Aİ Rusiya ilə bağlı bu məsələni araşdırır
Digərləri 21 Apr 2023 11:00:00 178 0
Avropa İttifaqı (Aİ) Ermənistandan Rusiyaya sanksiya qoyulmuş malların tədarükü məsələsini araşdırır.
Bu xəbəri də oxu: ABB Mastercardla birgə dayanıqlılıq mövzusunda hakatona start verir!
Bu barədə Trend-ə cümə axşamı Avropa Şurasının Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Peter Stano deyib.
"Aİ Rusiyanın Ukraynaya qarşı təcavüzü, BMT Nizamnaməsini pozması və hərbi cinayətlərə bərabər olan vəhşiliklər törətməsi ilə əlaqədar olaraq ona qarşı bir sıra genişmiqyaslı sanksiyalar tətbiq edib. Aİ bütün ölkələri bu sanksiyalara qoşulmağa, milli səviyyədə analoji tədbirlər görməyə, yaxud ən azından bu sanksiyalardan yayınmağa yol verməməyə çağırıb. Aİ-nin öncəki sanksiya paketi həmçinin sanksiyalardan yayınmağa imkan verən fiziki və ya hüquqi şəxslərə qarşı sanksiya tətbiq etmək imkanını nəzərdə tutur",- o deyib.
P. Stanonun sözlərinə görə, Avropa İttifaqı sanksiya tətbiq olunmuş malların Aİ-dən üçüncü ölkələrə və üçüncü ölkələrdən Rusiyaya ticari axınlarını diqqətlə izləyir.
"Ermənistan kontekstində biz həqiqətən müəyyən anormal ticari axınlar müşahidə etmişik. Biz bu məsələni nəzərdən keçiririk və Ermənistan hakimiyyəti ilə dialoq aparırıq", - o deyib.
Qeyd edək ki, "New York Times" tərəfindən aparılan tədqiqata görə, Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda köməklik göstərən ölkələr sırasına daxildir.
Ermənistandan Rusiyaya çip və digər elektron komponentlərin təkrar ixracında sıçrayış qeydə alınıb. Belə ki, Rusiyaya silah istehsalında mühüm əhəmiyyət daşıyan bu çiplərin səkkiz konkret növü tədarük olunur.
Sonuncu dəfə "Tozluyaka" serialında rol alan türkiyəli aktrisa Z�
Bakıda BMW yol nişanına çırpıldı, sürücü xəsarət aldı - FOTO
Qardaş Türkiyədə dəhşətli zəlzələdə 55 min insan həyatını itirib.
Qardaş namus üstündə bacısını öldürüb.
Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam eşitməmişəm.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (ADY) Ramazan bayramı
"Azərbaycanla düşmən dili ilə danışmaq olmaz. Erməni katolikosu din
Bu gün Təzəpir məscidində Ramazan bayramı namazı qılınıb.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
Vaşinqton Kiyevə xəbərdarlıq edib ki, Ukrayna qoşunları Baxmut şəhərin
Ötən ilin fevralında vəfat edən Xalq artisti Əlibaba Məmmədovun məzarı
Bir çox insanlar banandan çəkinirlər, çünki onların tərjkibində digər
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaş�