bildirib.

"Övladlarım hələ balaca idilər, uşaqlıqdan çalışdım ki, bu sənətdə olmasınlar. Sevindim ki, nə yaxşı ki, səsləri yoxdur. Nəzrin uşaqlıqda bir az oxudu, oğlum da musiqi ilə məşğul olmaq istəyirdi, tez yayındırdım. Bu sənət çox çətindir. Dedim ki, uşaqlarım qoy başqa yolla getsinlər. Allah təala onları da elə yaratdı ki, öz sahələrində tanındılar. Onlara hər zaman istiqamət verirəm. Övladlarım heç vaxt adımdan istifadə etməyiblər. Bəzən elə bir yerdə olub ki, müğənnilərdən söz düşəndə heç vaxt deməyiblər ki, o bizim anamızdır. Gəlib evdə danışanda demişəm ki, niyə deməmisən? Deyiblər ki, "özləri qoy maraqlanıb bilsinlər, biz niyə deyək ki?". Hər bir valideynə övlad xoşbəxtliyi arzu edirəm" deyə Mələkxanım Əyyubova deyib.

Xalq artisti bayağı mahnılardan da danışıb.

"Yeni yazılan mahnılar xarici musiqilərə bənzəyir. Daha çox ərəb musiqisi üstündə yazılır. Olmaz belə. Bizim mahnılarımız muğamlarımızdan yaranıb. Hətta dahi bəstəkarlarımız da muğamlarımızdan bəhrələnib, mahnılar yazıblar. Bu cür mahnıları efirlərdə səsləndirmək olmaz. Bizim öz milli musiqimiz, mahnılarımız var, efirdə onlar səsləndirilməlidir" deyə sənətkar bildirib.

Daxili Qoşunların hərbçisi like
  • 30 May 18:56  
Digərləri Daxili Qoşunların hərbçisi

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmira

arrow Ətraflı
“Chevrolet” ağaca çırpılıb iki hissəyə bölündü, ölənlər var  VİDEO  FOTO like
  • 30 May 18:52  
Digərləri “Chevrolet” ağaca çırpılıb iki hissəyə bölündü, ölənlər var VİDEO FOTO

Tərtərdə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi

arrow Ətraflı
Artıq çəkili müğənnidən açıqsaçıq FOTOlar like
  • 30 May 18:50  
Digərləri Artıq çəkili müğənnidən açıqsaçıq FOTOlar

Amerikalı müğənni, populyar Bebe Reksa izafi çəkisindən qurtulmağa çal�

arrow Ətraflı
İstirahətə gedən qadın like
  • 30 May 18:48  
Dünya İstirahətə gedən qadın

Ailəsi ilə səfərə çıxan qadın avtomobildən düşüb dincələn zaman p�

arrow Ətraflı
Ekspertdən keçidlər ilə bağlı like
  • 30 May 18:24  
Digərləri Ekspertdən keçidlər ilə bağlı

Azərbaycanda statistikaya görə, piyada ölümü ilə nəticələnən avtomobi

arrow Ətraflı
Serel Yerelidən açıqsaçıq FOTOlar like
  • 30 May 18:20  
Digərləri Serel Yerelidən açıqsaçıq FOTOlar

"Bodrum Masalı" teleseralındakı rolundan sonra tanınan gənc türk

arrow Ətraflı
27 illik evliliyə son: Türkiyəli məşhur cütlük boşandı like
  • 30 May 17:48  
Şou-biznes 27 illik evliliyə son: Türkiyəli məşhur cütlük boşandı

Türkiyəli sənətçi cütlük Mehmet Aslantuğ və Arzum Onan 27 illik evlilik

arrow Ətraflı
YARAT ARTIM Layihə Məkanında “Müqəssir zövq”  adlı qrup sərgisini təqdim edir like
  • 30 May 17:40  
Digərləri YARAT ARTIM Layihə Məkanında “Müqəssir zövq” adlı qrup sərgisini təqdim edir

YARAT Müasir İncəsənət Məkanı, gənc Azərbaycan rəssamları - Ağaəli

arrow Ətraflı
İrəvan nəzərə alsın: Ərdoğan bunu edəcək  İspiryan like
  • 30 May 17:36  
Siyasət İrəvan nəzərə alsın: Ərdoğan bunu edəcək İspiryan

Türkiyədə keçirilən prezident seçkisinin 2-ci turunda qalib gələn Ərdo�

arrow Ətraflı
Ruslanla Turanın toy tarixi açıqlandı  FOTO like
  • 30 May 17:24  
Şou-biznes Ruslanla Turanın toy tarixi açıqlandı FOTO

Ötən ilin yayında futbolçu Ruslan Cəfərov ilə nişanlanan CBC TV-nin xəb

arrow Ətraflı
Bu, Avropa coğrafiyasında yeni hərbi təhdiddir  Mübariz Əhmədoğlu like
  • 30 May 17:16  
Siyasət Bu, Avropa coğrafiyasında yeni hərbi təhdiddir Mübariz Əhmədoğlu

Qarabağ problemi ilə hazırda Avropa və Qərbin mühüm nüfuzlu siyasətçil

arrow Ətraflı
Marketlərdə Ukrayna adı ilə İran duzu satılır? like
  • 30 May 17:12  
Digərləri Marketlərdə Ukrayna adı ilə İran duzu satılır?

"Son illər Azərbaycanın istehlak bazarında saxta məhsulların satış�

arrow Ətraflı
İsxak Hersoq Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib like
  • 30 May 17:08  
Siyasət İsxak Hersoq Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hers

arrow Ətraflı
Xankəndidə nəyin hazırlığı görülür?  Paşinyan özündən like
  • 30 May 17:06  
Siyasət Xankəndidə nəyin hazırlığı görülür? Paşinyan özündən

Hər ötən saat Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zon

arrow Ətraflı
İsrail Prezidenti: Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm like
  • 30 May 17:02  
Siyasət İsrail Prezidenti: Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm

Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük

arrow Ətraflı