Bakı çağırış etdi, separatçılar təslim olmadı
Siyasət 30 May 2023 09:55:00 265 0
Əliyevin təslim olmaq və amnistiya imkanı ilə bağlı çağırışını separatçıların ciddiyə almaq istəmədikləri görünür: gün ərzində verdikləri açıqlamalarda "müstəqil ölkə" olduqlarından danışır, təslim olmayacaqlarını bildirirlər və belə görünür ki, "ermənilərə qarşı terror edilir" iddiası ilə beynəlxalq təşkilatlara müraciətləri artırmaq niyyətindədirlər, hərçənd, beynəlxalq səviyyədə qəbul olunan hansısa bəyanat, yaxud Bakıya edilən çağırışların heç bir praktiki tərəfi yoxdur.
Bu xəbəri də oxu: Prezident: Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır
Bu vəziyyətdə Bakının praktiki addımlar atmaqdan başqa yolu qalmır, əslində, Əliyevin məsələni "Üçüncü dəvət olmayacaq, ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək" formasında qoyması da hadisələrin bu istiqamətdə inkişafı gözləntisini artırır.
Müdafiə Nazirliyinin son məlumatları da - "qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər", "qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub" - yaxın dövrdə praktiki addımların atıla biləcəyindən xəbər verir.
Asif Nərimanlı Son.az
Əməkdar artist Elxan Qasımovun ölümü bir çox sənət insanlarını dərin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yenidən prezident seçilməsi m�
İtaliyanın Venesiya şəhərindəki Böyük Kanalın bir hissəsi qəfildən y
Ötən gün vəfat edən tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasım
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın rəsmi İ
Kann Film Festivalına dünyaca məşhur brendin qonağı kimi gedən türkiyəl
Bir vaxtlar Belqorod şəhərinin daxil olduğu Xarkov vilayəti var idi. Amma b
Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tay
Ermənistan liderləri yalançı ritorikadan əl çəkməli və Azərbaycanın s
"Enmə trayektoriyası" filminə görə Kann Film Festivalında "
Çinin kiberməkan tənzimləyicisi dezinformasiyaya qarşı mübarizə üçün
Gədəbəydə 3 nəfər arasında düşən mübahisə qanlı sonluqla nəticəl�