Yeni türk əsri başlayır


Siyasət 30 May 2023 11:09:00 155 0

Yeni türk əsri başlayır

Asif Mehman TREND

Ötən bazar günü keçirilən seçkilərdə qardaş Türkiyə xalqı öz seçimini etdi. Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,14 səslə qalib gəldi. Bir çox beynəlxalq siyasi mərkəzlər, siyasi şərhçilər bu seçkinin ən çətin sınaqlardan biri olduğunu bildirdilər.

Türkiyənin qlobal güc olmasını nəzərə aldığımız zaman bu seçkilərin ciddi geosiyasi nəticələrinin də olacağı məlumdur. Ərdoğan Kılıçdaroğluna ilk dəfə deyildi qalib gəlirdi. Bu, sayca 16-cı qələbədir. Bu qələbə eyni zamanda türk dünyasının qələbəsi də hesab etmək olar, çünki Ərdoğanın rəhbərliyi ilə məhz Türkiyə türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişafında, siyasi münasibətlərin qurulması və inkişaf etdirilməsində başlıca rol oynayır.

Ərdoğanın tarixi qələbəsini Trend-ə şərh edən Milli Məclisin deputatı Sevinc Hüseynova qeyd edib ki, Türkiyə xalqı çox doğru seçim edərək yenidən Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsinə səs verdi və bununla da Türkiyənin gələcəyini etibarlı zəmanət altına almış oldu.

"Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti illərində Türkiyədə çox mühüm islahatlar həyata keçirilib. Qardaş Türkiyənin düzgün şəkildə apardığı iqtisadi siyasət hər bir sahədə sürətli şəkildə inkişafa imkan yaradıb. Məhz bu uğurlara görə qardaş Türkiyə xalqı yenidən Rəcəb Tayyib Ərdoğanı prezident seçdi. Hesab edirəm ki, Türkiyə bundan sonra daha böyük uğurlara imza atacaq", - deyə deputat bildirib.

Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən lider oldu. Bu hadisə Türkiyə mediasında da geniş işıqlandırıldı. Bütün sahələrdə olduğu kimi, bu qələbədə də qardaş türk xalqının və onun liderini ilk təbrik edən də Azərbaycan oldu. Qələbənin gecəsi Türkiyədə olduğu kimi azərbaycanlılar da küçərələr çıxaraq qələbə yürüşləri etdilər.

Ərdoğanın qələbəsi Azərbaycan-Türkiyə münasibətlərində yeni dövrün başlanğıcıdır

Milli Məclisin deputatı Afət Həsənova Trend-ə açıqlamasında bildirib ki, Türkiyə ilə Azərbaycan arasında tarixi dostluq və qardaşlıq, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrin möhkəmləndirilməsi üçün daim Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən çoxşaxəli tədbirlər həyata keçirilib.

"44 günlük Vətən müharibəsi və Azərbaycanın tarixi Zəfəri Türkiyə və Azərbaycan arasında münasibətləri tamamilə yeni müstəviyə çıxardı. İki ölkə arsında imzalanan Şuşa bəyannaməsi qardaş ölkələr arasında yeni dövrün başlanğıcını qoydu. Bu bəyannamə bütün sahələrdə münasibətlərin yeni zirvəyə çıxması üçün geniş imkanlar açır.

Hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbəsi iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində yeni bir dövrün başlanğıcıdır. Rəcəb Tayyib Ərdoğanın ötən gün qələbəsi ilə bağlı xalqa müraciətində "Azərbaycan qazandı, Qarabağ qazandı" söyləməsi də qardaşlıq münasibətlərinin bundan sonra daha da möhkəmlənəcəyindən xəbər verir", - deyə deputat əlavə edib.

Bu seçkilər Türkiyəni parçalamağa çalışan və onu bataqlığa çəkməyə cəhd edən dairələrə də ciddi mesaj oldu. Türk xalqı bir olduğunu və Ərdoğanı dəstəklədiyini bütün dünyada bəyan etmiş oldu.

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, Türk xalqı xoşbəxt və parlaq gələcəyə səs verdi. Türkiyə bütün dünyaya növbəti dəfə demokratiya dərsi keçdi.

"Türkiyəni İraqa və Suriyaya çevirmək istəyənlərin arzusu ürəyində qaldı. Türkiyə daha da güclənəcək, daha da inkişaf edəcək. Gözün aydın olsun Türkiyəm!", - deyə deputat əlavə edib.

O qeyd edib ki, bu seçkini Türkiyə qədər Azərbaycanda həyəcanla izləyirdi.

"Bu seçkidə təkcə Türkiyə deyil, Azərbaycan da qazandı. Bu gündən sonra əlaqələrimiz hər iki ölkə liderinin güclü səyləri nəticəsində daha da inkişaf edəcək. Biz qələbəyə inanırdıq! Yaşasın Azərbaycan Türkiyə dostluğu və qardaşlığı! Dostluğumuz və qardaşlığımız əbədi və sarsılmazdır!", - deyə deputat əlavə edib.

Azərbaycanda bahalaşmanın qarşısı bu yolla alınacaq like
  • 30 May 11:04  
Digərləri Azərbaycanda bahalaşmanın qarşısı bu yolla alınacaq

Bir müddət əvvəl İqtisadiyyat Nazirliyində Türkiyənin dərman istehsalı

arrow Ətraflı
Ərdoğanın ilk xarici səfəri hara olacaq? like
  • 30 May 10:52  
Digərləri Ərdoğanın ilk xarici səfəri hara olacaq?

Türkiyədə prezident seçkilərində təkrar qələbə qazanan Prezident Rəc�

arrow Ətraflı
Kafedə kişi, onun arvadı və bacısı oğlu bıçaqlanıb like
  • 30 May 10:48  
Kriminal Kafedə kişi, onun arvadı və bacısı oğlu bıçaqlanıb

Ağcabədi sakini kafedə kişini, onun arvadını və bacısı oğlunu bıçaql

arrow Ətraflı
Bakıda bu küçələrdə evlər sökülür like
  • 30 May 10:42  
Digərləri Bakıda bu küçələrdə evlər sökülür

Bakının Yasamal rayonu ərazisində uçma təhlükəsi ilə üz-üzə olan iki

arrow Ətraflı
Laçına köçün başlamasının üstünlükləri like
  • 30 May 10:40  
Siyasət Laçına köçün başlamasının üstünlükləri

"Böyük Qayıdış Layihəsi" Azərbaycanın ən böyük strateji ink

arrow Ətraflı
Moskvada dron hücumu ilə əlaqədar GPS söndürülüb like
  • 30 May 10:37  
Dünya Moskvada dron hücumu ilə əlaqədar GPS söndürülüb

Moskvada peyk naviqasiya siqnalları söndürülüb.

arrow Ətraflı
Aygün Kazımovadan maraqlı fotosessiya like
  • 30 May 10:26  
Şou-biznes Aygün Kazımovadan maraqlı fotosessiya

Xalq artisti Aygün Kazımova növbəti dəfə maraqlı fotosessiya etdirib.

arrow Ətraflı
Bakı çağırış etdi, separatçılar təslim olmadı like
  • 30 May 09:55  
Siyasət Bakı çağırış etdi, separatçılar təslim olmadı

Əliyevin təslim olmaq və amnistiya imkanı ilə bağlı çağırışını sep

arrow Ətraflı
Polkovnikleytenant özünə qəsd etdi like
  • 30 May 09:53  
Digərləri Polkovnikleytenant özünə qəsd etdi

Abşeron rayonunda vəzifəli şəxs intihar edib.

arrow Ətraflı
120dən çox ölkənin lideri Ərdoğanı təbrik edib like
  • 30 May 08:15  
Dünya 120dən çox ölkənin lideri Ərdoğanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yenidən prezident seçilməsi m�

arrow Ətraflı
Venesiya suları yaşıla büründü  FOTO like
  • 30 May 08:07  
Digərləri Venesiya suları yaşıla büründü FOTO

İtaliyanın Venesiya şəhərindəki Böyük Kanalın bir hissəsi qəfildən y

arrow Ətraflı
Elxan Qasımovun dəfn yeri bəlli oldu like
  • 30 May 07:54  
Kriminal Elxan Qasımovun dəfn yeri bəlli oldu

Ötən gün vəfat edən tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasım

arrow Ətraflı
Ermənistan prezidenti: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır” like
  • 30 May 07:47  
Siyasət Ermənistan prezidenti: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır”

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın rəsmi İ

arrow Ətraflı