"30 ildən sonra etiraz edir ki, fəxri ad vermədilər"
Şou-biznes 14 Apr 2023 21:17:00 303 0
"Hər teatrın studiyası olmalıdır. Əsas əlamətlərdən biridir. Hər bir teatrın özünəməxsus xüsusiyyəti, aurası var. O teatrda böyüyən uşaq, gənc başqa olur. 10 nəfər qəbul edirsən, onların içindən biri uzun müddət sonra yararlıdırsa, atırsan böyük səhnəyə".
Bu xəbəri də oxu: "Mənim meyitimin üzərindən keçməlidir ki, övladlarımı əlimdən ala" VİDEO
Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Fizuli Hüseynov "Sabaha saxlamayaq" verilişində deyib. Bir neçə gün əvvəl keçirilən Teatr Forumundan danışan aktyor teatrlarda studiyaların yaradılmasından bəhs edib:
"Bir də var universitet bitirən gənclər gəlir, baxırsan alınmır. Çünki universitetin aurası başqadır. Gəlirlər götürürsən, 30-40 il işləyir, ortara heç nə yoxdur. Bir müddət keçəndən sonra isə etiraz edir ki, can qoydum, amma fəxri ad vermədilər. Qoymayaydın... Vaxtında demək lazım idi ki, sən yaramırsan, get başqa iş tap. İlham Rəhimli forumda bütün problemləri açdı qoydu ortaya".
F.Hüseynov bölgə teatrlarının acınacaqlı vəziyyətdə olduğunu deyib:
"Bölgə teatrları acınacaqlı vəziyyətdədir. İrəvan Dövlət Dram Teatrının baş rejissoru Sərvər Əliyev orada çıxış etdi. Azərbaycan Dərbənd Teatrının nə qədər acınacaqlı halda olduğu ortaya çıxdı".
2023-cü il aprel ayının sonuna qədər olan ulduz falı bu ay bu bürclərin
"Teatrlar brendləşməlidir. Azərbaycanda heç bir teatr brend deyil. Bre
Türkiyə bu gün Danimarkada Qurani-Kərimə və Türk bayrağına qarşı tör
31 gün ərzində 10 dəfə həbs edilən ABŞ-ın Kaliforniya ştatının sakin
Rusiyanın Nijni Taqil şəhərində qəribə qaçaqmalçılığın üstü açı
Son.az xəbər verir ki, Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə N�
FETÖ-nün Azərbaycan strukturunun rəhbərlərindən biri olan və təşkilat�
Fevralın 6-da Türkiyədə baş verən ardıcıl zəlzələlər Azərbaycanı d
Rusiyanın paytaxtı Moskvada "Anormal" filminin çəkilişləri zaman
"Şəhid ailələrinin evində olmuşam, onlarla yaxından təmasda olmuşa
Artıq müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Duaların qəb
Bakıda yolu keçən xanım hamını təəccübləndirib.
Prodüser-aparıcı Tarix Əliyev (Tolik) blogerləri tənqid edib.