Bakıda yeni inşa olunan metrostansiyadan
Digərləri 10 Apr 2023 22:46:00 242 0
Şərti adı B-04 olan yeni Metrostansiyanın inşası sürətlə davam etdirilir.
Bu xəbəri də oxu: "Formula1"ə aid tikili və qurğular tam söküldü
Son.az Xəzər TV-yə istinadən bildirir ki,Nəsimi rayonu ərazisində yerləşən metrostansiyanın gələn ilin sonunda istifadəyə veriləcəyi planlaşdırılır.
Ən üst mərtəbədə kassa zalı və vestibül, üçüncü mərtəbədə isə texniki sahələr yerləşəcək. Burada xidməti otaqlar və 4 havalandırma kamerası tikiləcək.
İkinci mərtəbə keçid üçün nəzərdə tutulub. Stansiyada quraşdırılacaq 3 liftdən 2-si bu mərtəbədə olacaq.
Stansiyanın platforması 7 vaqonlu qatarların hərəkəti üçün nəzərdə tutulub.
Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov "Xəzər Xəbər"ə deyib ki, stansiyanın 4 giriş-çıxışı olacaq. Bu isə yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək.
Qeyd edək ki, şərti adı olan B-04 olan metrostansiyası bənövşəyi xətti üzrə Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək. Tikinti işlərinin gələn ilin sonunda yekunlaşdırılması və stansiyanın istifadəyə verilməsi planlaşdırılır.
Türkiyə Böyük Millət Məclisinin erməni əsilli deputatı Karo Paylan növ
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina pensiyaların yalnız r�
"Mənim şantajlıq nəyimsə yoxdur. Bilmirəm nə məqsədlə ediblər. B
Dünyanın ən təhlükəli vulkanlarından biri hesab edilən Kolumbiyadakı Ne
Ruslar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan əvvəl açıq-aşkar p
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-le
Tualetdəki xoşagəlməz qoxunun qarşısını almağın müxtəlif üsulları
Ermənistan Baş naziri Nikol Paşinyana çətir atan qadına qarşı cinayət i
48 yaşlı Hollivud aktrisası Hilari Suonk ilk dəfə ana olub.
Müğənni Aysel Əlizadə Türkiyədə kirayə qalması barədə açıqlama edi