Həbsdə olan qazini vəzifəli şəxslər işgəncə ilə öldürüb
Digərləri 13 Apr 2023 13:04:00 278 0
Salyan rayonunda məhkumun cəzaçəkmə müəssisəsində vəfat etməsi ilə bağlı cinayət işi açılıb.
Bu xəbəri də oxu: Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır
Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, Salyan rayon sakini, Vətən Müharibəsi iştirakçısı Sübhan Ağayev oğurluq cinayətini törətməkdə təqsirli bilinərək bu ilin yanvar ayında məhkəmə hökmü ilə 3 il 6 ay müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum edilib. Fevral ayının əvvəlində o, Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib və 28 fevralda orada ölüb.
S.Ağayevin yaxınları tərəfindən sosial şəbəkədə yayılmış müraciətlərdə onun cəzaçəkmə müəssisəsində zorakılığa məruz qalması bildirilib.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, prokurorluq orqanları baş vermiş hadisə barədə məlumatlıdır: "Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam edir".
Kremlyönlü "Təhlükəsizlik və korrupsiya ilə mübarizə üzrə Federal lay
Türkiyədə TCG Anadolu hərbi hücum gəmisindən daha böyük gəminin inşas
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O
"Bu şəkilləri yayda qızımla Bakıya gələndə çəkdirmişdik. Sonunc
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il mayın 14-də keçiriləcək
Xarici işlər nazirləri arasında telefon danışığının olmasına baxmayar
Türkiyədə narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alın
Aprelin 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində özünü DTX əməkdaş
Xəbər verdiyimiz kimi, müğənni Səidə Dadaşovanın anidən səhhəti pisl
Binədə iki nəfərin öldüyü yanğın qəsdən törədilib.
Azərbaycanla Ermənistan arasında tezliklə sülhün əldə edilməsi səylər