Düşmənləri üzən ZƏFƏR Ərdoğanın qələbəsi Türk Dünyasını böyük bəladan xilas etdi


Siyasət 29 May 2023 07:09:00 158 0

Düşmənləri üzən ZƏFƏR  Ərdoğanın qələbəsi Türk Dünyasını böyük bəladan xilas etdi

Türkiyədə prezident seçkilərinin ikinci turunun nəticələri açıqlandı. Hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qələbəsi rəsmiləşib. Uzun zamandır Türkiyənin inkişafını, onun dünyanın lider ölkəsinə çevrilməyi həzm edə bilməyənlərin KIlışdaroğlu layihəsi iflasa uğradı. Bu dəfə də qazanan müdrik türk xalqı oldu.

Onlar öz doğru qərarını verməklə Türkiyənin İraq və Suriya taleyini yaşamasını əngəlləməklə yanaşı, ölkəyə uzanan yad əlləri də kəsdilər. Bununla da qardaş Türkiyə böyük bir bəlanın pəncəsindən xilas edildi. Bu bəla isə bu zamana kimi eyni talehi yaşayan müsəlman ölkələrin bir çoxunun başına gətirilib. Buna görə ən çox üzülənlər türk düşmənləri, Türk Dövlətləri Təşkilatının böyüməsindən, güclənməsindən, dünyanın aparıcı Alyansına çevrilməsindən narahatlıq keçirənlər oldu. Türkiyə Qərbin əlində alət olmaqdan qurtulmaqla, özü ilə bərabər yeni dirçəlməyə başlayan türk dünyasının beşikdəcə boğulmasına imkan vermədi.

21 il ərzində keçirilən bütün seçkilərin qalibi kimi Türkiyə tarixinə keçən R.T. Ərdoğan amili bu dəfə də öz sözünü dedi, türk milləti üçün digər aktorların, kənar qüvvələrin qurduqları planların önünə keçdi. Böyük Türkiyə xalqı müxalifətin formalaşdırdığı "altılı masa" Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluna şans vermədi. Çünkü yaxşı bilirdilər ki, bu şans əcəllə "dansa" bərabər ola bilərdi. Ona görə ki, dünyanın ən böyük, ən qüdrətli millətini məhv edib, onun qüdrətlənməsini həzm edə bilməyən qüvvələr pusquda, əllərində "süngü" hazır gözləyirdilər. Amma əllərində və üzərlərində olan bütün deşici, kəsici hər şey Türkiyədə prezident seçkilərinin ikinci-həlledici turunun nəticələri açıqlandıqdan sonra böyük ehtimalla indi onların özlərini doğrayır.

Qərb Kılıçdaroğlu layihəsi üzərindən türkün birliyini, bütövlüyünü əlindən alıb, pərəm-pərəm salmaq niyyətində idi. Təbii ki, Kılıçdaroğlu qalib gəlsəydi həm Türkiyənin, həm də türk dünyasının aqibətini təsəvvür etmək belə qorxulu gəlir. Azərbaycanın əvəzinə türkün düşməni olduğu son dönəmlər özünü daha çılpaqlığı ilə büruzə verən İranı və eləcə də Ermənistanı, Qarabağın yerinə Kandili üstün tutan birisinin Türkiyə və türk dünyasına hansı zərbələr vura biləcəyini təxmin etmək çətin deyildi.

Qərb zəhərli ideologiyasını Kılıçdaroğlu vasitəsi ilə Türkiyə üzərindən Türk Dünyası Dövlətlərinə tətbiq etməyi hesablamışdı. Beləcə, Türkiyə və türk dünyası, o cümlədən Bakı - Ankara qardaşlığının üzərini alan qara buludlar sovuşdu. R.T.Ərdoğanın təbirincə desək, "bye-bye Kamal".

Türkün ən böyük dostu qalib oldu. Bunu Ərdoğan bir daha təsdiqlədi və onun dəqiqələr öncə çıxışı zamanı ilk cümləsindəcə "Bu gün Türkiyə qazandı, bu gün Azərbaycan qazandı, bu gün Qarabağ qazandı!" ifadələrinə yer verməsi çox güman ki, Azərbaycan düşmənləri üçün də sillə idi.

Nəticələr rəsmi açıqlanar-açıqlanmaz Prezident İlham Əliyev Ərdoğana zəng etdi və bunu Ərdoğan ilk qələbə çıxışındaca xüsusi vurğuladı. Dövlət başçımız Ərdoğanı Azərbaycana səfərə dəvət etdi. Bütün bunlar gəlcəkdə bizi çox maraqlı proseslərin gözlədiyinə bir mesajdır. Artıq çox ıəminliklə bir şeyi deyə bilərik - " Yeni Türk əsri" start götürür. Tarixə baxın - 28 mayda. 105 il öncə məhz bu gün Şərqdə və türk dünyasında ilk demokratik cümhuriyyət elan edilmişdi, 105 il sonra, məhz mayın 28-də növbəti dəfə tarix yazıldı.

Zərrə qədər də şübhə edilmir ki, Azərbaycan - Türkiyə qardaşlığı bundan sonra daha da güclənəcək. Türk dünyası ölkələrinin inteqrasiya yolunda çiyin-çiyinə irəliyə doğru addımladıqları yeni eranın başlanğıcı olacaq və bu yolda daha böyük Zəfərlərin şahidi ola biləcəyik.

Təhməz Əsədov Trend

"Təpədən dırnağa sevgi qadını" like
  • 29 May 06:49  
Şou-biznes "Təpədən dırnağa sevgi qadını"

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova ötən gün Bakı-2023 Ta

arrow Ətraflı
Vaqnerçilər siçovul kimi qaçırlar like
  • 29 May 06:14  
Dünya Vaqnerçilər siçovul kimi qaçırlar

Baxmutun alınması barədə bəyanatlara baxmayaraq, ruslar işğalçıları bu

arrow Ətraflı
Milyonluq üzüyü ayaq barmağında gəzdirir like
  • 29 May 05:38  
Şou-biznes Milyonluq üzüyü ayaq barmağında gəzdirir

Barbadoslu müğənni Rihanna sosial media hesabındakı paylaşımı ilə diqq�

arrow Ətraflı
Seks üzrə çempionat keçiriləcək like
  • 29 May 03:38  
Şou-biznes Seks üzrə çempionat keçiriləcək

Gələn ayın əvvəlində seks üzrə Avropa çempionatı keçiriləcək. 

arrow Ətraflı
Məşhur aktyor "Yasak elma"nın finalında like
  • 29 May 02:34  
Şou-biznes Məşhur aktyor "Yasak elma"nın finalında

"Fox" kanalında yayımlanan "Yasak Elma" serialının final

arrow Ətraflı
Qız tərəfindən getdi, elçiliyin qurbanı oldu like
  • 29 May 01:24  
Kriminal Qız tərəfindən getdi, elçiliyin qurbanı oldu

Aprelin 23-də Biləsuvar rayonu Aşağı Cürəli kəndində 1986-cı il təvə

arrow Ətraflı
Arvadları başqa kişilərlə gəzən dövlət başçısı: like
  • 29 May 00:31  
Digərləri Arvadları başqa kişilərlə gəzən dövlət başçısı:

I Pyotrun sərt xasiyyətdə olması haqda bilgilər hamıya məlumdur. O, öz d

arrow Ətraflı
İlham Əliyev: AzərbaycanTürkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur like
  • 29 May 00:03  
Siyasət İlham Əliyev: AzərbaycanTürkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur

Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəs

arrow Ətraflı
Günün qoroskopu: Müstəqil çalışsanız, özünüzü rahat hiss edəcəksiniz like
  • 29 May 00:01  
Digərləri Günün qoroskopu: Müstəqil çalışsanız, özünüzü rahat hiss edəcəksiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Fahişə necə amansız qatilə çevrilir?  Dəhşətli həyat  hekayəsi like
  • 28 May 23:47  
Digərləri Fahişə necə amansız qatilə çevrilir? Dəhşətli həyat hekayəsi

1800-cü illərdə Hindistanın Kəlküttə şəhərində hamını qorxuya salan

arrow Ətraflı
Ərdoğan yenidən Türkiyə Prezidenti seçildi like
  • 28 May 23:43  
Dünya Ərdoğan yenidən Türkiyə Prezidenti seçildi

Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçildi.

arrow Ətraflı
Azyaşlı velosipedçini avtomobil vurdu, vəziyyəti... like
  • 28 May 23:41  
Digərləri Azyaşlı velosipedçini avtomobil vurdu, vəziyyəti...

Masallıda velosipedçinin vurulması ilə nəticələnən yol qəzası baş ver

arrow Ətraflı
İlham Əliyev: Türkiyənin uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır like
  • 28 May 23:39  
Siyasət İlham Əliyev: Türkiyənin uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır

Milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərt�

arrow Ətraflı
Niyə yumurtanı soyuducunun yan qapısında saxlamaq olmaz? like
  • 28 May 23:34  
Digərləri Niyə yumurtanı soyuducunun yan qapısında saxlamaq olmaz?

Niyə soyuducunun qapısı yumurta saxlamaq üçün ən yaxşı yer deyil? Yumur

arrow Ətraflı