İranda edamların sayı 75 faiz artıb
Dünya 13 Apr 2023 14:18:00 225 0
İranda 2022-ci ildə edamların sayı 75 faiz artıb.
Bu xəbəri də oxu: İraqda Məhəmməd Füzuli adına məktəb açıldı
Son.az APA-ya istinadən bildirir ki, bu barədə Parisdə yerləşən Ölüm Cəzasına Qarşı Birlikdə (Together Against the Death Penalty) və Norveçdə yerləşən İran İnsan Haqlarının (Iran Human Rights) hesabatında deyilir.
Hesabata görə, İran 2022-ci ildə əvvəlki illərlə müqayisədə 75% daha çox məhkumu asıb.
Hesabatda deyilir ki, 2022-ci ildə ən azı 582 nəfər edam olunub ki, bu rəqəm 2015-ci ildən bəri ən yüksək rəqəmdir. Belə ki, 2021-ci ildə qeydə alınan rəqəm 333 olub.
Xatırladaq ki, keçən il İranda sentyabr ayında qadınlar üçün sərt geyim qaydalarını pozduğu iddiası ilə həbs edilmiş 22 yaşlı etnik kürd Məhsa Amininin ölümü ilə nəticələnən ümummilli etirazların püskürməsi ilə yadda qalıb.
Səlahiyyətlilər etirazla bağlı dörd nəfərin asıldığını bildirib.
IHR-ın direktoru Mahmud Amiri Mouqaddam bildirib ki, beynəlxalq reaksiya etirazlarla bağlı edamları nəzarətdə saxlasa da, İran ümumi əhalini qorxutmaq üçün başqa ittihamlarla edamlara əl atır.
"Etirazçılara qarşı ölüm hökmlərinə beynəlxalq reaksiyalar İran İslam Respublikasının onların edamını davam etdirməsini çətinləşdirib. Buna görə də insanlar arasında qorxu yaratmaq üçün hakimiyyət qeyri-siyasi ittihamlara görə, edamı gücləndirib. Bunlar İslam Respublikasının edam maşınının ucuz qurbanlarıdır", - o əlavə edib.
Hesabatda etirazların başlanmasından sonra narkotiklə bağlı edamların sayının kəskin artması ilə bağlı narahatlıq ifadə olunub.
İranda 2021-ci ilə qədər edamların ümumi sayının azalmasının arxasında narkotiklərlə bağlı edamların sayında azalma, narkotiklərlə mübarizə qanununa 2017-ci ildə edilən düzəlişlər səbəb olub.
Etirazların başlamasından sonra edam edilənlərin yarısından çoxu və 2022-ci ildə qeydə alınan 582 edamın 44%-i narkotiklə əlaqəli ittihamlarla bağlı olub.
Bu, 2021-ci ildəki rəqəmdən iki dəfə çox və 2020-ci ildə narkotiklə əlaqəli edamların sayından on dəfə çoxdur.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, nüfuzlu media qurumlarında yayıla
Tanınmış belaruslu dirijor Vyaçeslav Çernuxo-Voliç Odessa Milli Akademik O
Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının P
"Gürcüstan uzun illərdən bəri Azərbaycanla səmimi dostluq və etibar
Naxçıvan-Ermənistan sərhədində itkin düşən ikinci Azərbaycan hərbçis
Üç həftə əvvəl psixiatrik xəstəxanaya yerləşdirilən Hollivud ulduzu
Fransanın hakim İntibah Partiyasının deputatları PKK/YPG terror təşkilat�
Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya v
Ermənistanın paytaxtı İrəvanda "Apaven" gömrüyündə Türkiyən
Salyan rayonunda məhkumun cəzaçəkmə müəssisəsində vəfat etməsi ilə b