“Bəyin oğurlanması"ndan sonra məni 18 il filmə çəkmədilər, Ramiz Əzizbəyliyə dedim ki...”


Şou-biznes 17 Apr 2023 13:58:00 301 0

“Bəyin oğurlanması"ndan sonra məni 18 il filmə çəkmədilər, Ramiz Əzizbəyliyə dedim ki...”

"37 ildir ki, pedaqoji fəaliyyətlə məşğul oluram. Hər 4 ildən bir, hər sinifdən bir-iki qazancım olur. Müəllim olaraq mənim borcum ondan ibarət olur ki, tələbənin istedadını üzə çıxarım. Bəzi tələbələrin öz istedadlarından xəbərləri belə olmur. Sən çox adi bir işi görürsən. Onları bir az özlərinə tanıdırsan, onlar da sonradan öz işləri ilə məşğul olurlar. Sən əgər müəllimsənsə, bu sənin ilk vəzifəndir, işindir. Bəzən deyirlər ki, "istedad Allah vergisidir, məndə fitri istedad var". Mən bu cür insanlardan uzaq dururam. Onların heç müəllimlərə belə ehtiyacı yoxdur. İstedad zəhmətdir, təhsildir. İnsan təhsilsiz heç bir iş görə bilməz. Hər şeyin başlanğıcında istedad dayanır. Bu sahədəki insanların çoxu elə bilir ki, onlarda hər istedad var, təhsil lazım deyil. Əgər kimsə bu gün hər şeyi bildiyini düşünürsə, o dünyadan da gedə bilər. Çünki hər şeyi bilir axı. Bu baxımdan mən hələ özüm də tələbəyəm, öyrənirəm".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Vidadi Həsənov deyib.

Xalq artisti bildirib ki, ilk çəkildiyi "Bəyin oğurlanması" filmi olub. Aktyoru 18 il filmə çəkməyiblər.

"4-cü kursda oxuyurduq. 1984-cü il idi. "Bəyin oğurlanması" filminə dəvət aldıq. Filmi ilk Tofiq İsmayılov çəkməli idi. O həm də bizə dərs deyirdi. Məni və Fizuli Hüseynovu dəvət etmişdi, biz bir sinifdə oxuyurduq. Sonralar bizə bəlli olmayan səbəblərdən filmi Ceyhun Mirzəyev və Vaqif Mustafayev çəkdi. Onlar ssenariyə bir az dəyişiklik etdilər, amma bizi də filmdə saxladılar. O dövrdə filmə çəkiləndə heç kinonun nə olduğunu bilmirdim. Adi tələbə idim, ilk dəfə idi ki, çəkiliş meydançasına gəlirdim. Mənim üçün kino onda qaranlıq bir sahə idi. Nə deyirdilər onu da edirdim. Aktyorun ilk növbədə görəcəyi iş rejissorun dediklərinə əməl etməkdir. Bu filmdən sonra elə oldu ki, bir ildə iki filmə çəkildim. 1986-cı ildən kino ilə bağlı yaradıcılığım dayandı. Bir də 18 ildən sonra məni filmə çəkməyə başladılar. Mühit şərtləri dəyişdi, 1990-cı illər başladı. Elə bir zaman idi ki, incəsənət adamları yaxşı bir çıxış yolu tapa bilmirdilər. Yaxşı bir ssenari tapanda da, pul olmurdu. 2000-cı illərə qədər heç bir filmə çəkilmədim. Sonra Ramiz Əzizbəyli məni "Yalan" filminə dəvət etdi. Məni öncə çoban rollarından birinə çağırmışdı. Ssenarini oxuyanda ondan xahiş etdim ki, məni də əsas rollardan birinə çağır. Bunu özüm təkid etdim. Yaxşı ki, təkid etmişəm. Baş rolda çəkildim. O filmlə hər şey dəyişdi, mütəmaddi olaraq filmlərə çəkildim" deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, yaxşı film çəkmək üçün öncə yaxşı maddiyat olmalıdır.

"Zəncirin biri qırılanda sonra 20 il lazım olur ki, o zəncir bərpa olunsun. Burada bir az ehtiyyatlı olmaq lazımdır. Bu mənəviyyat məsələsidir, bu incə sənətdir. Son 10 ildə Azərbaycan kinosu bir neçə film istehsal edib. Hollivudda isə bir ildə min film çəkilir. Bizim çəkdiyimiz 5-6 filmdən yarısı festivallarda mükafatlar qazanır. Rüfət Həsənovun "Daxildəki ada" filmində mən də çəkilmişəm. Bu film minimal büdcəyə çəkilib, amma getdi "ən yaxşı rejissor işi" mükafatını aldı. Kino pul tələb edən sahədir. Kino komanda işidir. Tək adamla düzəlmir. Bir çəkiliş meydançasına 40-dan çox adam gəlir. Yaxşı maddiyat olmalıdır ki, sabah bu rejissor da kimdənsə nəsə tələb edə bilsin. Ona 150 manat maaş verib, ondan nə istəyə biləcəksən? Utandığından heç söz də deyə bilməyəcəksən. Çox vaxt özü də gedib ona kömək edir. Elə festivallar var ki, filmin büdcəsinə baxılır" deyə sənətkar bildirib.

Vidadi Həsənov bildirib ki, son illər mənfi rollar oynayır.

"Kinoda müxtəlif rollar oynamışam, təkcə qəddar rollar oynamamışam. Son illərdə seriallarda daha çox mənfi rollarla çıxış edirəm. Aktyorun birinci işi bacarmaqdır. Mənə nə rol təklif olunursa, çalışıram ki, onu bacarım. Çünki hər yeni işi, yenidən başlayırsan. Əvvəlki təcrübələrin, öyrəndiklərin sadəcə əlində əlbəsələrə çevrilir. Amma sən heç nədən yeni bir insanı düzəldirsən" deyə xalq artisti bildirib.

Rusiya meydandan SİLİNİR like
  • 17 Apr 13:50  
Siyasət Rusiya meydandan SİLİNİR

Beynəlxalq arenada balanslaşdırma strategiyası özünü daha aydın şəkil

arrow Ətraflı
Generaldan Xameneiyə: like
  • 17 Apr 13:47  
Digərləri Generaldan Xameneiyə:

2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri mə

arrow Ətraflı
Röya: “Yeni ifaçıların Aygünlə məni “ikon” seçməsi düzgün deyil” like
  • 17 Apr 13:36  
Şou-biznes Röya: “Yeni ifaçıların Aygünlə məni “ikon” seçməsi düzgün deyil”

Xalq artisti Röya Ayxan sənətə gələn yeni ifaçıları tənqid edib. 

arrow Ətraflı
1ci mərhələdə Qarabağa 66 min nəfərin qayıdacağı gözlənilir like
  • 17 Apr 13:28  
Siyasət 1ci mərhələdə Qarabağa 66 min nəfərin qayıdacağı gözlənilir

"Böyük Qayıdış"ın 1-ci mərhələsində 66 min nəfər həmvət�

arrow Ətraflı
Putinə sübut etməliyik ki... like
  • 17 Apr 13:25  
Digərləri Putinə sübut etməliyik ki...

G7 ölkələri Vladimir Putinə sübut etməlidir ki, o, Ukraynadakı planların

arrow Ətraflı
Ermənistanın cəzasızlıq sindromu QLOBAL BƏLAYA ÇEVRİLİR like
  • 17 Apr 13:20  
Siyasət Ermənistanın cəzasızlıq sindromu QLOBAL BƏLAYA ÇEVRİLİR

Ermənistan iki həftədən artıqdır ki, yol verdiyi rəzilliklərlə gündə

arrow Ətraflı
Türkiyəli atletlər İlham Əliyevə və Mehriban Əliyevaya belə təşəkkür etdilər like
  • 17 Apr 13:17  
Siyasət Türkiyəli atletlər İlham Əliyevə və Mehriban Əliyevaya belə təşəkkür etdilər

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Me

arrow Ətraflı
Qarabağda 2030cu ilədək like
  • 17 Apr 13:16  
Siyasət Qarabağda 2030cu ilədək

Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin aç�

arrow Ətraflı
Ayaza efir qadağası like
  • 17 Apr 13:14  
Şou-biznes Ayaza efir qadağası

Müğənni Ayaz Babayev bir müddət efirə çıxmayacaq.

arrow Ətraflı
Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçiləri like
  • 17 Apr 12:55  
Siyasət Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçiləri

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçilərinə qarşı cinayət i�

arrow Ətraflı
Elcana “Gəl, sevişək” təklifi... like
  • 17 Apr 12:52  
Şou-biznes Elcana “Gəl, sevişək” təklifi...

Aktyor Elcan Rəsulov instaqramda izləyicilərin suallarını cavablandırıb.

arrow Ətraflı
Britaniya kəşfiyyatı: Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək like
  • 17 Apr 12:41  
Dünya Britaniya kəşfiyyatı: Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək

Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək.

arrow Ətraflı