Valideynlər və müəllimlər, bu uşaqlarla bağlı ehtiyatlı olun –
Digərləri 11 Apr 2023 07:05:00 308 0
Valideynlər və müəllimlər, bu uşaqlarla bağlı ehtiyatlı olun - Nevroloq
Bu xəbəri də oxu: Bakıda DƏHŞƏT: 20 yaşlı oğlan anasının boynunu sındıraraq öldürdü
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Kamran Salayev uşaqlardakı epilepsiya xəstəlikləri ilə bağlı müsahibə verib.
Son.az lent.az-a istinadən onunla müsahibəni təqdim edir:
- Kamran müəllim, uşaqlarda epilepsiyanın yaranma səbəbi nədir, genetik faktor burada nə dərəcədə rol oynayır?
- Uşaqlarda qıcolmaların və ya epilepsiyaların səbəbi müxtəlifdir. Bunlara genetik səbəblər, baş zədələri, beyin və onun örtüklərinin infeksiyaları, beyinə oksigen çatışmazlığı və digər səbəblər aiddir. Səbəbi tapmaq üçün epilepsiyanın sidromunu müəyyən etmək və neyroradioloji müayinənin nəticələri vacibdir.
Bir çox uşaqlıq dövrə aid olan epilepsiya sindromları xoşxassəli xarakter daşıyır, yəni onlar yetkinlik yaşına qədər davam etmir, uşağın inkişafı və intellekti adətən normal olur. Bu sindromların səbəbi genetik amillərə bağlıdır.
Tutmaların proqnozu yalnız qismən onların səbəbindən asılıdır. Məsələn, iki uşaq eyni bakteriyaya yoluxa bilər və hər ikisində menengit, beyin və onurğa beynini əhatə edən qışanın infeksiyası var. Bir uşaq ağır epilepsiya ilə qalır, digər uşaq isə heç vaxt qıcolma keçirmir. Fərqli nəticələri necə izah etmək olar? Bu tam aydın deyil. Burda genetik (irsi) amillər və infeksiyanın xüsusiyyətləri rol oynaya bilər.
Epileptik tutma hər bir insanda baş verə bilər. Lakin nəticə etibarı ilə kimdə epilepsiya yaranacaq, kimdə yaranmayacaq, bir çox məlum və hələ də məlum olmayan amillərin bir-birinə təsir etməsindən asılıdır.
- Uşaqlarda epilepsiya hansı yaşda müşahidə edilir və əlamətləri nədir?
- Təəssüf ki, tutmanı tanımaq həmişə asan olmur. Bütün tutmalar konvulsiyalar ilə (qeyri-adi əzələ hərəkətləri) müşayiət olmur. Uşaq sadəcə donub bir nöqtəyə baxır və ya müraciətə əhəmiyyət verməyən kimi görünə bilər. Tutma ancaq bir neçə saniyə çəkə bilər. Bundan sonra uşağın beyni normal vəziyyətinə qayıdacaq. Zaman keçdikcə, tutmalar davam edərsə, vəziyyət daha ciddi həddə gələndə valideyn onu hiss edə bilər.
Yenidoğulmuş uşaqlarda və körpələrdə tutmaları tanımaq xüsusilə çətindir, çünki onlar sizə necə hiss etdiklərini deyə bilməzlər. Onların hərəkətləri də çox vaxt məqsədsiz kimi görünür və arada epileptik tutmanı görüb tanımaya bilərlər.
Valideynlər, müəllimlər və uşaqlara qulluq edən digər böyüklər epilepsiya əlamətlərinin nə olduğunu bilməlidirlər. Bu əlamətlərin bir çoxunun uşaqlıq dövründə normal davranış olduğunu qeyd etmək vacibdir. Lakin həmin əlamətlər tez-tez baş verərsə və qeyri-adi görünürsə, həkimə müraciət etməyə dəyər.
Hər epileptik tutma epilepsiya xəstəliyi deyil. Yüksək hərarət və müəyyən xəstəliklər də tutmalara səbəb ola bilər, ona görə düzgün və dəqiq diaqnoz qoymaq üçün çalışmaq lazımdır. Məsələn:
• Qısa diqqət pozulması, çaşqın davranış, yaddaş boşluqları, donub qalma;
• Ani yıxılma və tez-tez büdrəmə;
• Sürətli səksənmə kimi təkrarlanan, qeyri-adi hərəkətlər;
• Ani mədə ağrısı, ardınca qarışıqlıq və yuxululuq;
• Qeyri-adi yuxululuq;
İranda hicabsız xanımların metroya girişinə icazə verilmir.
Bakıda piyadaların təhlükəsizliyi üçün çəkilən zolaq əslində onlar�
"Bu gün müasir uşaqlar üçün televiziyalarda baxımlı, onların mara�
Aktrisa Holli Berri bir qədəh ağ şərabla eyvanda dayandığı çılpaq foto
Son zamanlar dolların digər valyutalar qarşısında zəifləyəcəyi haqqınd
İranın Kürdüstan əyalətində gərginlik pik həddə çatıb.
Bu gün Qazaxıstan dünya birliyinin nəzərində böyük nüfuza malikdir, bey
Ulu Öndərin Prezident vəzifəsində olduğu 10 il - 1993-2003-cü illər sabi
Dünyanın ən yüksək bazar dəyəri olan kriptovalyutası "Bitkoin"
Kasım-Jomart Kemeleviç dedi ki, Heydər Əliyev qardaş qazax xalqına xüsusi
Moldova Prezidenti Maya Sandu ölkə vətəndaşlarını Avropaya inteqrasiyaya
Heydər Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib.
ABŞ-ın Kentukki ştatının Luisvil şəhərinin mərkəzində baş verən at�
Təbii ki, cütlük kimi uyğun və xoşbəxt olmağı təkcə bürclərə bağl