Bakını təhlükəli oyuna çəkirlər,


Siyasət 09 Apr 2023 21:09:00 242 0

Bakını təhlükəli oyuna çəkirlər,

İsrailin Qüdsdəki Əqsa məscidinə basqınından dərhal sonra Türkiyə Prezidenti Ərdoğanla İran Prezidenti Rəisi arasında keçirilən və islam dünyasının həmrəyliyinin çox gərəkli olduğunun xüsusi vurğulandığı telefon danışığının ardınca, son günlər bir-birinə meydan oxuyan Azərbaycan və İran Xarici İşlər nazirlikləri arasında da danışıqlar baş tutub. Azərbaycan və İran xarici işlər nazirlərinin telefon danışıqları barədə hər iki tərəfdən verilən rəsmi açıqlamalarda seçilən cümlələrin ümumi ruhunun mövcud gərginliyin götürülməsinə hesablandığı aşkar görünür.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü 7 və 8 aprel tarixlərində Azərbaycan və İran XİN başçıları Ceyhun bayramov və Hüseyn Əmir Abdullahian arasında baş tutan telefon danışığı haqda qeyd edib.

O bildirib ki, bu danışıqlar İran-Azərbaycan münasibətlərində körüklənən gərginliyin dərhal aradan götürüləcəyi qənaəti və arxayınlığı yaratmamalıdır:

"Çünki həm İranın, həm də Azərbaycanın içərisində münasibətlərin məhz bu ərəfədə gərgin saxlanılmasında hədsiz maraqlı tərəflər var və bu "üçüncü əl" qətiyyən sakit durmayacaq. Bu "üçüncü əl"in sahibləri çox yaxşı bilirlər ki, İran-Azərbaycan münasibətlərinin süni şəkildə gərginləşdirilib müharibə həddinə çatdırılması seçkilərə hazırlaşan və daxildən ciddi təhlükələr gözləyən Ərdoğan Türkiyəsini də zorən bu savaşa çəkəcək, bu həssas siyasi şəraitdə Türkiyə kəşfiyyatının, təhlükəsizlik qüvvələrinin diqqətini içdən, əsas hədəflərdən yayındırmağa və əlavə problemlərlə yüklənməyə vadar edəcək.

Türkiyədəki 14 may seçkiləri regionumuzun və Türkiyənin geopolitik taleyini həll edəcək hadisədir, Ərdoğanın seçilməməsini və Türkiyədə qarışıqlıq düşməsini istəyənlərin hamısı məhz bu ərəfədə hərəkətə gətiriləcək. FETÖ-nün əliylə 2016-cı ildə devirməyə çalışdıqları Ərdoğanın son illərdə həyata keçirdiyi Rusiya və İranla yaxınlaşma siyasətində, "3+3" formatının reallaşmasında bzim ölkəmiz - Azərbaycan çox önəmli yer tutur, bir növ, bağ rolunu oynayır. İndi Ərdoğanın əsas düşmənləri üçün ən zəif həlqə də məhz Azərbaycandır".

Ekspertin fikrincə, Azərbaycan üzərindən "Karlov sui-qəsdi"nə, "təyyarə qalmaqalı"na bənzər ssenarilərlə qurulan oyunlar, təşkil edilən fitnəkar addımlar Ərdoğanın həm Rusiya, həm də İranla münasibətlərini korlayaraq, onun təklənməsinə və yenidən Qərb çətiri altına sığınmasına gətirib çıxara bilər:

"Azərbaycan cəmiyyəti və dövləti indi həmişəkindən daha ayıq-sayıq davranmalı, zorən çəkildiyi ssenarilərdən yayınmağı bacarmalı, fitnəyə qətiyyən uymamalıdır. Əks halda, bizi qurucusu olmadığımız bir oyuna çəkib, orada rahatca məğlub edəcəklər".

Aprel ayında külli miqdarda pul itirəcək like
  • 09 Apr 21:04  
Digərləri Aprel ayında külli miqdarda pul itirəcək

Üç bürcün nümayəndələri aprelin yaxın günlərində çox böyük məbl�

arrow Ətraflı
Saç tökülməsinin əsas SƏBƏBLƏRİ like
  • 09 Apr 21:00  
Digərləri Saç tökülməsinin əsas SƏBƏBLƏRİ

Pulmonoloq saç tökülməsinin əsas səbəblərini sadalayıb.

arrow Ətraflı
Ermənilər Polşa sərhədində qarşıdurma yaratdı like
  • 09 Apr 20:54  
Dünya Ermənilər Polşa sərhədində qarşıdurma yaratdı

Belarus-Polşa sərhədində bir qrup miqrant polşalı sərhədçilərə hücum

arrow Ətraflı
Banandan saç tökülməsinə qarşı belə istifadə edin like
  • 09 Apr 20:45  
Digərləri Banandan saç tökülməsinə qarşı belə istifadə edin

Banan güclü saçlar üçün faydalı maddələrlə zəngindir.

arrow Ətraflı
Ev almaq istəyənlərə like
  • 09 Apr 20:40  
Digərləri Ev almaq istəyənlərə

"Daşınmaz əmlak bazarında ilin əvvəli ilə müqayisədə 5 faizlik ar

arrow Ətraflı
Tbilisidə müxalifətin mitinqi keçirilir like
  • 09 Apr 20:31  
Dünya Tbilisidə müxalifətin mitinqi keçirilir

Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyası Tbilisinin

arrow Ətraflı
DİQQƏT! Uşaqlar arasında virus yayıldı  PEDİATR AÇIQLADI like
  • 09 Apr 20:26  
Digərləri DİQQƏT! Uşaqlar arasında virus yayıldı PEDİATR AÇIQLADI

Son zamanlar uşaqlar arasında müxtəlif növ xəstəliklər yayılıb. 

arrow Ətraflı
“Sənə heç bir rəhmət düşmür” like
  • 09 Apr 20:20  
Kriminal “Sənə heç bir rəhmət düşmür”

Akademik Milli Dram Teatrı (AzDrama) ilə yollarını qalmaqallı şəkildə ay

arrow Ətraflı
İlham Əliyevdən sonra bu ölkənin prezidentinə də "Togg" göndərilir like
  • 09 Apr 20:14  
Dünya İlham Əliyevdən sonra bu ölkənin prezidentinə də "Togg" göndərilir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Türkiyənin ilk yerli elektrik avt

arrow Ətraflı
Şəkərdən imtinanın hansı MƏNFİ TƏSİRİ OLA BİLƏR? like
  • 09 Apr 20:10  
Digərləri Şəkərdən imtinanın hansı MƏNFİ TƏSİRİ OLA BİLƏR?

Şəkərdən istifadədən imtina sağlamlıq üçün olduqca faydalı təşəbb

arrow Ətraflı
"Öz xoşu ilə uşaqları bizə verib, aparmır" like
  • 09 Apr 20:04  
Şou-biznes "Öz xoşu ilə uşaqları bizə verib, aparmır"

Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canana ilə aralarınd

arrow Ətraflı
Duyğular ürək sağlamlığına necə təsir edir? – Həkim DANIŞIR like
  • 09 Apr 19:54  
Digərləri Duyğular ürək sağlamlığına necə təsir edir? – Həkim DANIŞIR

Stress səviyyələrinin azaldılması, öz növbəsində, ürək xəstəliklər

arrow Ətraflı
Alp dağlarında qar uçqunu olub, ölənlər var like
  • 09 Apr 19:43  
Dünya Alp dağlarında qar uçqunu olub, ölənlər var

Alp dağlarında qar uçqunu nəticəsində dörd nəfər ölüb.

arrow Ətraflı
Xəbərdarlıq: Fəstfud və şirniyyat yeyən insanların beyni belə dəyişir like
  • 09 Apr 19:38  
Digərləri Xəbərdarlıq: Fəstfud və şirniyyat yeyən insanların beyni belə dəyişir

Amerika və Almaniya alimləri yağlı və şirin qidaların beyinə təsir mexa

arrow Ətraflı
Putin və Lukaşenko Kremldəki mənzildə “ən qapalı mövzuları” like
  • 09 Apr 19:32  
Dünya Putin və Lukaşenko Kremldəki mənzildə “ən qapalı mövzuları”

Rusiya Federasiyası və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Luk

arrow Ətraflı