Prezident Ərdoğanın yürütdüyü siyasət Türkiyənin indiki inkişafına çatmasında müstəsna rol oynayıb
Siyasət 10 Apr 2023 18:10:00 241 0
Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ötən illər ərzində Türkiyənin dünyadakı həm siyasi, həm iqtisadi, həm də hərbi gücü sürətlə artıb. Türkiyə artıq qlobal siyasətə təsir edən, münaqişələrin həllində mövqe ortaya qoyan dövlətə çevrilib. Bu gün Türkiyə öz regionunda, eyni zamanda, dünyada söz sahibi olan ölkələrdəndir.
Bu xəbəri də oxu: COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
Deputat qeyd edib ki, Türkiyə hərb sənayesində inqilabi uğurlara imza atıb. Bu gün Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları bütün dünyanın diqqət mərkəzindədir.
"Əlbəttə, Türkiyənin inkişafı çoxşaxəlidir, qardaş ölkənin iqtisadi inkişafının sürəti də diqqətçəkəndir. Türkiyə Statistika Təşkilatının məlumatına görə, ölkə iqtisadiyyatı 2021-ci ildə 11 faiz, ötən ilin son rübündə isə 9,1 faiz artıb. Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi uğurlu iqtisadi siyasət Türkiyənin bu inkişaf tempinə çatmasında müstəsna rol oynayıb", - deyə S.Mikayılova vurğulayıb. Son günlər Azərbaycan xalqının qardaş Türkiyənin daha bir uğuruna şahidlik etdiyini söyləyən deputat deyib: "Türkiyədə avtomobil sənayesində yeni dövrün başlanğıcı qoyuldu. Artıq Türkiyə dünyada elektromobil istehsalçısına çevrilmək yolunda inamla irəliləyir. Türkiyədə yerli marka olan "Togg" elektromobilinin kütləvi istehsalına start verilib. Hər zaman qardaş Türkiyəyə dəstək olan, onun uğurlarına özününkü kimi sevinən Azərbaycan bu dəfə də qardaş Türkiyənin sevincinə şərik oldu. "TOGG" elektromobilinin birincisi Prezident Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana, ikincisi isə aprelin 4-də Prezident İlham Əliyevə təqdim olundu".
Deputat, eyni zamanda, vurğulayıb ki, bütün bu uğurlar qardaş Türkiyənin daha parlaq gələcəyinin təminatçısıdır.
"Ekspertlər "Togg"un istehsalını Türkiyənin 60 illik xəyalının həyata keçirilməsi kimi qiymətləndirirlər. Artıq şahidi olduğumuz kimi, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə iqtisadi və siyasi arenada sürətlə inkişaf edir", - deyə deputat qeyd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsin paytaxtda 1 yaşlı körpəsini qətlə
Əməkdar artist Vasif Məhərrəmli yol hərəkət qaydalarını pozması ilə
Qazaxıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubil
Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir, çox yaxın dövlətdir.
Azərbaycan və Qazaxıstan bir-birinə səmimi, qardaşcasına münasibət bəs
Biz həmişə bütün Qazaxıstan xalqının ölkəmizə xeyirxah münasibətini
Aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin açılışı olub.
Ruslar Baxmutda "yandırılmış torpaq" taktikasından istifadə etm�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 10-da Astanada Qazaxıstan Re
Nəsimi rayonu "Məşədi Dadaş" məscidinə yeni din xadiminin təyi
Rusiyalı müğənni Valeri Meladze ilk dəfə sosial şəbəkələrdə həyat y
Xalq artisti Azər Paşa Nemətov nəşi dəfn olunmaq üçün İkinci Fəxri xi