Yersiz gəldi, yerli qaç Fransa zülmü altında inləyən adadan
Digərləri 15 Apr 2023 13:10:00 307 0
200 ildən artıqdır ki, Fransadan muxtariyyət tələb edən Korsikada gərginlik pik həddə çatıb. 200 ildən çox davamlı olaraq azadlıq mübarizəsi aparan, lakin azadlığına qovuşa bilməyən nadir xalqlardan hesab edən korsikalılara qarşı fiziki zorakılıq, ayrı-seçkilik artmaqda davam edir.
Bu xəbəri də oxu: Türkiyədə meşə yanğınları: Alov evləri ağuşuna aldı
AzTV-nin adadan hazırladığı reportaj özünü demokratiya carçısı hesab edən Fransanın insanlarıh hüquq və azadlıqlarına olan çirkin yanaşmasını ortaya qoymuş olub. Qarabağdakı bir ovuc erməni üçün xüsusi status tələb edən Fransa özü bu bölgələrə müstəqillik və ya muxtariyyət vermək istəmir, onların sakinlərinə qarşı zorakılıqlardan çəkinmir. Bəli, iki əsrdən çoxdur ki, onların azadlıq mübarizəsi Fransa hökuməti tərəfindən amansızlıqla boğulur, ictimai fəallar uydurma ittihamlar əsasında həbs olunur, dözülməz fiziki və mənəvi işgəncələrə məruz qalırlar. Hətta həbsxanadan buraxıldıqdan sonra da təqiblər davam etdirilir, onların adları terrorçular siyahısına salınır və daimi polis nəzarəti altında yaşamalı olurlar. Bir qayda olaraq korsikalı siyasi məhbuslar Fransa həbsxanalarında saxlanır və orada onlara qarşı davamlı olaraq mənəvi-psixoloji təzyiqlər və hətta sui-qəsdlər təşkil olunur. İşgəncələrə və siyasi repressiyalara qarşı mübarizə aparan müxtəlif beynəlxalq təşkilatlar Fransanı yerli sakinlərin ictimai-siyasi fəaliyyətini terrorçuluqla eyniləşdirməkdə və onları müstəmləkə əsarətində saxlamaqda günahlandırırlar. Lakin özünü demokratiyanın beşiyi adlandıran Fransa müstəmləkəçilik siyasətindən əl çəkmir ki, çəkmir.
Reportajda ictimai fəal Erik Vanubarle bildirir ki, korsikalılar Fransa hökuməti tərəfindən aşağılanır, fransız dili yeganə rəsmi dövlət dili elan olunub. "Korsikalılar öz adalarında özlərinə ev tapa bilmirlər"- deyə fəal bildirib. Əlavə edib ki, Korsikada inşaat işləri aparılır, yollar altı ay hətta bağlıq alır. Adada yeganə yol inşaat işləri aparan Fransa işbazları tərəfindən bağlanılır. Fransa hökuməti adanı "fransızlaşdırmaqda" davam edir. Tək bir faktı qeyd etmək yerinə düşər ki, hər il planlı şəkildə 5 min Fransa vətəndaşı hökumətin dəstəyi ilə Korsika adasında daşınmaz əmlak alır və adanın demoqrafik vəziyyətini dəyişdirməyə çalışırlar. Buna baxmayaraq beynəlxalq ekspertlərin rəyinə görə hazırda ada əhalisinin ən azı üçdə ikisi müstəqillik uğrunda mübarizəni davam etdirir. Lakin yerli əhalinin müstəqilliklə bağlı referendum istəklərinə məhəl qoyulmur, referendum təşkil olunduqda isə nəticələr açıq-aşkar saxtalaşdırılır. Odur ki, 2019-cu ildə Makronun adaya səfərini korsikalılar ölü sükutla qarşılamaqla öz etirazlarını bildirmişdilər. Makron hökuməti korsikalıların azadlıq və demokratiya tələbini "terrorçuluq" adlandırır və mütəmadi olaraq adanın siyasi fəallarına qarşı cəza tədbirləri həyata keçirir.
Aprelin 19-da Beynəlxalq Muğam Mərkəzində xanəndə Elgiz Əliyevin solo ko
Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyan öz Facebook s
Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi i
Baş nazir Nikol Paşinyanın ofisi İctimai Televiziyanın dizayner, "OTA&
Türkiyəli aktyor cütlük - Fahriye Evcen və həyat yoldaşı Burak Özçivit
Bayrağımıza həqarət edildi, özü də Ermənistanda, beynəlxalq bir yarı�
Paytaxtda bəzi sürücülər avtomobillərini piyadalar üçün nəzərdə tutu
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft növbəti dəfə u
"Cash App" texnologiya şirkətinin qurucusu və "Square" İ
Türkiyənin TÜBİTAK UZAY şirkəti tərəfindən yaradılan ilk yerli müşah
Mütəşəkkil cinayətkar dəstə ilə bağlı iş üzrə həbs cəzası alan
"Haqqımda elə deyirlər, amma kaprizli deyiləm. Sadəcə olaraq, nə ist
14 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqa
"Ağır atletika üzrə Avropa çempionatı dövlətimizin, xalqımızın t