İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Kriminal 26 May 2023 09:07:00 216 0
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının İran İslam Respublikası ilə sərhədyanı ərazidə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik tərkibli vasitələr və həblərin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Son.az-a bildirilib ki, polis əməkdaşlarının rayonun Əhmədli kəndi ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakini Kənan Muradlı saxlanılıb. Ondan ümumlikdə, 8 kiloqramdan artiq heroin ve tiryək, eləcə də, ümumilikdə, 150 ədəd güclü təsiredici xassəyə malik metadon və tramadol həbləri aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı K.Məmmədli ondan aşkarlanmış narkotik vasitələri "Baba" şərti adlı İran sakininin vasitəsi ilə sərhadyanı bölgədə yerləşən Beyləqan rayonunun Əhmədli kəndində gizlədildiyi və oradan götürərək satıb pul qazanmaq məqsədi ilə əldə etdiyini deyib.
Faktla bağlı cinayət işi başlanılıb, K.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ukrayna Silahlı Qüvvələri NATO-dan F-16 aldıqdan sonra Krıma əməliyyat p
Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanla əl görüşdüyü fotosu yayıldı, m
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
"Rusiya bu müharibədə qalib gəlməyəcək".
Türkiyənin Malatya vilayətinin Pütürge ilçəsində 4,1 bal gücündə zəl
"Mayın 26-da ABŞ administrasiyası Ukraynaya daha 300 milyon dollarlıq h
Ukraynanın Zaporojye vilayəti üzərində Rusiya ordusuna məxsus iki Su-25 t�
Türkiyəli məşhur aktrisa Hazar Ergüçlü şəxsi həyatı ilə gündəmə g
Ukrayna qoşunları sutka ərzində düşmənin hərbi texnikasının şəxsi he
"Verdiyimiz bəyanatda Prezident Ərdoğanla aramızda heç bir anlaşmanı
Xəbər verdiyimiz kimi, Güney Azərbaycan Televiziyasının (Günaz TV) rəhb�
Böyük Britaniyanın "British Airways" avia şirkəti texniki nasazl�
Aprelin 24-dən mayın 21-dək dünyada təxminən 2,3 milyon insan koronavirus