Kənddə biabırçılıq: Əmisinin yetkinlik yaşına çatmayan nəvəsi ilə... Şok təfərrüat


Kriminal 14 Apr 2023 23:32:00 296 0

Kənddə biabırçılıq: Əmisinin yetkinlik yaşına çatmayan nəvəsi ilə...  Şok təfərrüat

Şəki rayonunda 1993-cü il təvəllüdlü Nəsib qohumunun yetkinlik yaşına çatmayan qızı Nəsibəyə (adlar şərti verilib - red.) təcavüz edib.

Son.az teleqraf.com-a istinadla xəbər verir ki, Nəsib 26 avqust 2020-ci ildə saat 13 radələrində Şəkinin kəndindəki evinin yataq otağında Nəsibənin çarpayıda uzanaraq istirahət etdiyini görüb. Evdə kənar şəxslərin olmadığını və zərərçəkmişin kimisə köməyə çağıra bilməyəcəyini görən Nəsib qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Bundan başqa, o, həmin il avqusutun 28-də günorta saat 13 radələrində, həmin gün axşam saat 20.00-da yenidən Nəsibəyə qarşı seksual hərəkətlər edib. Ertəsi gün günorta vaxtı yenə də eyni əməli təkrarlayıb. Daha sonra etdiyi hərəkətləri gizlətmək üçün qızı hədələyib. Baş verənləri anasına deyəcəyi təqdirdə onu öldürəcəyini deyib.

"Nəslin adını batırma demişəm"

İstintaq orqanı tərəfindən Nəsibin barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 29,150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətməyə cəhd) və 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsib ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Nəsibə onun doğma əmisi qızı Könülün qızıdır: "Həmişə yaxşı münasibətlər saxlamışıq. Heç vaxt bir-birimizlə ədavət və düşmənçiliyimiz olmayıb. Lakin bu münasibət Könülün kənd ərazisində əxlaqsız hərəkətlər etməsi ilə bağlı şayiələr yayılana qədər olub. Bu barədə Könülü məlumatlandırmışam və özünə çəki-düzən verməsini, nəslin adını batırmamasını bildirmişəm. Könüllə münasibətlərimiz korlanıb".

"Başıma oyun açacağını bildirdi"

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Könül onun başına oyun açacağını bildirib: "Bir müddət sonra qızı Nəsibəyə qarşı əxlaqsız hərəkətlər etməyim barədə şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etdi.

Avqustun 30-da sexin qarşısında olan vaxt polis əməkdaşları məni Sarıcada yerləşən polis bölməsinə dəvət etdilər. Bölmədə fiziki və pisixi təsirə məruz qaldım. Döyüldüm, törətmədiyim cinayəti boynuma almağa məcbur edildim. Lakin heç bir cinayət əməli törətmədiyimdən heç nəyi etiraf etmədim. Bir müddət sonra polis bölməsindən evə buraxıldım.

Belə bir hadisə barədə, döyülməyim haqda heç kimə bir kəlmə də deməməyim üçün xəbərdar edildim".

"Gözümün qabağında böyüyüb"

Təqsirləndirilən şəxs deyib ki, ona qarşı elan olunan ittiham tamamilə yalandır: "Nəsibə bizim evimizdə gözlərimin qarşısında böyüyüb. Onu öz uşaqlarımdan ayırmamışam. Çox yaxşı qızdır. Lakin hazırda anası Könülün oyununa uyaraq belə çirkin yalan söyləməklə məşğuldur.

26 avqust 2020-cı ildə evə nahar etmək üçün gəldim. Arvadım, qonşumuz Sevil xala və Nəsibə də bizdə idi. Həmin günü heç uzanaraq dincəlmədim də. Nahar edib işə getdim".

"Bizimlə dükana getdi"

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 28-də Könülün qardaşı Pərvizlə avtomobildəki nasazlığa baxmaq lazım olduğuna görə onlara gedib:

"Lakin Nəsibəyə heç bir şey etmədim. Səhv etmirəmsə, Nəsibə heç evdə deyildi. Axşam radələrində Nəsibə anası Könüllə bizə gəldi. Dükana gedərkən oğlum Turan da mənə qoşulmaq istədi. Bu zaman Nəsibə də bizimlə dükana getdi. Lazımı əşyalar aldıqdan sonra geri qayıtdıq.

Həmin vaxt avtomobildə də Nəsibəyə qarşı heç bir əxlaqsız hərəkət etməmişəm".

Nəsib deyib ki, avqustun 29-da yenə avtomobildə olan nasazlıqla bağlı Pərvizlə danışmaq üçün onlara gəlib: "Amma evdə heç kim olmadığına görə evə daxil olmadan geri qayıtdım. Mənə qarşı elan olunan ittihamın uydurmadır, Könülün qurduğu bir oyundur. Öz himayəmdə üç azyaşlı uşağım var. Bunun nəzərə alınmasını istəyirəm".

"Məni evlərinə çağırdı"

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nəsibənin sözlərinə görə, anası Könül və dayısı Pərvizlə birlikdə Şəki rayonunun kəndində yaşayıb: "Hazırda anamla Mingəçevir şəhərinə köçmüşük. 7-ci sinif şagirdiyəm.

26 avqust 2020-ci ildə saat saat 10 radələrində qohumum Nəsibin arvadı Firuzə ev telefonumuza zəng etdi, uşaqlara baxmağa kömək üçün məni evlərinə çağırdı. Anam hər gün səhər tezdən saat 5 radələrində işə gedib, saat 19 radələrində evə qayıdır. Dayım isə işi ilə əlaqədar hər gün 8 radələrində çıxmaqla axşam 16 radələrində evə gəlir.

Anam nahara evə gəlməsə də, dayım çox vaxt nahar vaxtı evdə olur. Anam yemək bişirib qoyduğuna görə dayım sadəcə xörəyi isidir.

Mən evdən çıxaraq Firuzəgilə getdim. Onun 1 yaşlı Ləman adlı uşağını saxlamağa başladım. Firuzə isə evdə paltar və qabları yuyurdu".

"Yataqda uzandım"

Nəsibə qeyd edib ki, əvvəllər də bir neçə dəfə Firuzəgilə gedib: "Ona ev işlərində və uşaqları saxlamaqda köməklik etmişəm. Firuzə və Nəsibin 3 övladı, yəni 2 oğlanları, 1 qızları var. Nahara yaxın oğlanlar yemək yedikdən sonra yataq otağında yatdılar. Qıza isə yatmadığına görə nəzarət etdim.

Nahara yaxın Firuzə işini bitirdiyi üçün qızı ona verdim və istirahət üçün yataq otağına keçərək uzandım. Ev bir otaqdan ibarətdir və çöl tərəfində seyvan var.

Qızı Firuzəyə verdikdən sonra evə getmək istədiyimi dedim. O, hava istidi deyə uzanmağımı məsləhət gördü. Bundan sonra evə keçərək yataqda uzandım. Onun azyaşlı oğlanları da həmin yataqda uzanmışdılar. Mən də onların yanına getdim.

Bir müddət sonra Nəsibin evə gələrək nahar etdiyini eşitdim. O, nahardan sonra otağa gələrək yanıma yatağa uzandı. Nəsib uzanan zaman aramızda uşaqlar vardı".

"Ona eləmə dedim"

Yer kürəsində əhalinin yarısı bu işlə məşğuldur like
  • 14 Apr 23:27  
Digərləri Yer kürəsində əhalinin yarısı bu işlə məşğuldur

Araşdırmalara görə, video oyunların qlobal auditoriyası 3,7 milyard nəfə

arrow Ətraflı
Bacısının tiktoker qızını öldürən şəxsdən like
  • 14 Apr 23:21  
Kriminal Bacısının tiktoker qızını öldürən şəxsdən

Göyçayda bacısı qızını boğaraq öldürməkdə təqsirləndirilən Vüqar

arrow Ətraflı
Azərbaycan XİN vətəndaşlarımızın İranda saxlanılması məsələsini araşdırır like
  • 14 Apr 23:15  
Siyasət Azərbaycan XİN vətəndaşlarımızın İranda saxlanılması məsələsini araşdırır

İrana müalicə üçün gedən azərbaycanlılar - Naxçıvanın Şərur rayon

arrow Ətraflı
Şok: Bu ölkədə uşaqlar üçün evtanaziyaya icazə verildi like
  • 14 Apr 23:10  
Dünya Şok: Bu ölkədə uşaqlar üçün evtanaziyaya icazə verildi

Niderland hökuməti dözülməz dərəcədə iztirab çəkən və sağalma şan

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 14 Apr 23:00  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 82 yeni yoluxma faktı qeyd

arrow Ətraflı
“Bihter”dən ilk FOTO like
  • 14 Apr 22:55  
Digərləri “Bihter”dən ilk FOTO

Aktrisa Farah Zeynep Abdullah rol aldığı "Bihter" filmindən ilk g�

arrow Ətraflı
TOYGUN EOTSun xüsusiyyətləri açıqlanıb like
  • 14 Apr 22:49  
Dünya TOYGUN EOTSun xüsusiyyətləri açıqlanıb

ASELSAN Milli Döyüş Təyyarələri və KIZILELMA üçün hazırlanmış TOYGU

arrow Ətraflı
İrəvanda Azərbaycan bayrağını səhnədən like
  • 14 Apr 22:34  
Siyasət İrəvanda Azərbaycan bayrağını səhnədən

Ağırlıqqaldırma üzrə Avropa çempionatının bu gün İrəvanda keçirilə

arrow Ətraflı
Koronavirusun yeni variantı ortaya çıxdı  Xüsusilə uşaqlarda... like
  • 14 Apr 22:29  
Dünya Koronavirusun yeni variantı ortaya çıxdı Xüsusilə uşaqlarda...

Dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus mutasiya

arrow Ətraflı
Fazil Mustafanın güllənmə anı like
  • 14 Apr 22:24  
Kriminal Fazil Mustafanın güllənmə anı

Millət vəkili Fazil Mustafanın güllələnmə anı ilə bağlı videogörünt

arrow Ətraflı
İstilik pulunu bu qaydada verəcəksiniz...  VİDEO like
  • 14 Apr 22:19  
Digərləri İstilik pulunu bu qaydada verəcəksiniz... VİDEO

Ölkəmizdə istilik sayğaclarının quraşdırılmasına başlanıb.

arrow Ətraflı
May ayında like
  • 14 Apr 22:14  
Digərləri May ayında

Bu ilin may ayı üçün bayramla əlaqəli qeyri-iş günləri məlum olub.

arrow Ətraflı