İnsanların yalan danışdığını bilməyin yolu
Digərləri 22 Apr 2023 21:48:00 200 0
Bu xəbəri də oxu: ABB Mastercardla birgə dayanıqlılıq mövzusunda hakatona start verir!
Hollandiyalı elm adamları bir insanın mütləq yalançı olduğunu təxmin etməyə imkan verən üsul tapıblar.
Son.az lent.az-a istinadən bildirir ki, tədqiqatçılar 1,5 min insanın iştirak etdiyi eksperiment keçiriblər.
Onlara verilən tapşırıq tələbələrin günlərini necə keçirdikləri ilə bağlı bir neçə yazılı və videoları araşdırmaq idi. Sonra kimin yalan danışdığını və kimin olmadığını təxmin etməli idilər.
Bəzi iştirakçılar öz intuisiyalarından "yalan detektoru" kimi istifadə ediblər. Məlum olub ki, bu üsul işləmir. Çünki düzgün cavabların sayı az idi.
Ancaq tələbələrin hekayələrində təfərrüatların miqdarına yerin, hərəkətin, əşyaların, hadisələrin və onların zaman çərçivələrinin təsviri kimi xırdalıqlara diqqət yetirənlər əla nəticələr əldə edib. Bu özəlliklərə diqqət edən iştirakçılar həqiqəti yalandan 80 faizə qədər dəqiqliklə ayıra biliblər.
Hollandiyalı psixoloqun sözlərinə görə, yalan danışanlar öz hazırladıqları hekayələrə çoxlu təfərrüatlar əlavə edir və onu şişirtməyi sevirlər. Buna görə də dəqiq, qısa və konkret danışan insanların daha etibarlı olduğu iddia edilir. Əksinə, çox və hər şeyi incəliyinə qədər sadalayanların yalan danışma ehtimalı daha yüksəkdir.
Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynada partlayıcı m
Bu gün Ukraynanın raket qoşunları və artilleriya bölmələri rus hərbçil
Son.az bildirir ki, may ayı bu bürclər üçün uğurlu olacaq:
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə bir qadına məxsus i�
Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüks
Ermənilər Azərbaycan ərazisindəki qədim Alban məbədlərinə yiyələnmə
Plastik tullantılara insanların mövcud olduqları bütün yerlərdə rast gə
Alimlər belə qənaətə gəliblər ki, 2025-ci ildə pik nöqtəsinə çataca�
İsveçin Höteburq şəhərində iki mindən çox insan ölkənin NATO-ya daxil