Ramazan ayı üçün fitrə zəkatının məbləği və vaxtı açıqlanıb
Digərləri 17 Apr 2023 20:36:00 229 0
Bu xəbəri də oxu: 6000 il əvvəl Şumerlər görün nə tikiblər
Mübarək Ramazan bayramı İslam dinində özünəməxsus yer tutan bayramlardan biridir. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatı Ramazan ayının son günü verilir. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir.
Qafqaz Müsəlmanları İdarəsininin sədr müavini Fuad Nurullayev Trend-ə bildirib ki, fitrə zəkatının həcmi şəriət qaydalarına görə, ən çox istifadə edilən ərzaq məhsulunun dəyəri ilə hesablanır.
Onun sözlərinə görə, fitrə zəkatını buğda, un, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullarla, eləcə də pul şəkilində vermək olar.
"Belə ki, ailədə adambaşına bu məhsullardan 3 kiloqram olmaqla fitrə zəkatı verilə bilər. Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəkilində çıxarılması tövsiyə olunur. Bu il bu zəkatın ailənin hər üzvü üçün orta hesabla 10-15 manat verilməsi məqsədəuyğundur.
Fitrənin pul şəkilində tövsiyə olunmasının əsas səbəbi ehtiyacı olan şəxslərin pulu ehtiyaclarına, övladlarının təhsilinə, geyiminə və.s xərcləyə bilməsidir", - F.Nurullayev deyib.
Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu Türkiyədə keçiril
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibini
Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün Braziliyaya rəsmi səfər edib.
Alış-veriş edərkən tələbatın daha çox olduğu tərəvəz kartof və so�
"Rossiya-1" telekanalının əslən azərbaycanlı aparıcısı Nailə
Daşnakların Ermənistan dövlətçiliyinin itirilməsi üçün hazırladığı
Suraxanı rayonu Hövsan qəsəbəsində vətəndaşın qaz sayğacını dəyiş
Ermənistanda "İctimai Səs" partiyasının şura sədri Artak Qalsty
Paytaxt Bakıda da hələ də kanalizasiya xətləri olmayan yaşayış məskən
Bir müddət əvvəl yumorist Maksim Qalkinin "Mənə elə gəlir ki, əgə
2023-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidm
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və sosial müdafiə naz