Partlayışla bağlı cinayət işi başlanıb
Digərləri 24 Apr 2023 21:16:00 199 0
Aprelin 24-ü saat 19 radələrində Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu xəbəri də oxu: COP29 zamanı "Koroğlu"ya gələn avtobusların aqibəti necə olacaq?
Biləsuvar rayon prokurorluğundan Son.az-a bildirilib ki, Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları hadisə baş verən əraziyə cəlb olunmaqla zəruri tədbirlər həyata keçirilir.
İlkin ehtimala görə partlayışa səbəb qaz sızması olub.
Hazırkı vaxtadək dağıntılar altında qalan 2 nəfər şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan səhlənkarlıq) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Xəbər verdiyimiz kimi, Biləsvurda yaşayış binasında partlayış baş veri
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətləri
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 5 yeni yoluxma faktı qeyd�
Mayın 1-də Bakıda və Abşeron yarımadasında havanın temperaturunun kəski
İngilis tarixçisi Riçard Overi 2007-ci ildə nəşr olunan "Times Comple
Putinin oxşarının olması barədə deyilənlər yalandır.
Müğənni Mətanət Əsədova üzündə plastik əməliyyat etdirmək istəsə
Heç bir əsası olmayan və beynəlxalq hüquq normalarına zidd bəyanatlarla