Dollar ucuzlaşacaq?
Digərləri 11 Apr 2023 01:01:00 269 0
Son zamanlar dolların digər valyutalar qarşısında zəifləyəcəyi haqqında proqnozlar və iddialar tez-tez səsləndirilir. Belə ki, proqnozlara əsasən, qlobal bazarlarda dollar ucuzlaşma tendensiyasındadır. Bloomberg Dollar İndeksi, ABŞ Mərkəzi Bankının (FED) bu il uçot dərəcəsini endirəcəyi gözləntiləri ilə keçən sentyabr ayında pik həddinə çatdıqdan sonra 10% düşüb.
Bu xəbəri də oxu: Həftənin ən şanslı 3 bürcü ol desəniz olacaq
Bununla bağlı oxu.az-a danışan iqtisadçı-ekspert Cəfər İbrahimli bildirib ki, ABŞ dollarının digər valyutalar qarşısında dəyər itirməsi və dəyər qazanması məsələsində bir neçə faktor var. Ötən illərdə dollar dəyər qazansa da, artıq bu hərəkətlilik zəifləməyə başlayıb:
"ABŞ dolları ötən illərdə bütün valyutalar qarşısında dəyər qazandı. Bu, Amerika Mərkəzi Bankının (Federal Ehtiyat Sistemi - FED) inflyasiya ilə bağlı apardığı siyasətin nəticəsi idi. Uçot dərəcəsinin artırılması ABŞ dollarının dəyər qazanmasını sürətləndirdi. Eyni zamanda Rusiya-Ukrayna məsələsi ilə bağlı risk çox yüksəldiyinə görə dollar digər valyutalardan güvənli valyuta hesab edildi və investorların alışının artması ilə qarşılaşdı. Bütün bunlar dolların dəyər qazanmasına gətirib çıxardı.
İndi risklərlə bağlı məqamlar bütün valyutalarda mövcuddur. Amma bu dollara təsirini bir az tez göstərdi. Nəticədə ABŞ valyutası dəyər itirməyə başladı. Həm resessiya qorxusu, həm risklər, üstəlik Amerika Mərkəzi Bankının pul-kredit siyasəti ilə bağlı qərarı, uçot dərəcəsində stabillik kimi faktorları nəzərdən keçirdikdə, cari ildə ABŞ valyutasının digərləri qarşısında dəyər itirdiyini müşahidə edirik".
Ekspert qeyd edib ki, ABŞ dollarının ticarətdə istifadə imkanlarının azalması faktoru da göz qabağındadır:
"Çin, Rusiya və digər ölkələr bir-biri ilə qarşılıqlı ticarətdə milli valyutadan istifadə etdiyindən, bu, ABŞ dollarına ehtiyacın kəskin azalacağı, dolların dəyər itirəcəyini haqqında fikirləri gücləndirir.
İranın Kürdüstan əyalətində gərginlik pik həddə çatıb.
Bu gün Qazaxıstan dünya birliyinin nəzərində böyük nüfuza malikdir, bey
Ulu Öndərin Prezident vəzifəsində olduğu 10 il - 1993-2003-cü illər sabi
Dünyanın ən yüksək bazar dəyəri olan kriptovalyutası "Bitkoin"
Kasım-Jomart Kemeleviç dedi ki, Heydər Əliyev qardaş qazax xalqına xüsusi
Moldova Prezidenti Maya Sandu ölkə vətəndaşlarını Avropaya inteqrasiyaya
Heydər Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib.
ABŞ-ın Kentukki ştatının Luisvil şəhərinin mərkəzində baş verən at�
Təbii ki, cütlük kimi uyğun və xoşbəxt olmağı təkcə bürclərə bağl
Baxmut bizə kiçik qüvvələrimizlə orada daha böyük düşmən qüvvələri
"Aile" serialı ilə gündəmdən düşməyən aktyor Kıvanç Tatlıt
Şərti adı B-04 olan yeni Metrostansiyanın inşası sürətlə davam etdirili
Türkiyə Böyük Millət Məclisinin erməni əsilli deputatı Karo Paylan növ
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina pensiyaların yalnız r�