Bu gün Ümumdünya Sağlam Qidalanma Günüdür


Digərləri 29 May 2023 09:02:00 176 0

Bu gün Ümumdünya Sağlam Qidalanma Günüdür

Mayın 29-u Ümumdünya Həzm və ya Ümumdünya Sağlam Qidalanma Günüdür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Ümumdünya Qastroenteroloqlar Təşkilatının təşəbbüsü ilə təsis olunub.

Təşkilat 1935-ci ildə qastroenteroloqların Brüsseldə keçirilən birinci Beynəlxalq konqresində yaradılsa da, onun rəsmi təsis tarixi 1958-ci il mayın 29-u hesab olunur. Həmin gün Vaşinqtonda keçirilən Qastroenteroloqların Birinci Dünya Konqresində təşkilatın nizamnaməsinin qəbul edildiyi günün Sağlam Qidalanma Günü elan edilməsi qərara alınıb.

Beynəlxalq qeyri-hökumət, peşəkar tibb federasiyası olan Ümumdünya Qastroenteroloqlar Təşkilatı yüzdən çox milli cəmiyyəti və dörd regional assosiasiyanı birləşdirir. Qurumun 50 mindən çox fərdi üzvü var.

Ümumdünya Sağlam Qidalanma Gününü qeyd etməkdə əsas məqsədi əhali arasında maarifləndirmə tədbirləri aparmaq, ictimaiyyətin diqqətini həzm pozulması səbəbindən yaranan problemlərə yönəltmək, o cümlədən hər il qastroentoloji xəstəliklərin sayının çoxalması barəsində xəbərdarlıq etməkdir.

Statistika göstərir ki, əhalinin 50-60 faizi düzgün olmayan həyat tərzi və həzm sistemi orqanlarının xəstəliklərinin pozulmasından əziyyət çəkir. Böyük şəhərlərdə həmin rəqəm 90 faizə çatır. Qıcqırma, köp, mütəmadi təkrarlanan qarın ağrısı həzm pozuntusu əlamətləri sayılır. Həmçinin düzgün qidalanmamağın nəticələri özünü piylənmə, maddələr mübadiləsinin pozulması və digər xəstəliklərlə büruzə verir. Həmin problemlərdən qorunmaq üçün qastroenteroloq və diyetoloqların məsləhət gördüyü əsas üsullardan biri də profilaktikadır. Profilaktik tədbirlərin əsası zərərli vərdişlərdən və azhərəkətli həyat tərzindən imtina etmək, stressdən uzaq olmaq, fiziki fəallığı artırmaq, rejim və qidalanma rasionuna diqqət etməkdən ibarətdir.

Azərbaycanda sağlam qidalanmanın təşviqi məqsədilə müxtəlif addımlar atılır. Ölkəmizdə aktiv həyat tərzinin təbliği, düzgün qidalanma, insan sağlamlığı üçün ziyanlı olan plastik qablaşdırıcılardan istifadənin azaldılması, zərərli vərdişlərdən imtina istiqamətində tədbirlər görülür. Sağlam qidalanmanın təbliği ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi müxtəlif layihələr həyata keçirir.

Avtobus qəzaya düşdü  22 nəfər... like
  • 29 May 08:52  
Digərləri Avtobus qəzaya düşdü 22 nəfər...

Türkiyənin Sapanca şəhərində avtobusun yük avtomobilinə çırpılması n

arrow Ətraflı
Şimali Koreyadan Yaponiyaya XƏBƏRDARLIQ like
  • 29 May 08:43  
Dünya Şimali Koreyadan Yaponiyaya XƏBƏRDARLIQ

Şimali Koreya iyunun 11-dək ilk kəşfiyyat peykini orbitə çıxarmaq niyyət

arrow Ətraflı
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb like
  • 29 May 08:34  
Digərləri Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb

Niaqara şəlaləsi 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan bayr

arrow Ətraflı
Tanınmış rejissordan ÇAĞIRIŞ: Dostumuz qəfil yıxılıb öldü, like
  • 29 May 08:25  
Digərləri Tanınmış rejissordan ÇAĞIRIŞ: Dostumuz qəfil yıxılıb öldü,

"Bu axşam həmyaşıdımız olan bir dostumuz futbol oynadığımız yerd�

arrow Ətraflı
ABŞ prezidentindən Ərdoğanla bağlı paylaşım like
  • 29 May 08:16  
Dünya ABŞ prezidentindən Ərdoğanla bağlı paylaşım

ABŞ Prezidenti Cozef Bayden sosial şəbəkə hesabında prezident seçkilərin

arrow Ətraflı
Odessaya dron hücumu olub like
  • 29 May 08:08  
Dünya Odessaya dron hücumu olub

Mayın 29-da gecə yarısından sonra Rusiyanın hücum pilotsuz təyyarələri

arrow Ətraflı
Laçında təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyətə başlayıb like
  • 29 May 07:51  
Digərləri Laçında təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyətə başlayıb

Laçında təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyətə b

arrow Ətraflı
Kafedə dava: 1 nəfər bıçaqlandı like
  • 29 May 07:42  
Digərləri Kafedə dava: 1 nəfər bıçaqlandı

Masazır qəsəbəsində dava düşüb.

arrow Ətraflı
Ərdoğanın qələbə nitqi  VİDEO like
  • 29 May 07:33  
Siyasət Ərdoğanın qələbə nitqi VİDEO

Növbəti dəfə Prezident seçilən Rəcəb Tayyib Ərdoğan hazırda qələbə

arrow Ətraflı
Bakıda gecə ailə faciəsi: like
  • 29 May 07:25  
Digərləri Bakıda gecə ailə faciəsi:

Bakının Suraxanı rayonunda ağır yol nəqliyyatı hadisəsi baş verib.

arrow Ətraflı
Düşmənləri üzən ZƏFƏR  Ərdoğanın qələbəsi Türk Dünyasını böyük bəladan xilas etdi like
  • 29 May 07:09  
Siyasət Düşmənləri üzən ZƏFƏR Ərdoğanın qələbəsi Türk Dünyasını böyük bəladan xilas etdi

Türkiyədə prezident seçkilərinin ikinci turunun nəticələri açıqlandı.

arrow Ətraflı
"Təpədən dırnağa sevgi qadını" like
  • 29 May 06:49  
Şou-biznes "Təpədən dırnağa sevgi qadını"

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova ötən gün Bakı-2023 Ta

arrow Ətraflı
Vaqnerçilər siçovul kimi qaçırlar like
  • 29 May 06:14  
Dünya Vaqnerçilər siçovul kimi qaçırlar

Baxmutun alınması barədə bəyanatlara baxmayaraq, ruslar işğalçıları bu

arrow Ətraflı
Milyonluq üzüyü ayaq barmağında gəzdirir like
  • 29 May 05:38  
Şou-biznes Milyonluq üzüyü ayaq barmağında gəzdirir

Barbadoslu müğənni Rihanna sosial media hesabındakı paylaşımı ilə diqq�

arrow Ətraflı