Xəzərdə yeni nəqliyyat Dəhlizi yaradılır Mərkəzi Asiyadan Azərbaycana uzanacaq növbəti LAYİHƏ


Digərləri 12 May 2023 14:38:00 283 0

Xəzərdə yeni nəqliyyat Dəhlizi yaradılır  Mərkəzi Asiyadan Azərbaycana uzanacaq növbəti LAYİHƏ

Mərkəzi Asiya ölkələri arasında illər uzunu hökm sürən gərgin münasibətlər artıq arxa plana keçir. Bir vaxtlar aralarında münasibətlərin gərgin olduğu dövlətlər irimiqyaslı layihələrə imza atırlar. Bu günlərdə Mərkəzi Asiyanın iki nəhəng dövləti - Tacikistan və Türkmənistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəliblər. Yerli media xəbər verir ki, bu, prezidentlər Emoməli Rahmon və Sərdar Berdiməhəmmədov arasında Düşənbədə keçirilən danışıqların nəticəsidir. Aşqabad dostluq əlaməti olaraq Düşənbəyə Xəzər dənizinin Türkmənistan limanlarına çıxışı və birgə yeni nəqliyyat dəhlizinin yaradılmasını təklif edib. Halbuki, neçə vaxt idi ki, nəqliyyat sektorunda ölkələr arasında fikir ayrılıqları var idi. S.Berdiməhəmmədov Türkmənistan prezidenti kimi ilk dəfə Düşənbəyə səfər edib. Tacikistan yüklərinin Türkmənistan üzərindən tranzit daşımalarının genişləndirilməsi və iki ölkəni Xəzər dənizinə çıxışı ilə birləşdirəcək nəqliyyat dəhlizinin yaradılması perspektivlərinə xüsusi diqqət yetirilib. Görüşlərin yekunu olaraq 23 yeni sənəd, o cümlədən Tacikistan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə imzalanıb. Hər iki ölkənin səyləri əsas məqsədə - Asiya, Avropa, Yaxın Şərqin nəqliyyat sistemlərinin birləşməsini təmin edən güclü və müasir infrastrukturun yaradılmasına nail olmağa yönəlib. "Neytral Türkmənistan" nəşri yazır ki, Türkmənistan prezidenti Dünya Okeanına birbaşa çıxışı olmayan Mərkəzi Asiya dövlətləri dünya bazarlarına çıxmaq üçün Xəzərin şərq sahillərinin liman infrastrukturundan maksimum istifadə etməli olduqlarını dilə gətirib. Berdiməhəmmədov bildirib ki, onun ölkəsi əlverişli şərtlərlə Tacikistanın maraqları naminə Türkmənistanın Türkmənbaşı dəniz limanının imkanlarından istifadəni müzakirə etməyə hazırdır.

Ekspertlər hesab edir ki, Rəhmonla Berdiməhəmmədov arasında danışıqlar zamanı Türkmənistan-Çin qaz kəmərinin D xəttinin tikintisi məsələsi müzakirə olunub ki, bu da Tacikistandan keçməlidir  Bu qaz kəməri ilə 25-30 milyard kubmetr qazın veriləcəyi gözlənilir. Təbii qaz Türkmənistandan Çinə getməlidir. Lakin Düşənbə öz öhdəliklərini yerinə yetirmədiyi üçün Aşqabad ziyana düşüb. Xatırladaq ki, bu qaz kəmərinin Tacikistan ərazisində tikintisinə dair hökumətlərarası saziş 2013-cü ilin sentyabrında imzalanıb. 2014-cü ilin mart ayında Çinin CNPC neft-qaz şirkəti Tajiktransqaz ilə müqavilə bağladı, bunun əsasında Trans-Tajik Gas Pipeline Company Ltd müştərək müəssisəsi yaradıldı, onun əsasında ümumi uzunluğu 63,3 km olan 42 dağ tuneli Tacikistanda tikiləcək. İlk tunelin tikintisi yalnız 2020-ci ildə tamamlanıb. Böyük ehtimalla bu məsələ mayın 17-18-də Sianda keçiriləcək Çin-Mərkəzi Asiya sammitində müzakirə olunacaq.

Layihənin reallaşması Azərbaycanın imkanlarını genişləndirəcək

Bu nəqliyyat dəhlizinin reallaşması Azərbaycanın imkanlarını genişləndirir. Ən əsası Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınması artacaq. Bu xəttin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində salınan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının da Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyəti olacaq.

Azər Son.az

“Çimərlik geyimində ziyarətgaha gəlmişdilər” like
  • 12 May 14:35  
Şou-biznes “Çimərlik geyimində ziyarətgaha gəlmişdilər”

Xalq artisti Afaq Bəşirqızı TikTok-un canlı yayımında başına gələn ha

arrow Ətraflı
Elçin Əfəndiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi like
  • 12 May 14:28  
Siyasət Elçin Əfəndiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi

Prezident İlham Əliyev E.İ.Əfəndiyevin "Azərbaycan Respublikası Prez

arrow Ətraflı
Topdansatış yerlərindəki məhsullar marketlərdən 2 dəfəyə yaxın ucuzdur... like
  • 12 May 14:26  
Digərləri Topdansatış yerlərindəki məhsullar marketlərdən 2 dəfəyə yaxın ucuzdur...

Topdansatış mağazalarında qida və qeyri-qidalar marketlərdən 2 dəfəyə

arrow Ətraflı
Şəhid Orxan Novruzəlizadə dəfn olundu like
  • 12 May 14:18  
Digərləri Şəhid Orxan Novruzəlizadə dəfn olundu

Ötən gün şəhid olan Azərbaycan hərbçisi Orxan Novruzəlizadə Ağstafada

arrow Ətraflı
Renka bazarda pozlar verdi like
  • 12 May 14:15  
Şou-biznes Renka bazarda pozlar verdi

Rəqqasə Rəna Ağamuradova (Renka) yeni fotosessiyası ilə müzakirələrə s

arrow Ətraflı
Milli Məclisin xüsusi iclası keçiriləcək like
  • 12 May 14:07  
Siyasət Milli Məclisin xüsusi iclası keçiriləcək

Mayın 16-da Milli Məclisin xüsusi iclası keçiriləcək.

arrow Ətraflı
Ötən sutka ərzində 18 yanğına çıxış olub, 11 nəfər xilas edilib like
  • 12 May 14:04  
Digərləri Ötən sutka ərzində 18 yanğına çıxış olub, 11 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil

arrow Ətraflı
"Sən elə bir zirvəsən" adlı proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb like
  • 12 May 13:58  
Kriminal "Sən elə bir zirvəsən" adlı proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Beynəlxalq Muğam Mərkəzinin v�

arrow Ətraflı
Priqojin Şoyqunu Baxmuta çağırdı like
  • 12 May 13:53  
Digərləri Priqojin Şoyqunu Baxmuta çağırdı

"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya

arrow Ətraflı
Ermənistan PUAlarla mövqelərimizə zərbələr endirir like
  • 12 May 13:51  
Siyasət Ermənistan PUAlarla mövqelərimizə zərbələr endirir

Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər ray

arrow Ətraflı
Ata azyaşlı oğlunu və qızını diridiri YANDIRDI like
  • 12 May 13:42  
Digərləri Ata azyaşlı oğlunu və qızını diridiri YANDIRDI

Udmurtiyanın İqra kəndində 26 yaşlı yerli sakin iki uşaını - dörd yaş

arrow Ətraflı
“Ağzıgöyçəklər təhqir edəcəklər” like
  • 12 May 13:31  
Şou-biznes “Ağzıgöyçəklər təhqir edəcəklər”

Müğənni Nadir Qafarzadə artıq üçüncü dəfədir ki, Avroviziya təmsilç

arrow Ətraflı
ABŞ Ukraynaya 50 ədəd F16ya bərabər sistem verdi like
  • 12 May 13:20  
Dünya ABŞ Ukraynaya 50 ədəd F16ya bərabər sistem verdi

Böyük müharibə aparmaq üçün böyük həcmdə hərbi texnikaya, sursata eh

arrow Ətraflı
"Bu gün görürük ki, sən demə Şuşa nə boyda imiş?! like
  • 12 May 13:09  
Kriminal "Bu gün görürük ki, sən demə Şuşa nə boyda imiş?!

"Bu ilki doğum günüm mənim üçün çox yaddaqalan oldu. Öncə cənab

arrow Ətraflı
Anası pul verməyən məktəbli intihara cəhd etdi like
  • 12 May 13:02  
Digərləri Anası pul verməyən məktəbli intihara cəhd etdi

Moskvada məktəbli intihara cəhd etdikdən sonra klinik ölümlə üzləşib.

arrow Ətraflı