Ziraat Bank Azərbaycan “Yaşıl Gələcək” layihəsi çərçivəsində müştərilərinin adına ağac əkdi
Digərləri 18 Apr 2023 10:55:00 238 0
Fəaliyyətində daim sosial yönümlü layihələrə xüsusi önəm verən Ziraat Bank Azərbaycan, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Yaşıl Gələcək" adlı genişmiqyaslı ağacəkmə layihəsinə qoşularaq müştərilərinin adına ağac əkib. Layihə çərçivəsində Bank tərəfindənXocasən qəsəbəsində baharın gəlişi münasibətilə müştərilərinin adına 1000-ə yaxın zeytun ağacı əkilib və suvarma sistemi quraşdırılıb.
Bu xəbəri də oxu: FHN əhaliyə müraciət etdi
Qeyd edək ki, müştərilərin adına qəsəbədəağacların əkilməsini Ziraat Bank Azərbaycanın əməkdaşları övladları ilə birlikdə həyata keçirib və bank tərəfindən mart ayında həyata keçirilən "Novruz" layihəsinin sonuncu mərhələsi olaraq gerçəkləşdirilib. Layihə çərçivəsində Bank əməkdaşları və övladlarına nazirlik tərəfindən ağacların əkilməsinə dair xüsusi təlim də keçirilib. Ziraat Bank Azərbaycanuşaqların layihədə iştirakına xüsusi önəm verib. Belə ki, bank tərəfindən qeyd edilən məlumata əsasən uşaqların bu kimi sosial layihələrdə aktiv iştirak etmələrinin və ölkəmizdə sağlam ekoloji mühitin yaradılmasına töhfə vermələrinin təbliğatının vacibliyi vurğulanıb.
Bank öz fəaliyyətində daima təbiətsevər addımları ilə diqqət mərkəzində olub. Bu yaxınlarda təqdim etdiyi Yaşıl Avto Kredit məhsulu ilə də təbiətə və ətraf mühitə xüsusi diqqət ayırdığını bir daha vurğulayıb.Belə ki, Bank Elektrik və Hibrid mühərrikli avtomobillərə əlçatanlığın artırılması məqsədi ilə kredi tləşdirilmə şərtlərini asanlaşdırıb.
Həmçinin Ziraat Bank Azərbaycan bu yaxınlarda Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində imzalanmış "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" çərçivəsində Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə kampaniyasında da iştirak etmişdi.
İranın sonuncu şahının böyük oğlu Reza Pəhləvi İsrailə səfər edib,
Aparıcı Qənirə Ataşovanın böyük oğlu Fərhad Amerikanın 8 universiteti
G7 ölkələri Rusiyanı həm sözdə, həm də əməldə nüvə müharibəsinin
Rus qoşunları Baxmut bölgəsinə ən çox təlim keçmiş bölmələri, xüsu
"Ermənistan hakimiyyətinin antimilli siyasəti nəticəsində diaspor öl
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam etdiri
Kanadadan Amsterdam Şiphol hava limanına uçan təyyarənin eniş şassisində
"Rusiya Ukraynadakı müharibənin tezliklə başa çatmasında maraqlıdı
ABŞ, Böyük Britaniya və Kanadanın Rusiya cəmiyyətində nifaq və düşmə
Türkiyənin İstanbul şəhərində yol kənarında dayanan avtomobil atəşə
Fransada pensiya yaşını 62-dən 64-ə qaldıran pensiya islahatı payızda q�
Türkiyə qaz qovşağı vasitəsilə ildə 40 milyard kubmetrə qədər qaz sat