Tarixi təhrif etmək cəhdləri uğursuzluğa məhkumdur Türkiyə XİN
Dünya 24 Apr 2023 19:37:00 259 0
Heç bir əsası olmayan və beynəlxalq hüquq normalarına zidd bəyanatlarla tarixi təhrif etmək cəhdləri uğursuzluğa məhkumdur.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bir sıra ölkələrin hakimiyyət nümayəndələrinin 1915-ci il hadisələri ilə bağlı açıqlamaları ilə əlaqədar bəyanatında deyilir.
XİN-dən bildirilib ki, 1915-ci il hadisələrini ayrı-ayrı ölkələrin daxili gündəliyi prizmasından qəbul etmək və ya bir sıra siyasətçilərin düşüncəsinə uyğun olaraq təhrif etmək olmaz.
"Belə yanaşma yalnız tarixi reallıqların təhrif olunmasına gətirib çıxaracaq. Belə qərəzli mövqedə israr edənlər ucuz siyasi gedişlərin tərəfdarları kimi özlərini tarixə yazacaqlar. Biz bu kimi əsassız bəyanatları kökündən rədd edir və yanlış mövqedə israr edənləri qətiyyətlə pisləyirik. Heç kimin və heç bir təşkilatın Türkiyəyə öz tarixini öyrətməyə haqqı yoxdur", - deyə bəyanatda bildirilir.
Ankara (bəyanat müəlliflərini - red.) dəhşətli səhvi düzəltməyə, düşmənçiliyi yaymağa yönəlmiş addımlar atmamağa, Türkiyə tərəfinin Birgə Tarix Komissiyanın yaradılması təşəbbüsünü dəstəkləməyə (1915-ci il hadisələri ilə bağlı - red.) və Türkiyənin bölgədə sülh və əməkdaşlığı təmin etmək səylərinə töhfə verməyə çağırır.
"1 ildən çoxdur ki, taksi kimi fəaliyyət göstərirəm. El arasında m�
"Şou-biznes çirkab, bataqlıqdır. O bataqlıqda sadəliyini, məsumluğu
Rusiya ilə Ukrayna arasında müharibənin uzun müddət davam edəcəyini dü�
Qlobal silah xərcləri 2022-ci ildə real ifadədə 3,7% artaraq 2,24 trilyon d
Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Xanım (adlar şərti verilib
Namibiyanın baş nazir Saara Kuuqongelva-Amadilanın rəsmi avtomobili ilə Se�
21 yaşlı reper Skalli Milanonun Sankt-Peterburqda keçirilən konserti başlam
26 apreldə Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından bi
İyulun 1-dən Qazaxıstanın Əmək Məcəlləsində işəgötürən tərəfind
Sepsis tutmasından sonra komadan xilas olan 50 yaşlı Devid Hanzel 'səyah
"Ermənistan parlamentinin spikeri Alen Simonyanın Laçın-Xankəndi yolun