XİNdən erməni təxribatına
Siyasət 11 Apr 2023 18:26:00 239 0
Törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.
Bu xəbəri də oxu: COP17 məzhəkəsi: niyə məhz Ermənistan seçildi?
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın 11 aprel təxribatı ilə bağlı açıqlamasında deyilir.
Bəyanata görə, Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın bu kimi hərbi təxribatları, eyni zamanda siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunur.
Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.
Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.
Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür və bundan sonra da görəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 11 aprel tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Son vaxtlar Azərbaycanla İran arasında yaşanan gərginlik müxtəlif məsəl
Müğənni Gülay Zeynallının bacısı ilə birlikdə biznes qurmaq arzusu yar
"Mirzə Şəfi Vazehin Şərq lirikası Qərb musiqisində" adlı kons
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən La�
ABŞ-ın Nyu Cersi ştatında türk və müsəlman icmasının sıx məskunlaşd
"SpaceX" insanların kosmosa daha asan, təhlükəsiz və qənaətlə
Gəncə Ağır Cinayətlər Məhkəməsində 21 sentyabr 2022-ci il tarixdə Ş�
"Kişi gərək elə olsun ki, xanımını hər zaman əziz tutsun. Etiraf e
Talassemiya xəstəliyi olan uşaqların valideynlərindən övladlarını xaric
ƏSA Teatrının "Adamlar və siçanlar" tamaşasında maraqlı anlar
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub
Gənclərimizi ailə həyatı qurmağa həvəsləndirmək üçün təhsildən tu