Ukraynada sülh perspektivləri Türkiyə sayəsində gündəmdə qalır


Dünya 11 Apr 2023 23:48:00 261 0

Ukraynada sülh perspektivləri Türkiyə sayəsində gündəmdə qalır

Bəşəriyyət güc balansının dəyişdiyi kritik bir dövr yaşayır. Genişmiqyaslı geosiyasi transformasiyalar və risklər fonunda Türkiyə güclü və birlik içində olmalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının toplantısında çıxışı zamanı deyib.

""Türkiyənin yüzilliyi" konsepsiyası təkcə Türkiyə xalqının özü üçün deyil, həm də Türkiyənin İslam və türk dünyasındakı bütün dostları üçün vacibdir: Balkanlardan Qafqaza, Asiyadan Afrikaya. Çünki Türkiyə 780 min kv.m. ərazidən və 85 milyon vətəndaşdan çox-çox artıqdır. Ölkəmizin dünyadaki hər bir dostu, böyük Türkiyənin bir parçasıdır!", - deyə R.T.Ərdoğan bildirib.

Türkiyə liderinin sözlərinə görə, koronavirus pandemiyası bütün dünyaya səhiyyə sisteminin və dövlət idarəçiliyinin zəifliyini nümayiş etdirib, ziddiyyətləri və problemləri dərinləşdirib. Ukraynadakı müharibə fonunda böhran daha da pisləşib.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyənin səyləri və Rusiya Federasiyası və Ukrayna ilə fəal təmasları sayəsində sülh perspektivləri hələ də gündəmdədir. "Ankaranın fəal səyləri sayəsində konkret irəliləyişə nail olmaq mümkün olub. Əsirlərin mübadiləsi və taxıl sazişi buna əyani sübutdur", - deyə Türkiyə Prezidenti bildirib.

Onun sözlərinə görə, Türkiyə effektiv diplomatiyanı davam etdirir və bu, bir çox sahələrdə real nəticələr əldə etməyə imkan verir.

R.T.Ərdoğan güclü Türkiyə yolunda atılan hər yeni addımın böyük çətinliklə atıldığını vurğulayıb. "Biz dünyaya göstərdik ki, biz lazım gələrsə, yerdə vəziyyəti dəyişən bir amilik. Buna çoxlu misallar gətirmək olar: Şərqi Aralıq dənizindən tutmuş Türkiyənin cənub sərhədləri yaxınlığındakı vəziyyətə, Qara dənizdən tutmuş Qafqaza qədər", - deyə Ərdoğan qeyd edib.

O diqqəti son onilliklərdə, o cümlədən müdafiə kompleksi, nəqliyyat və infrastruktur sahələrində əldə olunan nailiyyətlərə də yönəldib.

"Müasir Türkiyə özü yerli təyyarə və avtomobil istehsal edir. Bir gün əvvəl Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı olan TCG Anadolu desant gəmisi istifadəyə verildi ki, onun göyərtəsində Türkiyənin pilotsuz uçuş aparatları Kızılelma və Bayraktar TB-3 yerləşdirilib. Bütün bunlar stereotipləri sındırmaqla, Türkiyəni fərqli qəbul etməyə məcbur etməklə əldə edilib. Bizim edə bildiyimiz əsas inqilab insanların şüurunda baş verib", - deyə R.T.Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Ankaranın BMT strukturunda islahatlarla bağlı çağırışı dünyada getdikcə daha çox əksini tapır. "Daha çox ölkə təkrar edir: "Dünya 5-dən çoxdur" (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri - red.)", - deyə o bildirib.

DİQQƏT! Bu içkilərdən uzaq durun like
  • 11 Apr 23:44  
Digərləri DİQQƏT! Bu içkilərdən uzaq durun

Şəkərli içkilər eyni kalorili içkilərdən daha təhlükəlidir. 

arrow Ətraflı
Bakıda mühafizəçi oteldə sevgilisinin başına like
  • 11 Apr 23:38  
Kriminal Bakıda mühafizəçi oteldə sevgilisinin başına

Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Savxozunda yerləşən "

arrow Ətraflı
Ramazanda 10 addımda necə arıqlaya bilərik? like
  • 11 Apr 23:28  
Digərləri Ramazanda 10 addımda necə arıqlaya bilərik?

Kökəlməyin ən böyük səbəbləri çox karbohidrat istehlak etmək, oturaq

arrow Ətraflı
Bacısını yatarkən öldürən 15 yaşlı oğlanın like
  • 11 Apr 23:23  
Kriminal Bacısını yatarkən öldürən 15 yaşlı oğlanın

Qax rayonunda 17 yaşlı bacısı Albina Papiaşvilini qətlə yetirməkdə itti

arrow Ətraflı
Uşaqlarda baş ağrılarının səbəbləri nələrdir? like
  • 11 Apr 23:14  
Digərləri Uşaqlarda baş ağrılarının səbəbləri nələrdir?

Baş ağrısı ən çox görülən sağlamlıq problemlərindən biridir. Baş a

arrow Ətraflı
Dünyanın yeni xəritəsi: İran yoxdur, like
  • 11 Apr 23:07  
Siyasət Dünyanın yeni xəritəsi: İran yoxdur,

Zaman beynəlxalq layihələrindir və buna görə İkinci Qarabağ müharibəsi

arrow Ətraflı
Böyrək sağlamlığını qoruyan ƏSAS qidalar like
  • 11 Apr 22:58  
Digərləri Böyrək sağlamlığını qoruyan ƏSAS qidalar

İnsanların əksəriyyəti böyrək xəstəliklərindən əziyyət çəkir. Bö

arrow Ətraflı
Vaqner”lə müqavilədən imtina edən 100dən çox əsgər itkin düşüb like
  • 11 Apr 22:53  
Dünya Vaqner”lə müqavilədən imtina edən 100dən çox əsgər itkin düşüb

Səfərbər edilmiş 100-dən çox rusiyalı "Vaqner" özəl hərbi ş

arrow Ətraflı
Fazil Mustafa xəstəxanadan ÇIXARILDI: like
  • 11 Apr 22:46  
Digərləri Fazil Mustafa xəstəxanadan ÇIXARILDI:

Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa xəstəxanadan evə buraxılıb.

arrow Ətraflı
Yeniyetmələr arasında elektron qəlyan asılılığı geniş yayılır like
  • 11 Apr 22:42  
Digərləri Yeniyetmələr arasında elektron qəlyan asılılığı geniş yayılır

Övladım siqaret çəkir. Oğlum pis davranışlar edir. Qızım hələ bu yaş

arrow Ətraflı
16 dəfə burun əməliyyatı etdirən qızın like
  • 11 Apr 22:36  
Dünya 16 dəfə burun əməliyyatı etdirən qızın

1989-cu ildə Stavropol diyarında doğulan  Yana Muratovanın ömrü asan keç

arrow Ətraflı
İftardan sonra çəkilən siqaret fəsad verə bilər like
  • 11 Apr 22:25  
Digərləri İftardan sonra çəkilən siqaret fəsad verə bilər

Ramazan ayı bir ay müddətində yeyib-içməkdə müəyyən məhdudiyyətləri

arrow Ətraflı
İyirmi birinci günün duası like
  • 11 Apr 22:19  
Digərləri İyirmi birinci günün duası

Sabah Ramazan ayının 21-ci günüdür.

arrow Ətraflı
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib like
  • 11 Apr 22:14  
Dünya Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib.

arrow Ətraflı